Nida Təhlil
Əsgərlərimiz Ermənistanın 20 kilometr dərinliyinə necə gedib? - DETALLAR
Erməni mediası Azərbaycan Ordusunun itkin düşən əsgərinin Ermənistanda həbs edildiyini iddia edib.
Publika.az xəbər verir ki, bununla bağlı videogörüntülər yayılsa da, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatı olmadığı üçün məsələ qeyri-müəyyən olaraq qalır.
Ermənilərin iddialarındakı ziddiyyətlər də müəmmalı məqamları artırır. Erməni mənbələr azərbaycanlı əsgərin əvvəlcə Qarakilsə, daha sonra Bnunis kəndində olduğunu iddia edib. Bununla yanaşı, azərbaycanlı əsgərin bir erməninin evinə daxil olduğu, yemək yediyi, paltarını dəyişdikdən sonra isə kənd mağazasının önündə ermənilərlə kart oynadığı iddia olunur. Və bundan heç kimin xəbəri olmur. Müəmmalıdır. Videogörüntülərdə “azərbaycanlı əsgər” olaraq təqdim etdikləri şəxsin “üç gündür acam” sözləri ilə “erməni əsgərin evinə daxil olub, yemək yeyib” iddiaları da üst-üstə düşmür.
Təbii ki, hər şey rəsmi şəkildə aydınlaşdırılacaq. O da istisna deyil ki, əsgərlərimiz pis hava şəraitində azaraq, Ermənistan tərəfinə keçib.
Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyanın dedikləri də buradakı müəmmalı məqamları artırır.
Abramyan deyir ki, azərbaycanlı əsgər Sisyan rayonunun Aşotavan (Ağkənd) kəndində saxlanılıb. Halbuki, erməni mənbələr başqa kəndlərdən bəhs edirdi.
Bununla yanaşı, Abramyan “saxlanılan azərbaycanlı əsgərin” sərhədi maneəsiz keçə bilməsinə diqqət çəkib.
“Azərbaycanlıları ilk olaraq müvafiq strukturların nümayəndələri deyil, yerli sakinlər saxlayıb”, - o bildirib.
Əgər “saxlanılma” xəbərlərinə inansaq, Abramyanın qeyd etdiyi bu məqam təsdiq edir ki, əsgərlərimiz yolu azaraq, sərhədi keçib. Əks təqdirdə ermənilərin iddia etdiyi kimi kəşfiyyatçı olsaydılar, nəinki yerli ermənilər, heç Ermənistanın hüquq-mühafizə orqanları da onları tuta bilməzdi.
Abramyan qeyd edir ki, Aşotavan kəndi Naxçıvanla sərhəddən düz xətt üzrə 19-20 kilometr, avtomobil yolu ilə 15-16 kilometr məsafədədir.
“Sərhəddi problem olmadan keçmələri, 19-20 kilometr dərinliyə nüfuz etmələri ölkənin təhlükəsizlik problemlərini göz önünə sərir”, - o bildirib.
Bütün bu fərziyyələr erməni mənbələrin yaydığı məlumatlar əsasında irəli sürülüb. Azərbaycan tərəfinin rəsmi məlumatı olmadığı müddətdə, dəqiq nəsə demək çətindir.
Asif
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov












.jpg)
.webp)


.jpg)


















