Nida Təhlil
Ermənistanın Bərdəni hədəf seçməsinin əsas məqsədi - Professor AÇIQLADI
“Hərbi münaqişələrdə məğlub olan tərəf artıq son şanslarından da istifadə edir. Ermənilər öz aləmlərində çalışırlar ki, beynəlxalq aləm münaqişəyə qarışsın, beynəlxalq münasibətlərdə ayrı-ayrı dövlətlər qarşı-qarşıya dursun, bu dövlətlər arasındakı ziddiyyətlər kəskinləşsin və bu kəskinləşmə fonunda təcavüzkar Ermənistan dövləti beynəlxalq normalarla məsuliyyətə cəlb edilməkdən kənarda qalsın”.
Bu sözləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.

O qeyd edib ki, hər kəsə çox yaxşı məlumdur ki, Ermənistan bu münaqişədə məğlub tərəfdir və bizim böyük qələbəmizə çox az qalıb: “Müharibə başlayandan bu vaxta qədər ermənilərin əsas məqsədi ondan ibarət idi ki, Dağlıq Qarabağla bağlı münasibətlər beynəlxalq müstəviyə keçirilsin və digər dövlətləri münaqişəyə cəlb etsinlər. Bu, onların çirkin xislətidir. Ermənilər təkcə özləri məğlub mövqedə olmaq istəmirlər, həm də beynəlxalq aləmdəki sabitliyi pozmaq istiqamətində konkret addımlar atmaq istəyirlər. Onlar Bərdəni, Tərtəri, Gəncəni bombalamaqla Azərbaycanın susacağını gözləyirlər. Bu, Azərbaycan xalqını qorxutmur. Azərbaycanın öz sərhədlərini qorumaq, əhalisini müdafiə etmək hüququ var və bu hüquq ölkəmizdə beynəlxalq hüququn normaları ilə verilib. Ölkə başçısı çox uzaqgörənliklə səbir nümayiş etdirir və bütün baş verənləri beynəlxalq hüquq normaları çərçivəsində həll etmək istəyir. Dinc əhalinin bombalanması, mülki şəxslərin qadağan olunan silahlardan hədəf alınması, uşaq və qadın ölümünə, mülki obyektlərin dağıdılmasına səbəb olan və beynəlxalq hüquq normalarına zidd olan bu erməni hücumları heç vaxt cavabsız qalmayacaq”.
İ.Vəliyevin sözlərinə görə, beynəlxalq hüquq bu məsələyə rəvac verən vəzifəli şəxslərin, Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət məsələsini tezliklə həll etməlidir: “BMT Təhlükəsizlik Şurası sülhə və sabitliyə qəsd edən bu təcavüzkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün özü beynəlxalq cinayət məhkəməsinə müraciət edə bilər. Ona görə ki, həm də BMT Təhlükəsizlik Şurasının artıq 4 qətnaməsi icra edilmir və onun icra edilməsinə Ermənistan silahlı müqavimətlə cavab verir. Bu isə beynəlxalq sülhün və sabitliyin pozulmasına gətirib çıxarır. Düşünürəm ki, bu baxımdan Azərbaycanın BMT Təhlükəsizlik Şurasına etdiyi müraciət öz məntiqi nəticəsini tapacaq. Artıq bu mexanizm var. Azərbaycan dövləti Avropa İnsan hüquqları Məhkəməsinə müraciət edib. Müraciətində 4 əsas məsələ gündəmə gətirilib. Birinci məsələ də elə Ermənistan ərazisindən və işğal edilmiş ərazilərdən Azərbaycanın yaşayış yerlərini, ictimai binaları, qəbiristanlıqları, mülki obyektləri və digər infrastrukturları raketlərdən və iriçaplı silahlardan atəşə tutulmasının dayandırılması bu məhkəmədən xahiş edilib. Düşünrəm ki, bu, çox düzgün addımdır və bir yenilikdir. Bu qurumda ölkəmizin bu müraciəti əsasında yeni praktika formalaşacaq və biz yaxında bunun bəhrəsini görəcəyik”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





