Maraq dünyası
Havadan "su çıxardılar"
Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda yerləşən "Tsunami Products" şirkəti havadakı nəmi parçalayan və suya çevirən cihaz istehsal edib.
Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, kondisioner kimi işləyən cihazın havanı sərinlətmək üçün rulonlarından istifadə olunub və nəticədə bir kamerada su damlaları toplanıb.
Şirkətin dizayn mühəndisi Ted Bovman bildirib ki, onların şüarı "havadan gələn su sehr deyil, elmdir" cümləsidir:
"Əslində, bu, maşınlarla etdiyimiz şeydir. Evlər, ofislər və fermalarda istifadə üçün hazırlanan maşınlar havanı nəmləndirir və içməli su yaradır".
Texnologiyanın dumanlı bölgələrdə xüsusilə yaxşı işlədiyini ifadə edən Bovman cihazın ölçüsündən asılı olaraq gündə 900-8600 litr arasında su istehsal edə biləcəyini söyləyib. Mühəndisin fikrincə, maşınlar yüksək rütubətə malik istənilən ərazidə səmərəli işləyir.
Havadakı rütubəti suya çevirən aparatın qiyməti 30-200 min dollar arasında dəyişir. Artıq susuzluqdan əziyyət çəkən Kaliforniya sakinləri içməli suya tələbatlarını ödəmək üçün cihaza elçi düşüblər.
Tural Turan
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH













.jpg)





.jpg)

















