Nida Təhlil
İqtidarla gizli işbirliyi, xarici kəşfiyyatla məxfi sövdələşmə və... - Əli Kərimlinin SENSASİON ƏMƏLLƏRİ
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli
Həsənovun “Müxalifətçilik missiyası və Azərbaycanın milli
maraqları” adlı məqaləsində AXCP sədri Əli Kərimli haqqında qeyd
etdiyi “Əli Kərimli öz liderinə xəyanət edərək qazandığı
“təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir”
ifadəsi xüsusi diqqət çəkdi.
Söhbət, Əli Kərimlinin hansı “təcrübəsi”ndən
gedir?
Yaxın tarix Ə. Kərimlinin həyat əlifbasında “xəyanət” kəlməsinin
ilk sırada dayandığını təsdiqləyir və istər milli hərəkatı Bakıya
ordu yeridən SSRİ-yə satması, istər AXC daxilində “Yurd” təşkilatı
yaradaraq, Əbülfəz Elçibəyə zərbə endirməsi, istər sonrakı dövrdə
hakimiyyətlə gizli əlaqələr qurması və s. haqqında faktlar kifayət
qədərdir.
Ə. Kərimli 1990-cı ilin 20 yanvarında “qırmızı ordu” Bakıya qoşun
yeridəndə yoxa çıxır. Onun tələbə yoldaşı, həm də “Yurd”
təşkilatının üzvü olan dostlarından biri sonralar bu haqda belə
yazır: “Rəhim Qazıyev, Nemət Pənahlı və Əli Kərimli “Şmit”
zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü idilər. Onlar 20
yanvarda SSRİ ordusunun Bakıya daxil olmasını qorumalı, şəhərin
giriş-çıxışında qurulan barrikadalara bir növ nəzarət etməli
idilər. 20 yanvarın səhəri gün biz tələbə yoldaşlarımızla
maraqlanırdıq. Baxdıq ki, Əli Kərimli yoxdur. Yanvarın 21-də Əli
Kərimli meydana çıxdı. Ona yataqxanada sual etdim ki, 20 yanvarda
harada idin. Çünki həmin vaxt Kərimlinin Müdafiə Komitəsinin üzvü
olduğuna dair vəsiqəsi “Krasnaya Zvezda” qəzetində çap olunmuşdu.
Qəzetin Moskvada çap olunduğunu nəzərə alsaq, bu vəsiqənin
surətinin sürətlə Moskvaya kim tərəfindən göndərilməsi maraqlı idi.
Çünki qəzetdə əsaslandırılırdı ki, Bakıda orduya müqavimət olub,
Müdafiə Komitəsi yaradılıb, Əli Kərimli də onun üzvlərindən biri
olub. Həmin vaxt Əli Kərimlinin yaxını və qohumu olan Rahim Hacıyev
avtomobillə köşkləri gəzib “Krasnaya Zvezda” qəzetini yığırdı ki,
qəzet əhali arasında yayılmasın. Biz də Əli Kərimliyə sual etdik
ki, sən axşam harada idin, necə oldu ki, vəsiqən sovet ordusunun
mətbuat orqanında çap edilib. O da dedi ki, gecə onu rus əsgərləri
tutub, indiki Nəqliyyat Nazirliyinin yanında bir yerdə
saxlayıblar...”.
Hələ o vaxt Əli Kərimlinin SSRİ kəşfiyyat orqanı olan Dövlət
Təhlükəsizlik Komitəsi ilə sıx əlaqələri olduğuna dair məlumatlar
var idi.
Milli hərəkatın fəal üzvlərindən olan, Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəylinin Əli
Kərimliyə xitabən yazdıqları onun keçmişinə dair aydın təsəvvürlər
formalaşmasına imkan verir.
“Bakı Dövlət Universitetində Qarabağla bağlı keçirilməsi
nəzərdə tutulan mitinqə qarşı etiraz etdiyin günləri xatırla…
Xatırladın, Mirabbasın tapşırıqlarını icra etdiyin vaxtları
deyirəm. Milli Azadlıq Hərəkatının fəal iştirakçıları çox yaxşı
bilir ki, sən heç vaxt qaynar nöqtələrdə, ön sıralarda olmamısan.
Həmişə gizlənmisən, qaçmısan… Ya da gizlədiblər, səni hərəkata
dürtənlər xəbərdarlıq edərək “qaç” deyiblər. 1989-cu ilin
dekabrında, sovet əsgərləri ilk dəfə insanlara divan tutanda harada
idin? Bəs dekabrın 5-də həbs olunan tələbə yoldaşlarının azadlığa
çıxması üçün mübarizə aparan insanlara niyə qoşulmadın? Tülkü kimi
kola çəkildin. Təhlükə sovuşandan sonra yenidən çıxdın, yaxud
çıxarıldın ortalığa. Yanvarın 19-da axşam saatlarında, təxminən
saat 19:00-da dabanına tüpürüb qaçdığını necə, unutmamısan? Sonra
Müdafiə Komitəsinin üzvü olduğun barədə vəsiqən “qırmızı ordunun”
“Krasnaya Zvezda” qəzetində dərc olundu… Biz bir qrup tələbə bu
hadisədən xeyli öncə Müdafiə Komitəsində olan bütün sənədləri məhv
etmişdik ki, ələ keçməsin. Amma nədənsə yalnız sənin vəsiqən ələ
keçdi”, - deyə o qeyd edir.
SSRİ dağılandan sonra Ə.Kərimli liderim dediyi Əbülfəz Elçibəyin
yaxın “silahdaşı” olaraq fəaliyyətini davam etdirir, eyni zamanda,
Ayaz Mütəllibov iqtidarı ilə gizli əlaqələr qurur. O dövrdə
iqtidarın məqsədi müxalifətdə olan Əbülfəz Elçibəyin hakimiyyətə
gəlişinə mane törətmək idi və bu işdə Ə.Kərimlinin verdiyi
məlumatlar əsas rol oynayırdı. Onun Əbülfəz Elçibəyin kabinetinə
yerləşdirdiyi dinləmə cihazının məqsədi də məhz məlumat əldə etmək
idi.
E.Mirzəbəyli qeyd edir ki, Ə. Kərimli Xalq Cəbhəsinin qərargahında
səsyazma cihazı da yerləşdiribmiş: “Mikrofon tərəfi Əbülfəz
Elçibəyin otağında, dinləmə tərəfi isə sənin otağında olan cihazın
sonu necə oldu? Bəs Xalq Cəbhəsinin qərargahındakı otağında, çay
dəstgahı üçün nəzərdə tutulmuş kiçik masanın üzərindəki səsyazma
cihazı indi hardadı? Hər dəfə otağına kimsə gələndə “matros” Faiqin
çay süzmək bəhanəsi ilə düyməsini basdığı diktofonu deyirəm,
xatırladın?”.
AXC iqtidara gəldikdən sonra da Əli Kərimli fəaliyyətini davam
etdirdi. Elçibəyin hökumətində dövlət katibi postunu tutan Kərimli
iki istiqamətdə zərbə endirirdi: birincisi, dövlətin strateji
müttəfiq kimi seçdiyi Türkiyənin təsirinin qarşısı alınması,
ikincisi vaxtilə AXC-nin içində yaratdığı “Yurd” təşkilatı;
Dövlətin strategiyasına zərbə: Əbülfəz Elçibəy
prezidentliyi dövründə ən yaxın münasibətləri Türkiyə ilə
saxlayırdı və bu proses Ankaranın Bakı üzərindən bütün regionda
təsir imkanlarının genişlənməsinə doğru gedirdi. Lakin region
ölkələri, xüsusilə İran və Rusiya bu strategiyanı qəbul etmirdi və
onlara bu işdə dövlət katibi postunda əyləşən Əli Kərimli yardım
edirdi.
Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev illər sonra Əli
Kərimlinin İran kəşfiyyatı ilə “Əli” kod adı altında əməkdaşlığına
dair sənəd yaydı.
Sənəddə deyilirdi: “Əli” adında agent İranın Bakıdakı
səfiri Nəhavəndianın səfirliyin diplomatları ilə keçirdiyi
müşavirədə Azərbaycan dövlət nümayəndə heyətinin İrana rəsmi
səfərinin nəticələrini yüksək qiymətləndirir. Qeyd edir ki,
Azərbaycan rəhbərliyinin qonşu İran dövlətinin böyüklüyünü dərk
edərək üzünü ona tərəf çevirir, Türkiyə siyasəti Azərbaycanda puça
çıxır, İranın nüfuzu isə artır.
“Bu imkanı əldən verməmək üçün Azərbaycana humanitar yardım kimi
ərzaq və başqa istehlak malları göndərilməli, Azərbaycan
rəhbərliyinin siyasətdə naşı olmasından istifadə edərək
İran-Azərbaycan vətəndaşlarının vizasız bu dövlətə gediş-gəlişini
təmin edilməli, Naxçıvan və Lənkəranda İranın baş konsulluqları
açılmalıdır. İran televiziya proqramı birbaşa Azərbaycan televiziya
kanallarının birində göstərilməli, bəzi rayonlarda İranın dini
məktəbləri və mədrəsələri açılmalıdır. Azərbaycanın ali və orta
təhsil ocaqlarında iranlıların təhsil alması, yerli həkimlərin
müqavilə əsasında İrana işləməyə göndərilməsi kimi məsələlər
tezliklə həllini tapmalıdır”, - deyən “Əli” adlı casus bu
istiqamətdə çalışacağına söz verir.
İki vərəqdən ibarət sənəddə Azərbaycan-İran münasibətlərində siyasi
gərginlik yaranarsa, “Naxçıvan” məsələsinin ortaya atılması
variantı çıxış yolu kimi göstərilir. Analoji əməkdaşlıq Rusiya ilə
də aparılırdı.
Elçibəyə zərbə: Hakimiyyətdə dövlət katibi
postunda təmsil olunan, lakin gizli “Yurd” təşkilatının əsas lideri
kimi fəaliyyət göstərən Ə.Kərimli prezident Elçibəyin zəiflədilməsi
və hakimiyyətin ələ keçirilməsi istiqamətində işləyirdi.
“Azadlıq” qəzeti 1994-cü ilin 22 yanvar sayında yazırdı:
“Unutmaq lazım deyil ki, “Yurd” təşkilati cəhətdən ölkədə
mövcud olan başqa təşkilatlardan fərqlənirdi. Bütün mahiyyəti ilə
mason bir təşkilat olan bu birliyi konkret olaraq hakimiyyətdə
kimin olması qətiyyən maraqlandırmır. Təki bu hakimiyyət onların
mənafelərinə xidmət etsin”. (Sonradan bu qəzeti
“yurdçular” ələ keçirdi).
“Yurd”un fəallarından olan Mahir Səmədovun mətbuata
açıqlamasından: “Əli Kərimov Elçibəyin başının altına
yastıq, ayağının altına qumbara qoyanlardandır... Onun dəstəsi
Elçibəyin ünvanına müxtəlif imzalarla 100-lərlə məqalələr yazdırıb.
Əgər onun mənə irad tutmağa könlü var idisə, bəs inhisarında
saxladığı “Azadlıq” qəzetində AXCP sədrinin əleyhinə gedən
yazıların qarşısını niyə saxlamırdı və indi də niyə saxlamır?”.
Elçibəyin mətbuat xidmətinin rəhbəri Ədalət Tahirzadə:
“Cəbhədə iki qüvvə var. Biri “yurd”çular, biri cəbhəçilər.
Mən “Yurd”u Cəbhə saymıram... Bu, özünün geniş təbliğat şəbəkəsi
olan müstəqil partiyadır. Cəbhə o partiyanın yerləşdiyi geniş
qurumdur. Onun rəhbəri Elçibəy idi. Heç kəsə gizli deyildi ki,
“Yurd” Elçibəyi qəbul etmirdi... Elçibəy dünyasını dəyişdiyi günə
qədər onu təhqir edənlər məhz “Yurd”un təsir dairəsində olan
qəzetlər idi. Ən ağrılı nöqtələrinə məhz “Yurd”un təsir
dairəsindəki qəzetlər sancırdılar”.
Hətta Elçibəyin xəstə yatağında olduğu vaxtlar “onun
qadınla münasibətdə olduğu üçün prostat xərçənginə
yoluxduğu” iddiasını da Kərimlinin mirzələri ortaya
atmışdı. Və bu qəbildən olan təhqiramiz iddiaların sayı-hesabı yox
idi.
AXC hakimiyyətdən gedəndən sonra Ə.Kərimli partiyanı ələ keçirmək
üçün “yurdçu” fəaliyyətini genişləndirdi. Elçibəy Kələkidə olarkən
o, bir tərəfdən AXC sədrinə qarşı sifarişli yazılar yazdırır, digər
tərəfdən, sədrinin birinci müavini olaraq “de-fakto” partiyaya
rəhbərlik edirdi. Elçibəy Bakıya qayıdandan və AXC-yə real sədrliyə
başlayandan sonra Kərimlinin planları təxirə salındı. Lakin o,
bütün cəhdlərlə müxalifətdaxili birləşməni pozur və “liderlik”
ehtiraslarını asudə yaşamaq üçün Elçibəyin ölümünü gözləyirdi. Ona
görə gözləyir deyirik ki, Elçibəyin ölümündə Əli Kərimlinin
barmağının olduğuna dair yetərincə iddialar var. Əsas iddia isə
Elçibəyin məhz Əli Kərimli tərəfindən zəhərlənərək öldürülməsidir.
“Yurdçu”lar bu iddialara cavab olaraq, Elçibəyin öz əcəli ilə
öldüyünü deyirlər, lakin sui-qəsd nəzəriyyəsinin
araşdırmaçılarından hesab olunan yazar Həmid Herisçi bunun əksini
düşünür.
“Elçibəyin hansı yolla zəhərləndiyini dəqiq demək olmasa
da, o dövrdə, mərhumun xəstə olduğu ilə bağlı söhbətlər yayılanda
mənə məşhur bir xarici qonaq dedi ki, Elçibəy zəhərlənib və o,
tezliklə öləcək. Lakin həmin adamın kimliyi ilə bağlı məlumat verə
bilmərəm”, - deyə Herisçi qeyd edir.
Və bütün diqqətlər Əli Kərimlinin üzərinə yönəlir, çünki Elçibəyə
qarşı mübarizəni məhz o aparırdı və məqsədi partiyanın liderliyini
ələ almaq idi. Hətta 2000-ci illərdə hakimiyyətlə gizli əlaqələr
qurmuşdu. Bu faktı 2016-cı ildə Yeni Azərbaycan Partiyasının icra
katibinin müavini Siyavuş Novruzov “Trend”ə müsahibəsində
açıqlamışdı.
S. Novruzov Kərimlinin hakimiyyətlə əlaqələr qurması haqqında
deyirdi: “Əli Kərimli 2000-ci illərdə dəfələrlə yüksək
vəzifəli rəsmi şəxslərlə xaricdə görüşmək arzusunda olduğunu
bizlərə bəyan edib. Görüş yeri kimi Strasburq və ya London
seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və
danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun
yanındakı “Xankəndi” restoranı idi. Hətta o, partiyasının
proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici
imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və
hərtərəfli dəstək gördü”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa o vaxt Əli Kərimli
ilə hakimiyyət arasında danışıqları Eldar Novruzovun apardığını
bildirir: “Eldar Namazov danışıqların ilkin mərhələsində əsas
bağlayıcı şəxs idi”.
Əli Kərimlinin adının açıqlanmasını istəməyən keçmiş
silahdaşlarından biri isə gizli danışıqların təfərrüatlarını açır:
“Danışıqlar təkcə “Xankəndi” restoranında deyil, “Qurd
qapısı” restoranında da aparılırdı. O danışıqlarda Əli Kərimli və
“Yurd”dan olan yaxın ətrafı iştirak edirdi. Onun yanındakılardan
biri də Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimli idi. Sonradan Əli
Kərimli öz missiyasını yerinə yetirdiyi üçün müəyyən biznes da
qurdu. Hətta balıq vətəgələrində də müəyyən paya sahib idi. Biznes
işlərini də İnqilab Kərimli idarə edirdi. Əli Kərimliyə tapşırıqlar
bir mərkəz tərəfindən ötürülürdü. Həmin mərkəzin adı “Proqnoz” idi.
Onun rəhbəri rəhmətə gedib. Mərkəz də dağılıb. Amma o vaxt
təlimatlar bu mərkəzdən göndərilirdi. “Azadlıq” qəzetində işləyən
həmin adam isə Əli Kərimliyə çatdırırdı”.
Onun son məqsədi hakimiyyətə gəlmək idi və bunun üçün “ikili agent”
oyunu oynamaqla yanaşı, istənilən dairələrlə danışıqlara gedirdi.
Elçibəy vəfat etdi, Əli Kərimli illərdir qurduğu “lider” xəyalına
çatdı və AXCP-nin sədri olaraq “ana müxalifət” iddiasını
sərgiləməyə başladı. O, bu iddiasını təsdiqləmək üçün müxalifət
daxilində bütün birlikləri, əməkdaşlıq formatlarını zaman-zaman
dağıtdı, hətta sonda tək qalsa belə öz iddiasından əl çəkmədi.
Hərçənd, Ə.Kərimli siyasi ambisiyaları uğrunda təkcə
müxalifətdaxili oyunlar qurmadı, həm də Azərbaycan dövlətinə qarşı
xarici ölkələrlə əməkdaşlığa getdi.
- 2005-ci ildən sonra İranla yaxınlığı bərpa etmək üçün dini
hissləri istismarına başladı və bu gün də Tale Bağırzadənin
timsalında bu xətti müdafiə edir. (Hürrü Əliyevin açıqladığı sənəd
onun bu tapşırığı İranda Azərbaycana qarşı fəaliyyət göstərən
dairələrindən də ala biləcəyi fikrini gücləndirir).
- 2013-ci ildə hakimiyyətə gəlmək üçün Rusiyaya üz tutdu və bu
ölkədə Azərbaycana qarşı olan qüvvələrin qurduğu “Milyarderlər
ittifaqı”nın layihəsində yer aldı.
- Bütün bunlara paralel olaraq Qərbdə anti-Azərbaycan qüvvələrlə də
təmasları davam etdirdi. Oğlu Türkel Kərimlinin Azərbaycanın işğal
edilmiş ərazilərində yaradılan qondarma rejimin “rəhbəri” Bako
Saakyanın oğlu Armen Saakyanla Azərbaycana qarşı təşkil olunmuş
dinləmələrdə birlikdə iştirakı Əli Kərimlinin hakimiyyət sevdası
uğrunda hətta ermənilər və erməni lobbisi ilə də əməkdaşlıq
etdiyini təsdiqlədi.
Və bu gün o, eyni yollarda yürüməyə davam edir...
Publika.az
-
Sosial23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin122:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI
-
Kriminal22:24
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
-
Dünya22:12
Onun fotosu məşhur jurnalın üz qabığında - FOTO
-
Sosial21:00
Azərbaycanda toy YASA ÇEVRİLDİ
-
İdman20:48
Mbappe Fransa millisinə ŞƏRT QOYDU - Yalnız bu matçlarda...
-
Magazin120:36
Builki “Səs”in ən yaxşılarını onlar seçəcəklər - FOTO
-
Qarabağ 20:24
Bu tarixdən Turşsuya qayıdış başlayacaq