Nida Təhlil
ŞOK ETİRAF: Ermənistan torpaqları qaytarmağa hazır olub
Sabiq prezident Serj Sarkisyanın 2 illik sükutdan sonra keçmiş deputatlardan birinin – yaxın ətrafına daxil olan, haqqında beynəlxalq axtarış elan edilmiş və hazırda Rusiyada yaşayan Ruben Ayrapetyanın restoranında mətbuat konfransı keçirməsi artıq bir neçə gündür ki, Ermənistan mediasının əsas müzakirə mövzusuna çevrilib. Amma gözlənildiyi kimi, Sarkisyan heç də ona ünvanlanan bütün ittihamlara aydınlıq gətirməyib. Əsasən 2016-cı ilin aprel döyüşlərindən və həmin dövrdə guya “ölkəsinin imzalamaq istəmədiyi yeni atəşkəs sazişi”ndən söz açıb.
Sabiq prezidentin mətbuat konfransı ilə bağlı diqqət çəkən məqamlardan biri, onun sükutu pozmasından öncə Ermənistan parlamentinin istintaq komissiyasının sədri Andranik Köçəryanın açıqlaması ilə bağlıdır.
Xatırladım ki, komissiya sədri açıqlamasında Sarkisyanın tarixi ifşasını gözlədiklərini bildirib və qeyd edib ki, “əgər mətbuat konfransında sabiq prezidentin komissiyadan nəyisə gizlətdiyi bəlli olarsa, o zaman onun söylədikləri hesabata əlavə olunacaq”. Çox güman ki, Nikol Paşinyanın parlamentin istintaq komissiyasının sədri vasitəsi ilə çatdırmaq istədiyi bu mesaj sabiq prezident-baş nazirin hakimiyyətdən getməsi və digər məsələlərlə bağlı suallardan yayınmasına zəmin yaradıb. Paşinyan isə gözlədiyi nəticəni, qismən də olsa əldə edə bilib. Yəni sosial problemlərin ən yüksək həddə çatdığı, Tovuz təxribatının qarşılığında aldığı hərbi, siyasi və diplomatik zərbələrdən özünə gələ bilməyən Ermənistanın ac və səfil cəmiyyətinin gündəmini, bu ölkənin bütün siyasi hakimiyyətlərinin klassik yayındırıcı vasitəsi olan Qarabağ problemi ilə qısa müddətə də olsa dəyişdirməyi bacarıb. Əslində Tovuz təxribatından sonra aprel döyüşləri ilə bağlı məsələnin Ermənistanın siyasi hakimiyyətinin intensiv şəkildə gündəmə gətirməsinin səbəbi, təkcə pandemiyaya qarşı uğursuz mübarizə, ölkə daxilindəki sosial-iqtisadi böhranın daha da dərinləşməsi ilə bağlı deyil. Tovuz təxribatı ilə başlayan uğursuzluq zolağının davam etməsi, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə ayrı-ayrı dövlətlərin kifayət qədər açıq və sərt mövqe nümayiş etdirmələri, erməni diaosporunun kifayət qədər güclü olduğu ölkələrdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının qanunvericilik aktları, qətnamə və bəyanatlarla təsbit olunması, xarici ölkələrdə yaşayan həmvətənlərimizin fəallığı nəticəsində ermənilərin vəhşi, qaniçən mahiyyətinin göz önünə sərgilənməsi Paşinyan rejimini ciddi narahat edir. Aprel döyüşlərindəki məğlubiyyətin qabardılmasında isə əsas məqsəd, çox güman ki, bütün uğursuzluqların məsuliyyətinin Ermənistanın keçmiş iqtidarının üzərinə yüklənməsi ilə bağlıdır.
Sarkisyana gəldikdə isə, restoranda keçirdiyi mətbuat konfransını tamamilə özünümüdafiəyə, daha dəqiq desək, aprel döyüşlərindəki məğlubiyyətlə bağlı ona ünvanlanmış ittihamlardan yayınmağa həsr edib. Hətta xarakterinə xas olan klassik yalanlarını təkrarlamaqdan, daha mübaliğəli şəkildə ifadə etməkdən belə çəkinməyib. Məsələn, bildirib ki, guya Ermənistan Azərbaycanla 2016-cı ilin aprelində 1994-cü ilin Bişkek protokolunu əvəz edəcək sazişi imzalamaqdan imtina edib. Qeyd edim ki, Serj Sarkisyan sözügedən mətbuat konfransında “mən sazişi imzalamaqdan imtina etmişəm” deməyib, ünvan kimi Ermənistanı göstərib. Sanki həmin dövrdə Ermənistanın prezidenti Serk Sarkisyan yox, başqa birisiymiş... Sarkisyan sözügedən konfransda Azərbaycan torpaqlarının mərhələli yolla azad edilməsini nəzərdə tutan sənədin müzakirəsi ilə bağlı faktları da təhrif etməyə çalışıb. Serjin “Ermənistanın 2016-cı ilin aprelində 1994-cü il Bişkek Protokolunu əvəz edəcək Azərbaycanla yeni atəşkəs sazişi imzalamaqdan imtina etməsi” ilə bağlı iddialarını isə təkcə Azərbaycan tərəfi deyil, onun sabiq dostu, separatçı-terrorçu həmkarı, qondarma rejimin “təhlükəsizlik şurası”nın katibi Samvel Babayan da təkzib edib.
Babayan Ermənistan mətbuatına açıqlamasında deyib ki, Serj Sarkisyanın nə deməsindən asılı olmayaraq, Ermənistanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məxfi sənədi imzalamağa hazır olub və onun əlində bunu təsdiq edən sənədlər var.
Sitat: "Sənədlərdə çox aydın və dəqiq şəkildə deyilir ki, biz 5 rayonu, sonra iki rayonu, daha sonra bir dəhlizi qaytarırıq, amma Qarabağ münaqişəsinin həlli görünmür”.
Göründüyü kimi, vaxtilə Serj Sarkisyanın Ermənistanın müdafiə naziri postuna gətirilməsində müstəsna rolu olan hərbi-cinayətkar yoldaşı Samvel Babayan da onun iddialarının yalan olduğunu bildirir və qeyd edir ki, ortalıqda işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı konkret sənəd olub.
Diplomatik mənbələrdən əldə etdiyim məlumatda da qondarma rejimin “milli təhlükəsizlik katibi” Samvel Babayanın dediklərində həqiqət olduğu bildirilir. Yəni vaxtilə Köçəryan, daha sonra isə Sarkisyan işğal etdikləri əraziləri qaytarmağa razılıq veriblər. Müzakirələr yenilənmiş Madrid prinsipləri – “Lavrov planı” adlanan konkret sənəd ətrafında aparılıb. Həmin sənədin fəlsəfəsi, ana ideyası isə öncə 5 rayonun (Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl), sonra 5 il müddətində Kəlbəcər və Laçın rayonlarının qaytarılmasından və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasından ibarət olub.
Sarkisyan isə gözünün içinı kimi yalan danışır, çünki Ermənistan tərəfindən danışıqları şəxsən onun özü aparıb.
Amma azərbaycanlılara qarşı qanlı cinayətlərin həyata keçirilməsinə rəhbərlik edən Samvel Babayan, Serj Sarkisyanla aralarında 2000-ci ildə yaranmış ixtilafa görə ona opponentlik etsə də, aprel döyüşləri ilə bağlı həqiqətləri olduğu kimi dilə gətirmir. Ermənistanın 2016-cı ildə düşdüyü aciz durumdan, Moskvaya onları xilas etmək üçün necə yalvardıqlarından diqqəti yayındırmaq üçün iddia edir ki, guya aprel döyüşləri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya zəng edərək işğaldan azad edilmiş mövqeləri geri qaytarmayacağını söyləyib, lakin hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib.
Bu məsələ ilə bağlıdiplomatik mənbələrdən əldə etdiyimiz məlumatda isə qeyd olunur ki, Samvel Babayanın 2016-cı ilin aprel döyüşləri zamanı Prezident İlham Əliyevin Moskvaya zəng etməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur. Həmin dövrdə Azərbaycan Prezidenti heç kimə zəng etməyib. Əksinə, Prezident İlham Əliyevə Rusiyanın paytaxtından zəng olub, ondan hərbi əməliyyatların dayandırılması, işğaldan azad edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması istənilib. Lakin İlham Əliyev qətiyyətlə yox cavabı verib və bunun, ümumiyyətlə müzakirə mövzusu olmadığını bildirib.
Əslində Prezident İlham Əiliyevin Azərbaycanın ərazi bütövlüyü, milli maraqları ilə bağlı məsələlərdəki israrlı mövqeyi, öz xalqının, dövlətinin mənafeyini qorumaq üçün nümayiş etdirdiyi qətiyyətli davranışları ilə bağlı Qarabağ məsələsində Paşinyandan kifayət qədər təcrübəli olan Samvel Babayan daha məumatlı olmalıydı. Yaxud, hazırda əlalıtısı olduğu Nikol Paşinyanın Valday və Münhen konfranslarında, beynəlxalq müstəvidə aldığı dərslərdən nəticə çıxarmalıydı... Amma görünür erməni xisləti buna imkan verməyib.
Azərbaycan Prezidenti isə hər zaman olduğu kimi, 2016-cı ilin aprel döyüşlərində də öz prinsipiallığını, qətiyyətini, xarakterini nümayiş etdirib və göstərib ki, heç bir qüvvənin təzyiqi onu öz mövqeyini dəyişməyə məcbur edə bilməz, Azərbaycanın milli maraqları müqəddəs və toxunulmazdır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki hərbi təxribatı zamanı və işğalçıya ötürülən silah-sursatla bağlı gizlinlərin gün işığına çıxması prosesində də biz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin şahidi olduq.
Bu mövqe özünü istər Serbiyaya, istərsə də Rusiyaya münasibətdə büruzə verdi.
Nəticədə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç Ermənistana silah-sursat satılması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün ölkəmizə səfər etdi.
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək, Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırdı.
Təbii ki, bütün bunlar yalnız ən yaxın tarixdə baş verən, isti izləri hələ silinməmiş faktlardır. Prezident İlham Əliyevin prezident kimi fəaliyyətdə olduğu zaman kəsiyi isə belə faktlarla zəngindir və tariximizdə, xalqımızın yaddaşında silinməz izlər buraxıb.
Prezident İlham Əliyev üçün hər şeydən öndə xalqın maraqları, dövlətin mənafeyi dayanır.
Azərbaycan vətəndaşlarının yüksək etimadına, Azərbaycan Prezidentinin möhkəm siyasi iradəsinə, qətiyyətli xarakterinə söykənən bu yanaşma isə bizi BÖYÜK QƏLƏBƏYƏ aparan yolun əsasını təşkil edir!
Elçin Mirzəbəyli
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı