Nida Təhlil
Yaxın Şərqdən Asiyaya uzanan plan: Moskva teraktında “izlər” hara çıxır?
Moskva terrorunda hücumun baş verdiyi gecə “günahkarın” İŞİD-in elan edilməsinin mümkünlüyü haqda yazmışdıq: bu, Rusiyanın terroru Kiyevin üzərinə yıxmaq və Ukraynanın bombardman edilməsini “legitimləşdirmək” gedişinə qarşı atılan addım kimi görünür;
Və İŞİD-Xorasanın məsuliyyəti üzərinə götürməsi – terrorçuların tacik əsilli ekstremistlər olması diqqəti uzaq şərqə - qruplaşmanın mənzilləndiyi Əfqanıstana yönəltdi. Hərçənd, İŞİD də daxil olmaqla terror qruplarının hücumlarını “sifariş” əsasında etdiyi sirr deyil, bu baxımdan, Moskva terrorunun arxasında hansı gücün-tərəfin dayandığı hələ də sual altında qalır.
Hücumun arxasında Moskvanın diqqət çəkmək istədiyi Kiyevin dayandığı ehtimalı azdır:
- Belə bir addım Ukraynanı işğala məruz qalan ölkədən terrora əl atan ölkəyə çevirə,
- Baş verən terror aktı Rusiyanın Ukraynaya hücumunu “legitimləşdirməyə” kömək edə,
- Rusiya cəmiyyətinin Putinin siyasəti ətrafında həmrəyliyinin güclənməsi ilə nəticələnə bilər;
Terror aktını rus ictimai rəyini xarici düşmənə qarşı həmrəyliyə kökləsə də, Kiyevin iddia etdiyi kimi Moskvanın “əl işi” olması ehtimalı da zəifdir: çeçen müharibəsində mövcud olan iddialar fonunda müəyyən versiyalar önə çıxır, lakin xalqı xarici düşmənə qarşı səfərbər etmək üçün Moskvanın mərkəzində qanlı terrordan daha yüngül addımların atılması mümkündür, digər tərəfdən, mümkün “qazanc”la müqayisədə Rusiyanın daxili təhlükəsizliyindən tutmuş ictimai əhval-ruhiyyəsinə qədər ortaya çıxan mənfi nəticələr daha ağırdır;
Terror hücumu ilə müharibənin Rusiyanın daxilinə köçürülməsi ehtimalı da o qədər güclü deyil, çünki nəticə rus ictimai rəyinin Putin ətrafında cəmlənməsindən başqa bir şey olmayacaq. Bununla yanaşı, terror aktı bütün dünyanın Rusiya ilə həmrəy olması ilə nəticələndi, hətta Ukraynada Moskva ilə döyüşən Qərb ölkələrinin də.
Müəmmalar çoxdur, hərçənd, mümkün siyasi hədəflər fonunda bu terrorun “izlərinin” daha dərinə getdiyi görünür.
Terror aktının İŞİD-Xorasan qruplaşması üzərinə götürməsi, yaxud onun üzərinə qoyulması və terrorçuların xüsusilə tacik əsilli olması bir versiyanı önə çıxarır: Yaxın Şərqdə “missiyasını” başa vuran İŞİD-in yeni ünvanı Asiya ola bilər;
İŞİD-Xorasan 2014-cü ildə terror təşkilatının qolu kimi Əfqanıstanda meydana çıxsa da, “İslam dövləti” planının Yaxın Şərqdə “məğlub” olmasından sonra bu “ideya” “Böyük Xorasan” adlandırılan Cənubi - Mərkəzi Asiya bölgəsinə daşındı. Maraqlıdır ki, 2015-ci ildə Tacikistan xüsusi təyinatlı qüvvələrinin komandirlərdən polkovnik Gülmurod Halimovun İŞİD-ə qoşulması ilə terror təşkilatı daxilində ciddi gücə çevrilən “tacik qrup” Yaxın Şərqdəki “məğlubiyyətdən” sonra “Xorasanda” daha aktiv şəkildə ön plana çıxmağa başladı. Və belə görünürdü ki, 2017-ci ildən sonra terror planı Yaxın Şərqdən Asiyaya köçürülür. İŞİD-Xorasan qruplaşmasının aktiv terror hücumlarına ABŞ-ın Əfqanıstandan çıxmasından sonra başlaması da burada diqqətçəkən məqamlardandır. Qruplaşmanın son illər əsasən Rusiyanı – birbaşa Putini təhdid etməsi təsadüfə bənzəmirdi və bunun fonunda “Moskva teraktı ilə terrorun yeni ünvanının “Xorasan vilayəti” olması aktivləşdirilir” sualını aktuallaşdırır.
Bu amillər Moskva teraktının siyasi hədəfləri ilə bağlı mümkün ehtimallar yaradır.
Birincisi, Rusiyaya qarşı Asiyadan – “yumşaq qarnı”ndan yeni “cəbhə” açılır;
Bu, Ukrayna müharibəsi fonunda ilkin hədəflərdən biri kimi görünür. Çünki bu terakt Rusiyanın diqqətini Asiyaya da yönəldəcək və Moskvanın bu coğrafiyada mümkün anti-terror əməliyyatı qüvvələrini parçlaya bilər. Hərçənd, Rusiya belə bir əməliyyata KTMT-ni də cəlb edəcək və bu, “hərbi ittifaqı güclənməsi” kimi üstün tərəfləri ilə yanaşı, “ittifaq daxili ixtilafların dərinləşməsi” kimi risklər də vəd edir. Bütün hallarda Asiyadan gələn təhlükə Rusiyanın qüvvələrinin bölünməsi ilə nəticələnə bilər.
İkincisi və daha uzağa gedən hədəf Yaxın Şərqdəki qeyri-stabilliyin Cənubi – Mərkəzi Asiya coğrafiyasına köçürülməsidir: bu, həm Rusiya ətrafında, həm də Çin və bu ölkənin üstünlük verdiyi nəqliyyat dəhlizlərində qeyri-stabilliyin yaranması ilə nəticələnə bilər. Baş verənləri dəhlizlər uğrunda mübarizənin tərkib hissəsi kimi də dəyərləndirmək mümkündür.
Asif Nərimanlı
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR
-
İdman02:19
Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: bunu etməsəniz, hər şey yaxşı olacaq
-
Avropa00:55
Fransanın Baş naziri istefa verdi
-
Hadisə00:15
Bakı metrosunda baş verənlərə görə bu gün xüsusi iclas olacaq - RƏSMİ
-
MDB4 Dekabr 23:25
Rusiyadan Paşinyanın KTMT ilə bağlı bəyanatına CAVAB
-
İdman4 Dekabr 22:30
Bekhemin oğlu yeni sevgilisi ilə FOTOsunu paylaşdı: Onun üçün döymə də etdirib
-
Magazin14 Dekabr 22:18
"Nanənin xəbəri olmayıb" - Əməkdar artist qalmaqallı sürprizdən danışdı