Nida Təhlil
Qarabağda ABŞ və Rusiyanın gərgin MÜBARİZƏSİ BAŞLADI: Azərbaycana qarşı PLANLAR
Dağlıq Qarabağ ətrafında ABŞ və Rusiyanın köhnə prinsiplərə
söykənən yeni oyunları müşahidə olunur.

Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji
Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan
tərəfindən yaradılmış qondarma rejimin “xarici işlər naziri” Masis
Mailyanla görüşüb.
Görüş Xankəndində baş tutub və əsas müzakirə mövzusu ATƏT sədrinin
şəxsi nümayəndəsinin ofisinin monitorinq imkanlarını
genişləndirməklə bağlı müzakirələr aparılıb. Minsk qrupunun
həmsədrləri sonuncu dəfə 29 oktyabr-2 noyabr tarixində regiona
səfər etmişdi və bu səfərdə Kaspşik də iştirak edirdi. Təxminən 10
gün sonra Kaspşikin yenidən regiona gəlməsi və Xankəndində
separatçıların “naziri” ilə görüşü diqqət çəkir.
Hədəf ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin monitorinq
imkanlarını genişləndirmək adı altında “atəşkəsə nəzarət
mexanizmi”nin yaradılmasıdır. Bu planı hazırlayan ABŞ məsələni
yenidən gündəmə gətirib. ABŞ-ın ATƏT-dəki nümayəndəsi Qreqori
Markis də bir neçə gün öncə bəyan etdi ki, “Həmsədrlər gərginliyin
azaldılmasına və kommunikasiyaların yaxşılaşdırılmasına kömək
edəcək müxtəlif təkliflər irəli sürürlər. ABŞ “atəşkəsə nəzarət
mexanizmi” təklifini dəstəkləyir. Vaşinqton ümid edir ki, xarici
işlər nazirlərinin qarşıdakı görüşündə müzakirələrə impuls
olacaq”.
Maraqlıdır ki, Markisin bəyanatından dərhal sonra Rusiyanın
ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaş tərəfləri Qarabağda
gərginliyi azaltmaq üçün əlavə ölçüləri qəbul etməyə çağırdı.
Burada ABŞ və Rusiyanın Qarabağ üzrə diplomatik döyüş apardığı açıq
görünür. Həmsədrlərin regiona sonuncu səfəri zamanı
rusiyalı həmsədr İqor Popovun Xankəndinə getməməsi də bu kontekstdə
diqqət çəkdi.
Rusiya münaqişə ətrafında hakim mövqeyini saxalamağa çalışır, hətta
ABŞ-ın təsirini aradan qaldırmaq üçün yeni format yaratmağı da
planlaşdırdığı haqqında fərziyyələr var. Vaşinqtonun “atəşkəsə
nəzarət mexanizmi”ni yenidən gündəmə gətirməsi də əslində Rusiyanın
planları qarşısında “at gedişi” edir. Lakin burada bizim üçün əsas
məqam “atəşkəsə nəzarət mexanizminin” kimin xeyrinə olmasıdır.
“Atəşkəsə nəzarət mexanizmi” münaqişə zonasında
beynəlxalq müşahidəçilərin sayının artırılması, silahsızlaşdırma,
qoşunların hərəkətlərinin izlənilməsi, atəşkəs rejiminin pozulması
hadisələrinin araşdırılması, bunun üçün regiona xüsusi
“lokatorlar”ın yerləşdirilməsi kimi məsələləri əhatə edir. Atəşkəsi
pozan tərəflər üçün sərt cəzalar, iqtisadi və siyasi sanksiyalar
tətbiq edilməlidir.
“Roys-Engel ideyası” adlanan bu təklif konqresmenlər Ed Roys və
Eliot Engelə məxsusdur. Hər iki şəxs açıq şəkildə erməni lobbisi
şəbəkəsində təmsil olunurlar. Ed Roysun ABŞ-da Amerika Erməni Milli
Komitəsi (ANCA) tərəfindən bir neçə il öncə yaradılan Ermənistana
dəstək qrupunun həmsədri olması, Eliot Engelin onunla birlikdə
qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində fəal
çalışması kimi açıq faktlar var.
Birləşmiş Ştatların “Atəşkəsə nəzarət mexanizmi”
hədəfi: Vaşinqton bu məsələdə dolayısı ilə Rusiyanın
regional siyasətini vurur. Çünki Moskva münaqişənin həllində
aktivlik nümayiş etdirərək, son nəticədə Qarabağa sülhməramlılarını
yerləşdirmək, beləliklə Cənubi Qafqazda hakim mövqeyini qorumaq
niyyətindədir. Atəşkəsə nəzarət mexanizminə əsasən beynəlxalq
müşahidəçilərin Qarabağa yerləşdirilməsi də mahiyyət etibarilə
rusların “mavi dəbilqələrinin” missiyasını daşıyacaq. Vaşinqton
müşahidəçilər vasitəsilə münaqişəyə nəzarəti ələ alacaq və bu, Bakı
ilə İrəvan üzərində böyük təsir imkanı deməkdir.
Mexanizmlər məsələsində Azərbaycanla Rusiyanın marağı üst-üstə
düşür, lakin bu, o demək deyil ki, Moskva münaqişənin ərazi
bütövlüyü prinsipinə uyğun həllinə sona qədər dəstək verəcək. Çünki
rusların da hədəfi “mavi dəbilqəliləri” Qarabağa
yeritməkdir.
Göründüyü kimi, Qarabağ ətrafında ABŞ-Rusiya qarşıdurmasının yeni
mərhələsi başlanır.
Asif Nərimanlı
Publika.az
-
Avropa21 Mart 23:51Bəy toyu günü döyüşə aparıldı
-
İdman21 Mart 23:36Nəriman MLS-də debüt etdi, komandası uduzdu - Yeniləndi
-
Magazin221 Mart 23:12“Lukası”n klonunu yaradan məşhur doktor VƏFAT ETDİ
-
Yaxın Şərq21 Mart 23:00İsrailin nüvə obyekti yerləşən şəhəri vuruldu: 47 nəfər... - Video / Yeniləndi
-
Magazin221 Mart 22:00Dua Lipa qaşlarla bəzədilmiş çimərlik geyimində - FOTO
-
Sosial21 Mart 21:25Artıq orada qapılara papaq da atılır - Video
-
MDB21 Mart 20:12Sovet dövründən sonra BİR İLK - Ağ çörək üçün yeni QOST standartı tətbiq edildi
-
Magazin121 Mart 19:48“Bayram günündə darıxdığım, yoxluğunu hiss etdiyim” - FOTO































.jpg)





.jpg)
