Nəqliyyat
Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu gözlənilən əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Publika.az xəbər verir ki, İdarə hərəkət iştirakçılarına müraciət edərək onlardan yollarda yarana biləcək təhlükələrə qarşı hazırlıqlı olmağı, sürücülərdən sürət həddini minimuma endirməyi, hərəkət zamanı ara məsafəsini normadan artıq saxlamağı məsləhət görüb.
Həmçinin küləkli günlərdə avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı tövsiyə edib:
"Xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək, avtomobillərin mövsümə uyğun təchizatına xüsusi diqqət ayırmaq xahiş edilir.
Həftəsonuna təsadüf edən qeyri-sabit hava şəraitinin səfərə hazırlaşan sürücülər üçün əlavə çətinliklər yaradacağını vurğulamaqla yanaşı, piyadaları da yollarda diqqətli olmağa çağırırıq", - məlumatda qeyd olunub.
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Magazin114:56Nazilə Səfərli tıxacda dava etdi: Özünü kimə göstərirsən? - VİDEO
-
Sağlamlıq14:12Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
-
Sosial13:30Əli Əsədov qərar imzaladı
-
Yaxın Şərq13:00Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq
-
Nida Xəbər 12:31Ermənistanın 20 vətəndaşı Azərbaycana gəldi: Bakıda nə planlaşdırılır?
-
ABŞ11:36Netanyahu bu planı Obamaya da təqdim edibmiş, amma... - Con Kerri sirri açdı
-
Elm və təhsil11:27Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı









































