Sağlamlıq
Həkim ətlə bağlı daha bir MİFİ PUÇ ETDİ
Ət yeyənlər vegetarianlardan daha uzun yaşayır.
Publika.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qidalanma üzrə mütəxəssis İnna Kononenko “Beşinci kanal”a müsahibəsində söyləyib. O bildirib ki, bunun elmi izahı var, amma işləməsi üçün qidalanmaya düzgün yanaşmaq lazımdır:
“Bədənimizdə hər şey demək olar ki, zülaldan ibarətdir. Vegetarianlar protein azlığının təsirini dərhal hiss etmir. Əlbəttə ki, yaşla bu daha çox özünü göstərməyə başlayır. Odur ki, ət yeyənlər vegetarianlardan daha uzun yaşayır. Bədənin yaşlanmasının iki əsas göstəricisi var, onlardan birincisi, ümumi karotid arteriyadakı damar divarının qalınlığıdır: nə qədər böyükdürsə, insan daha sürətlə qocalır. Burada vegetarianlar və veqanlar daha yaxşı nəticələr əldə edirlər, lakin ət yeyənlər B12, D3, K2 vitaminlərini qəbul etdikdən sonra hər şey normaya düşür.
İkinci göstərici, mitoxondrinin işidir: nə qədər yaxşı işləsə, bədən özünü daha yaxşı hiss edir. Və bu parametrdə ət yeyənlər mütləq liderdir, çünki bu hüceyrələrin əsasını ətdə olan L-karnitin təşkil edir”.
Mütəxəssis sonda bədənin müxtəlif çeşidli maddələrə və amin turşularına ehtiyac duyduğunu, əti rasiondan çıxardığımız zaman bu çatışmazlığı ödəməyin fiziki cəhətdən mümkün olmadığını da vurğulayıb.
Məlumat üçün bildirək ki, bəzi mütəxəssislər ətin ömrü qısaltdığını, heyvan kəsilən zaman qanda stress hormonları ifraz olunduğunu və bunun bədənə mənfi təsir etdiyini iddia edir.
Aytən Məftun
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 30 Oktyabr 13:30Əli Əsədov qərar imzaladı

















.jpg)



















.jpg)
.jpg)