Region
İranda Rusiyaya görə PARÇALANMA BAŞLADI: "Tehranın hələ vaxtı var..."
İranda Rusiyaya kamikadze PUA-alrın tədarükü fonunda daxili münaqişə başlayır. Ölkənin ictimai xadimləri açıq şəkildə Rusiya Federasiyasına bu cür ixracın əleyhinədirlər.
Bu barədə Publika.az "The Guardian"a istinadla xəbər verir.
Tanınmış mühafizəkar din xadimi və İran qəzetinin redaktoru Məsih Mohaceri yazıb ki, onun hökuməti Rusiyaya beynəlxalq normalara riayət etməyi, müharibədə İran istehsalı olan PUA-lardan istifadəni qadağan etməyi və Ukrayna ilə daha sıx əlaqələr saxlamağı tövsiyə etməlidir.
"Niyə Ukraynada müharibə başlayandan sonra Rusiyaya demədiniz ki, Ukrayna müharibəsində İranın PUA-larından istifadə etmək hüququ yoxdur? Üstəlik, niyə Rusiyanı müharibəyə başladığına görə açıq şəkildə qınamadınız və niyə bu şər müharibəni dayandırmaq üçün iki tərəf arasında vasitəçilik etmək səylərini artırmadın?", - Mohaceri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana müraciət edib.
Din xadimi onu da vurğulayıb ki, İran hakimiyyətinin Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişməyə hələ vaxtı var. Çünki, bu, İranın xarici siyasətinin əsas prinsiplərinə ziddir:
"İranın Ukraynadakı müharibə ilə bağlı edə biləcəyi ən az şey əvvəlcə hər iki tərəflə danışıqlar aparmaq, onları atəşkəs və müharibəyə son qoymağa razı salmaq üçün vasitəçilik komitəsi yaratmaqdır. Müharibənin başladığı ilk günlərdə Tehran Moskvaya bəyan edə bilərdi ki, Ukrayna müharibəsində İranın verdiyi PUA-lardan istifadə etmək hüququ yoxdur".
Eyni zamanda, İranın Moskvadakı keçmiş səfiri Nemətulla İzadi İran Xarici İşlər Nazirliyinin rəhbərinin son bəyanatını izah edərək deyib ki, diplomatlar bu ölkənin hərbi rəhbərliyinin pilotsuz uçan aparatların Ukraynanın işğalından sonra Rusiyaya tədarükü təşkilindən xəbərsiz ola bilərlər.
Xatırladaq ki, Abdullahian bundan əvvəl ölkəsinin PUA-ları Rusiyaya təhvil verdiyini etiraf etmişdi, lakin guya Ukraynada tammiqyaslı müharibə başlamazdan əvvəl və məhdud miqdarda olub.
Hüseyn İbadlı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...






































