Region
Ərdoğan xalqı sevindirəcək xəbəri ELAN ETDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il Fitr bayramının doqquz gün davam edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, o , bunu iftar zamanı deyib .
"Dövlət qulluqçularımıza aprelin 2, 3 və 4-də inzibati məzuniyyət veriləcək. Bu, ölkəmizə Ramazan bayramı ilə bağlı ümumilikdə doqquz gün istirahət etməyə imkan verəcək"? - Rəcəb Tayyib Ərdoğan
Türkiyə dövlət başçısı xatırladıb ki, məktəblilərin tətil günləri Fitr bayramı günlərinə təsadüf edir. Ona görə də ailələrin uşaqları ilə vaxt keçirmələri, bayramı dinc və sevinc içində keçirmələri vacibdir.
"Dövlət qulluqçularımız 2 aprel çərşənbə, 3 aprel cümə axşamı və 4 aprel cümə günləri inzibati məzuniyyətə çıxacaq. Bu, ölkəmizin ümumilikdə 9 gün istirahət edəcəyi anlamına gəlir. Ümid edirəm ki, Ramazan bayramı xalq olaraq birliyimizi, həmrəyliyimizi, qardaşlığımızı gücləndirməyə kömək edəcək", - Ərdoğan bildirib.
Hüseyn İbadlı
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş









.jpg)






.jpg)



















