Yaxın Şərq
Qəzzalıların yenə üzü güləcək? - İsrail "hə" deyir, HƏMAS isə...
İsrail girovların azad edilməsi müqabilində Ramazan və Pasxa bayramlarında Qəzzada atəşkəsin uzadılmasına razılıq verib, lakin Fələstinin HƏMAS hərəkatı hələlik buna qarşıdır.
Publika.az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail ABŞ prezidentinin elçisi Stiv Vitkoffun müvafiq təklifi ilə razılaşıb.
Baş nazir Benyamin Netanyahunun ofisi izah edib ki, Amerika rəsmisi bu təşəbbüslə çıxış edib, ona görə ki, o, hazırda müharibəni bitirmək və tərəflərin mövqelərini bir-birinə yaxınlaşdırmaq üçün heç bir yol olmadığına və daimi atəşkəslə bağlı danışıqlar üçün əlavə vaxta ehtiyac olduğuna əmindir.
Vitkoffun təklifini qəbul etməsinə baxmayaraq, İDF Qəzzada yenidən döyüşlərə və yeni əməliyyatlara hazırlaşır.
"Biz atəşkəsdənsə, hərbi əməliyyatların bərpasına daha yaxınıq", - İsrail mənbəsi bildirib.
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. Atəşkəs 42 gün davam etməli idi. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalı, yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad etməyə borclu idi. Şənbə günü, martın 2-də atəşkəsin birinci mərhələsi başa çatdı, lakin İsrail və HƏMAS hələ ikinci barədə razılığa gələ bilməyiblər.
Hüseyn İbadlı
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər
-
Magazin206:16“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO
-
ABŞ05:45Rubio xarici həmkarlarına İrana hücumla bağlı bu sözləri deyib
-
Cənubi Qafqaz04:44Məhkəmə Koçaryanın oğlu ilə bağlı belə qərar verdi
-
Dünya04:14Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır
-
Mətbəx02:42Əti əsla sərtləşdirməyən marinad texnikası
-
İdman00:15Günün ULDUZ FALI - Təşəbbüvü ələ ala bilərsiniz
-
İdman25 Avqust 23:45"Qarabağ" "Sabah"ı belə təbrik etdi


















.jpg)












.jpg)
.jpg)