Nida Təhlil
Ortada zəhmət var - Elçin Şıxlı yeni media qanundan danışdı
"Nəzərə almalıyıq ki, yeni media qanunu üzərində xeyli müddətdir ki, iş gedir. Belə başa düşürəm ki, bu qanunun hazırlanmasında xeyli insan əziyyət çəkib. Ortalığa zəhmət qoyublar. Təsəvvür edin ki, 80 maddədən ibarət bir qanun layihəsidir. Özü də iki qanunu bir qanun layihəsində birləşdiriblər".
Bunu Publika.az-a açıqlamasında media eksperti, tanınmış jurnalist Elçin Şıxlı deyib.
Elçin Şıxlı bildirib ki, radio və televiziya haqqında qanun və KİV, yəni çap mediası haqqında qanun layihəsi birləşdirilməklə yanaşı, onların təsnifatları verilib:

"Jurnalist kimdir, radio nədir, hamısı haqqında məlumatlar yeni qanun layihəsində öz əksini tapıb. Hərçənd ki, bütün bunlar jurnalistika terminləri lüğətində yer alır. Ümumiyyətlə, yeni qanun layihəsi haqqında təbii ki, bir sıra müsbət fikirlər və səylər var. Onu da nəzərə almalıyıq ki, bu hələ layihədir. Bununla bağlı müzakirələr gedirsə, deməli, bu qanunu daha da təkmilləşdirmək fikri və ideyası var. Ümid edirəm ki, bu məsələlər parlamentin komissiyalarında, eləcə də alt komissiyalarda müzakirə olunacaq. İstərdim ki, bu qanun layihəsini medianın, informasiyanın nə demək olduğundan başı çıxan adamlar müzakirə eləsinlər. Düşünürəm ki, bu istiqamətdə görüləsi işlər hələ də çoxdur. Təkliflər gəlir ki, jurnalistlər attestasiyadan keçsin. Mənim üçün əsas olan jurnalistika prinsipləridir. Mən bu prinsiplərə istinad edərək öz fəaliyyətimi necə həyata keçirmişəmsə, elə də davam etdirəcəyəm. Ölkənin informasiya azadlığı haqqında qanunları var. Jurnalistikanın da öz qaydaları mövcuddur, o qaydalar da aradan çıxmamalıdır".
Tural Turan
-
İdman23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?


























.png)











