Nida Təhlil
Əhalinin sağlamlığı daim Prezidentin diqqət mərkəzindədir - Seymur Orucov
“Cənab Prezidentin şəxsi təşəbbüsü ilə hər il milyonlarla insan dövlət hesabına tibbi müayinələrdən keçir”.
Bu sözləri Publika.az-a açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, ölkə başçısının göstərişi ilə yeni mərkəzi xəstəxana, 35 digər xəstəxana yenidən təmir olunaraq insanların istifadəsinə verilib: “Eyni zamanda Heydər Əliyev Fondunun səhiyyənin inkişafı ilə bağlı olan fəaliyyətinə də nəzər salsaq görərik ki, ölkədə səhiyyə sistemi həqiqətən də yenidən qurulub. Əhalinin sağlamlığı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Onkoloji xəstələrə dövlət büdcəsi hesabına pulsuz müayinələr həyata keçirilir.
Dövlət koronavirusun yayılmasının qarşısını almaq üçün lazım olan bütün tədbirləri görüb. Cənab Prezidentin tapşırığı ilə xüsusi xəstəxanaların ayrılması, lazımi tədbirlərin daha sürətlə aparılması üçün 10 milyon manatın ayrılması bu sahəyə olan xüsusi diqqət göstəricisidir. Ali və orta təhsil məktəblərinin, uşaq bağçalarının bağlanması, qonşu dövlətlərlə sərhədlərin bağlanması Azərbaycanda bu virusun epidemioloji hala çevrilmə riskini demək olar ki, minimum həddə çatdırıb. Ölkə başçısının bu cür vəziyyətdə Azərbaycanın sərhəd bölgələrinə getməsi, insanlar arasında olması onun xalqına olan sevgisinin göstəricisidir. İnsanların maariflənməsi və digər məsələləri ölkə başçısı öz nəzarətinə götürüb. Yalnız belə vəziyyətlər üçün deyil, ümumiyyətlə, səhiyyənin inkişafı istiqamətində görülən işlər göz önündədir. Bu gün ölkəmizdə kifayət qədər savadlı həkimlər yetişir. Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in yaradılması və icbari tibbi sığortada insanlara göstərilən səhiyyə xidmətlərinin dünya səviyyəsinə çatdırılması üçün işlər davam edir. Dünya Səhiyyə Təşkilatının statistikasına baxdıqda da görünür ki, bu sahədə çox ciddi irəliləyişlər var”.
Tağı Həsənov
-
Sosial13:36İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - FOTO
-
Nida Təhlil 13:22Cənubi Qafqazda yeni reallıq: Azərbaycan istiqaməti müəyyən edir
-
Sosial12:29Günay Əliyevaya vəzifə verildi - FOTO
-
MDB12:01Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb: Yazıçı olub, məşhurlaşıb və...
-
Magazin211:24Kardaşyan bu etirafı ilə hər kəsi şoka saldı: Gün ərzində 35 həb qəbul edir
-
Sosial11:12Milyarderlər insanları belə ovsunlayırlar: Pensiya üçün pul yığmağa ehtiyac qalmayacaq?
-
Sosial10:21Hamlet Musayevin qızı həbsdən azad edildi
-
Dünya10:06Bu ölkədə cəhənnəm yaşanır: Turistlər hər yeri tutub, yerli sakinlər evlərinə qapanıb





































