Şahzadə Diananı "qisas" gecəsinə aparan maşın rekord qiymətə satıldı - FOTOLAR
Bizi izləyin

Dünya

Şahzadə Diananı "qisas" gecəsinə aparan maşın rekord qiymətə satıldı - FOTOLAR

Şahzadə Diananı "qisas" gecəsinə aparan maşın rekord qiymətə satıldı - FOTOLAR

Şahzadə Diananın 1994-cü ildə məşhur “qisas geyimi” ilə tədbirə qatıldığı “Jaguar XJ40” maşını hərracda 66250 funt-sterlinqə (təxminən 150 min manat) satılıb.

Publika.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Qeyd olunub ki, 1994-cü ilin iyununda şahzadə Çarlzın televiziya müsahibəsində Kamilla Parker-Boulz ilə münasibətini etiraf etməsindən bir neçə saat sonra Diana Londonda keçirilən tədbirə həmin avtomobillə gəlib və ikonik qara libasda görüntülənib. O an sonradan “revenge dress” (qisas geyimi) adı ilə tarixə düşüb.

Avtomobil Cənubi Oksfordşirdə “The Market” hərrac evi tərəfindən satışa çıxarılıb və Böyük Britaniyadan olan kolleksiyaçı tərəfindən alınıb. Bildirilib ki, maşın ilkin dəyərinin 16 qatına satılaraq “Jaguar XJ” modeli üzrə rekord qiymətə çatıb.

Hərrac evi nümayəndələrinin sözlərinə görə, sözügedən maşın Diana tərəfindən təxminən üç il istifadə olunub və onun bir çox yadda qalan səfərlərinə şahidlik edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm