Nida Xəbər
WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə “AzərEnerji” ilə memorandum imzalandı
WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti arasında “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov tərəfindən əməkdaşlığa dair memorandum imzalanıb.
Publika.az xəbər verir ki, sənədin imzalanmasında əsas məqsəd WUF13 müddətində tədbir məkanının yaşıl enerji ilə təmin olunmasıdır.
Bu təşəbbüs tədbirin karbon idarəetməsi və emissiyaların azaldılması üzrə öhdəliklərinin praktik müstəvidə həyata keçirilməsinə xidmət edəcək, eyni zamanda, tədbirin enerji istehlakından yaranan ekoloji təsirin minimuma endirilməsinə imkan yaradacaq.
WUF13 çərçivəsində tətbiq olunacaq aşağı karbonlu enerji həlləri irimiqyaslı beynəlxalq tədbirlərin daha ekoloji və dayanıqlı model əsasında təşkilinin mümkünlüyünü nümayiş etdirir. Bununla yanaşı, bu əməkdaşlıq dayanıqlı tədbir idarəçiliyinin milli enerji infrastrukturu ilə səmərəli inteqrasiyasının real və uğurlu nümunəsi kimi çıxış edir.
17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) dayanıqlı şəhərsalma və resursların səmərəli istifadəsi üzrə aparıcı beynəlxalq platformalardan biri olmaqla, innovativ yanaşmaların və praktik həllərin nümayişi üçün mühüm imkan yaradır. Bu çərçivədə yaşıl enerji həllərinin tətbiqi tədbirin dayanıqlı təşkili prinsiplərinə uyğun olaraq ekoloji məsuliyyətli yanaşmanı təşviq edir.
Bu əməkdaşlıq Azərbaycanın yaşıl enerji və dayanıqlı inkişaf sahəsində strateji prioritetlərinə sadiqliyini bir daha təsdiqləyir və ölkənin beynəlxalq tədbirlərin ekoloji cəhətdən məsuliyyətli təşkili istiqamətində artan rolunu və liderliyini daha da möhkəmləndirir.
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?
-
Dünya11:47Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı
-
Sosial11:40Pensiya alanların nəzərinə
-
Rəsmi xronika11:04İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar


















.jpg)





















.jpg)


