Nida Təhlil
Tehranla İrəvanın Azərbaycana hücum planının hədəfi: İran hansı ərazini tutmaq istəyir?
Ermənistan və İranın Azərbaycana qarşı təxribat hazırlığı təkcə Türkiyənin zəlzələyə görə diqqətinin bölgədən yayınmasından qaynaqlanmır: mümkündür ki, belə bir təxribata zəlzələdən öncə qərar verilib, sədəcə, mövcud vəziyyəti şans kimi qiymətləndirirlər;
Hərçənd, Tehran və İrəvanda da anlayırlar ki, Azərbaycan Ordusu təxribatlara cavab vermək əzmindədir, o cümlədən, miqyasına görə dəhşətli olan zəlzələyə baxmayaraq, Türkiyə ordusunun proseslərə mümkün müdaxiləsi gecikməyəcək;
Burada əsas məqam Ermənistanın məqsədi və İranın təxribatda maraqlarının nə olmasıdır.
İrəvanın sərhəd təxribatlarının nəyə hesablandığı aydındır:
- Azərbaycan ordusunun nəzarət etdiyi strateji ərazilərdə mümkün qədər irəliləmək və ələ keçirmək, bununla da sərhədlə bağlı danışıqlarda əlini gücləndirmək;
- Sərhəddə eskalasiya ilə Avropa İttifaqının missiyasının vacibliyini göstərmək, anti-Rusiyaya aqrumentlərini güclədirmək və Bakıya qarşı beynəlxalq təzyiqi gündəmə gətirmək;
Laçın yolunda aksiya üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiq dalğasının praktiki nəticələrinə nail ola bilmədilər. Bunun səbəblərindən biri də beynəlxalq hüquqda Qarabağın Azərbaycan ərazisi kimi tanınmasıdır. Sərhəd təxribatı ilə Azərbaycanı “təcavüzkar” göstərmək imkanı daha çox ola bilər.
Və mümkün təxribat Fransanın Ermənistan-Azərbaycan sərhədinə jandarma qüvvələri göndərməsi üçün əsas rolunu da oynayacaq. Rəsmi Paris qərar verib, İrəvan razılaşıb, lakin bunu eskalasiyasız həyata keçirmək Rusiyaya açıq “meydan oxumaq”dır. Bu baxımdan, təxribatla “Rusiya Ermənistanın təhlükəsizliyini qorumur” arqumentini gücləndirəcək və Aİ missiyasının əhəmiyyətinə, bu missiya tərkibində Fransa qüvvələrinin gətirilməsinə əsas yaradacaqlar.
İranın isə bu təxribat planında üç hədəfi var:
Birincisi, mümkün eskalasiya ilə Aİ-nin (Fransa) bölgədə varlığını legitimləşdirmək Tehrana Türkiyə, Rusiya və Azərbaycanın üçtərəfli razılaşmalar üzərindən bölgədə yaratdığı balansın pozulması baxımından lazımlıdır;
İkincisi, Tehran Ermənistana yardım və Fransanın regiondakı maraqlarına oynamaqla İrana hərbi müdaxilə ssenarisinə qarşı dəstək əldə etmək istəyir: İsrailin yaratmaq istədiyi beynəlxalq koalisiyada Fransanın da olacağı gözlənilir və İran Cənubi Qafqazdakı proseslər üzərindən Parisin neytrallığını təmin edə, o cümlədən, ermənilərin Qərbdə onun lobbiçiliyini aparacağına ümid edir;
Üçüncüsü, sərhəddə genişmiqyaslı toqquşma üçtərəfli razılaşmaları arxa plana keçirə və Zəngəzur dəhlizinin aktuallığını sual altına sala bilər;
Mümkün təxribat hücumu ilə İranın hərbi müstəvidə nail olmaq istədiyi hədəf də var: Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsinə nəzarət etmək;
Bu ərazidə postun qurulduğu ilk dövrdə də İranda yola müdaxilə haqda fikirlər var idi, lakin həmin vaxt bölgədəki siyasi mənzərə sərfəli deyildi. Çünki belə bir müdaxiləyə qarşı təkcə Azərbaycan və Türkiyə yox, Rusiya da çıxacaqdı. İndi Ukrayna müharibəsinə görə Rusiyanın üzləşdiyi vəziyət və Qərb qüvvələrinin Ermənistan üzərindən bölgəyə gəlişi bu yola müdaxilə ediləcəyi halda İranın üzləşə biləcəyi təzyiqi zəiflədir. Və istisna deyil ki, erməni əsgərlərin formasını geyinmiş İran hərbçilərinin Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsini ələ keçirmək ssenarisi var.
İranın Ermənistandakı səfiriyinin bu gün verdiyi açıqlama Tehran-İrəvan ikilisinin Azərbaycana qarşı təxribat planı fonunda diqqət çəkir. səfiri Abbas Bədəxşan Zohuri bəyan edib ki, “İran Aİ-nin missiyasına və Fransa jandarmalarının sərhəddə yerləşdirilməsinin əleyhinə deyil” və əlavə edib ki, “İran və Ermənistan dəhlizin (Zəngəzur-red) yaradılmasına imkan verməyəcək”.
İran Aİ-nin bölgəyə gəlişinə qarşı çıxırdı, indi bunu, xüsusilə Fransa jandarmalarının gəlişini dəstəkləməsi təsadüfi deyil. Və hədəflərin analizi fonunda səfirin bu açıqlaması da İran-Ermənistan ikilisinin hərbi təxribat planı haqda yayılan informasiyanın doğruluq payını artırır.
Asif Nərimanlı
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı













.jpg)















.jpg)



.jpg)

