Nida Təhlil
Azərbaycanda çoxpartiyalılıq sistemi - quruluşu və inkişafı
Siyasi partiyaların mövcudluğu hər bir cəmiyyətdə demokratiyanın və siyasi plüralizmin başlıca göstəricisidir. Siyasi partiyaların yaranması prosesinin tarixi göstərir ki, cəmiyyətin siyasi sisteminin ən mühüm elementlərindən olan partiyaların meydana çıxması siyasi şüurun inkişafı və demokratik ənənələrin bərqərar edilməsinin nəticəsi olmuşdur. Cəmiyyətdə real qüvvə kimi çıxış edən orta təbəqələrin siyasi fəallığının artması, vətəndaşların seçki hüquqlarının genişlənməsi, xalqların milli mənlik şüurunun inkişafı siyasi partiyaların formalaşmasına təsir göstərən başlıca amillər olmuşlar.
Tarixdən məlum olduğu kimi, ilk siyasi partiyaların yaranması Avropada baş vermişdir. XİX əsrdə İngiltərədə “Seçkiləri qeydə almağın liberal yoldaşlığı” və Almaniyada “Ümumalman fəhlə ittifaqı”nın təsis edilməsi siyasi partiyalar tarixinin başlanğıcı oldu. XX əsrin əvvəllərindən etibarən isə siyasi partiyalar artıq müəyyən struktura, sosial bazaya və siyasi məqsədlərə malik olan təşkilatlar kimi fəaliyyət göstərirdilər. Siyasi partiyaların yaranması Avropa cəmiyyətlərinin demokratik inkişafına təkan verdi, sosial-iqtisadi tərəqqi üçün yeni zəmin yaratdı, sadə vətəndaşların hakimiyyətin fomalaşmasında iştirak imkanlarını genişləndirdi. Cəmiyyətin demokratik inkişafının nəticəsi kimi meydana çıxan siyasi partiyalar özləri bu inkişafa yeni məzmun və stimul verdi.
Müasir politiologiya elmi siyasi partiyaların məhz demokratik ənənələrin bərqərar edilməsinin nəticəsi kimi meydana çıxdığını artıq təsdiq etmişdir. Siyasi plüralizmin məhdudlaşdırıldığı cəmiyyətdə siyasi partiyaların olduğunu dair faktlar, əlbəttə ki, mövcuddur. Lakin bu cür sistemlərdə siyasi partiyaların varlığı formal xarakter daşıyır, onlar ictimai rəyin ifadəçisinə çevrilə bilmirlər. Siyasi partiyalar yalnız demokratik cəmiyyətlərdə ictimai inkişafın mühərrikinə çevrilir, vətəndaşların sosial rifahının təmin olunması, insanların daha yaxşı yaşaması üçün yeni qaydaların müəyyənləşdirilməsi, ölkənin tərəqqisi üçün təkan verir.
Çoxpartiyalı sistem siyasi parlamentdə yerlərin əksəriyyətini götürmək üçün eyni şanslara malik çoxlu sayda partiyanın iştirak etdiyi sistem kimi qiymətləndirilir. Çoxpartiyalı sistem siyasi proseslərə real şəkildə iştirak etmək imkanına malik bir neçə və ya çoxlu sayda partiyanın mövcudluğunu təmin edir. Çoxpartiyalı sistemin əsasını siyasi partiyaların yaranma və fəaliyyət azadlığına dair konstitusiya prinsipi təşkil edir. Burada çox mühüm bir məqama diqqət yetirmək lazımdır ki, çoxpartiyalı sistem anlayışı çoxpartiyalılıq anlayışı ilə eyni məzmun kəsb etmir. Siyasi elmdə çoxpartiyalılıq bir ölkədə müxtəlif partiyaların mövcudluğu kimi səciyyələndirilir. Lakin bu zaman onlar hakimiyyətə gəlmək üçün eyni imkana malik olmurlar. Çoxpartiyalı sistemdə isə bütün partiyaların hakimiyyətə gəlmək və parlamentdə təmsil olunmaq şansları bərabər olur. M.Dyuverje partiya sistemlərini xarakterizə edərək yazırdı ki, siyasi partiya sistemləri ölkənin siyasi arenasında uzun müddət mövcud olan, hakimiyyətin bölünməsində və reallaşdırılmasında fəal iştirak edən partiyaların «sabit ansamblı»dır.
Nəzərə almaq lazımdır ki, çoxpartiyalı sistem formalarından asılı olmayaraq, demokratik cəmiyyət quruculuğunun vacib elementlərindən biridir. O, vətəndaşlara ölkənin gələcək inkişafı ilə bağlı seçim imkanı verir, cəmiyətlə dövlət arasında hər iki tərəfin maraqlarını özündə birləşdirən, müxtəlif sosial təbəqələrin və siyasi qüvvələrin mənafelərini ifadə edən ümumi bir harmoniya yaradır. Bu harmoniya siyasi sistemin inkişafının bazasını, ana xəttini təşkil edir. Dövlət idarəetmə aparatı ilə sadə vətəndaşlar arasında məsafəni yaxınlaşdırır. Hər bir vətəndaşa dövlətə və siyasi sistemin fəaliyyətinə təsir imkanları verir.
Azərbaycanda çoxpartiyalı sistemin mahiyyətinin araşdırılması bir neçə mühüm məqama görə aktual siyasi problem kimi qiymətləndirilə bilər. Əvvəla nəzərə almaq lazımdır ki, Azərbaycan demokratik cəmiyyət quruculuğuna yeni qədəm qoymuş bir dövlət kimi yeni siyasi sistemə keçidin özəlliklərini, mənfi və ya müsbət təsirlərini öz üzərində hiss etməli olmuşdur. Bu baxımdan Azərbaycan üçün yeni olan çoxpartiyalı sistemin xüsusiyyətlərinin öyrənilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Şübhəsiz ki, Azərbaycanda çoxpartiyalı sistemin formalaşması prosesi müəyyən ənənəyə malikdir. Lakin bu ənənə ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra tamamilə aradan qaldırıldı. Məhz bu baxımdan əsrin sonlarında öz müstəqilliyini yenidən bərpa etmiş xalqımız bir sıra ciddi siyasi problemləri də həll etmək zərurəti qarşısında qalmışdır. Bu problemlərdən biri də demokratik siyasi sistemə keçidin olduqca mürəkkəb və çoxşaxəli şərtlərinin yerinə yetirilməsi ilə bilavasitə bağlı olmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycanda çoxpartiyalı siyasi sistemin formalaşmasının politoloji əsaslarının öyrənilməsini zəruri edən digər bir mühüm amil də ondan ibarətdir ki, ölkəmiz uzun müddət totalitar Sovet sisteminin təsiri altında yaşadığından cəmiyyətin sovet düşüncə tərzinin demokratik şüura transformasiyası bir sıra çətin problemləri meydana çıxarmış oldu. Bu problemlərdən biri də insanların və bütövalükdə cəmiyyətin siyasi plüralizmə şüur və psixologiya bıxımından uyğunlaşması ilə bilavasitə bağlı olmuşdur. 70 il ərzində cəmi bir partiyanın mövcudluğuna və alternativsizliyinə vərdiş etmiş Azərbaycan cəmiyyətində müxtəlif ideologiyaları təbliğ edən çoxsaylı siyasi təşkilatların yaranması müəyyən ictimai çaşqınlığa səbəb oldu. Təsadüfi deyildir ki, hələ indinin özündə də partiyaların sayının çoxluğu cəmiyyətin müxtəlif təbəqələrində təəccüblə qarşılanmaqda davam edir. Burada bütün məsuliyyəti cəmiyyətin çoxpartiyalı sistem haqqında təsəvvürlərinin məhdudluğu üzərinə yükləmək doğru deyil. Çünki Azərbaycanda çoxpartiyalı sistemin formalaşması müəyyən qüsurlarla müşaiyət olundu və ifrat çoxpartiyalılığa gətirib çıxardı. Ancaq etiraf etmək lazımdır ki, partiyaların sayının çoxluğu bəzi məqamlarda sosiumun seçimini çətinləşdirir, onu çaşdırır, siyasi qüvvəni xidmət etdiyi ideologiyaya görə deyil, özünün məhdud siyasi təsəvvürləri kontekstində qiymətləndirməsini şərtləndirir.
Azərbaycanda çoxpartiyalı sistemin formalaşması prosesi müstəqilliyin əldə edilməsi və milli dövlət quruculuğu ilə eyni vaxta təsadüf etdiyindən bu iki mühüm amilin təsiri ilə müşaiyət edilmişdir. Başqa sözlə desək, Azərbaycanda çoxpartiyalı sistemin formalaşması milli demokratik dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi çıxış etməkdədir.
Ardı var.
Xatirə Əliyeva
Əməkdar jurnalist
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI