Xərçəng nədən yaranır və genetika ona necə təsir edir? - Onkoloq bütün faktları açdı
Bizi izləyin

Sağlamlıq

Xərçəng nədən yaranır və genetika ona necə təsir edir? - Onkoloq bütün faktları açdı

Alimlər xərçəng xəstəliyinin inkişafına hansı amillərin təsir etdiyi barədə müxtəlif versiyalar irəli sürürlər. Ancaq xərçəngin inkişaf mexanizmi olduqca başa düşüləndir.

Publik.az xəbər verir ki, bu barədə onkoloq, tibb elmləri namizədi, Avropa Onkologiya Məktəbinin rəsmi səfiri, Amerika Klinik Onkologiya Cəmiyyətinin İnkişaf və Təhsil Mükafatının laureatı Yevgeniya Xarçenko danışıb.

Genetik parçalanma

İnsan bədənində çox sayda hüceyrə var. Xərçəng bir və ya kiçik bir qrupdan yaranır. Hüceyrənin tərkibinə nüvə və genlər daxildir. Siqnal zülallarının köməyi ilə onlar hüceyrənin həyat fəaliyyətini tənzimləyirlər. Siqnal alınmazsa və ya əksinə, daha tez-tez ötürülürsə, hüceyrələr nəzarətsiz böyüməyə başlayır.

Siqnal ötürülməsinin pozulması, bölünmə prosesi zamanı və ya zədələnmə nəticəsində baş verən mutasiya və ya genlərin “qırılması” ilə əlaqədardır. Pis vərdişlər, yaş, genetika başlıca risk faktorlarıdır. İrsiyyət isə təxminən 10% hallarda xərçəngin inkişafına səbəb olur.

Mutasiya baş verdikdən sonra 3 ssenari mümkündür:

1. Hüceyrələr zülallar istehsal edir, bunun sayəsində onların nəzarətsiz bölünməsi başlayır;

2. Hüceyrələr kifayət qədər zülal istehsal etmir və onların böyüməsi dayanır;

3. Hüceyrələr anormal zülallar istehsal edir.

İmmun sistem bədənin “keyfiyyətə nəzarət şöbəsidir”

Genetik zədələnmələr hər bir insanın hüceyrələrində olur, lakin immun sistemindən asılı olaraq xərçəng hər kəsdə rast gəlinmir. O, şiş hüceyrələrini tanıyır, bu fazaya “eliminasiya” deyilir. T-limfositlər-killerlər və NK-hüceyrələri orqanizmi xəbərdar edir. Onlar zərər verə biləcək hüceyrələri məhv edirlər.

Şiş hüceyrələri çox olarsa, balans mərhələsi başlayır. İmmunitet öz səthindəki molekullar sayəsində “cinayətkarları” idarə etməyə davam edir, lakin onlar hər an azad ola bilirlər. Tarazlıq mərhələsi illərlə davam edə bilər. Bu müddət ərzində hüceyrələrdə “səfərbərlərdən” gizlənməyə imkan verən yeni mutasiyalar meydana gəlir və bunun bir neçə yolu var:

İmmunitet hüceyrələrinin səthində molekulların gizlənməsi;

İmmuniteti zəiflədən molekulların istehsal edilməsi;

Şişin ətrafında yerləşən sağlam hüceyrələrin cəlb etməsi.

Bundan sonra üçüncü “qaçış” mərhələsi gəlir. Hüceyrə bölünməsi çox aktivləşdikdə, immunitet artıq heç nəyə nəzarət edə bilmir.

Onkoviruslar

HPV, hepatit B və C, Epşteyn-Barr, HİV virusları onkologiyanın inkişaf ehtimalını artırır. Onlar zülal örtüyü ilə əhatə olunmuş RNT və DNT-dən ibarətdir. Viruslar insan hüceyrəsinin DNT-sinə inteqrasiya edə bilir, immunitetin işinə maneə törədir və iltihaba səbəb olur. Hepatit B və C virusları qan vasitəsilə ötürülür və qaraciyər xərçənginin əsas səbəbi olur. HİV qan, cinsi əlaqə və ya ana südü ilə də ötürülür. İmmunitetin fəaliyyətinə mane olmaqla virus dolayı yolla Kaposi sarkoması, uşaqlıq boynu, anal kanal, baş və boyun xərçənginin inkişafına təsir göstərir. Epşteyn-Barr virusu və ya 4-cü herpes Burkitt lenfomasına, bəzi Hodgkin lenfoma növlərinə və mədə xərçənginə səbəb ola bilər. Papilloma virusu qadın cinsiyyət orqanlarının xərçənginin inkişafına kömək edir.

Xərçəng törədən bakteriya

Yəqin ki, əhalinin yarısında rast gəlinən “Helicobacter pylori” bakteriyası haqqında eşitmisiniz. Mədənin selikli qişasını zədələyir. Nəticədə immunitet aktivləşir, müəyyən fermentlər və toksinlər ayrılır. Hüceyrələr mədə şirəsinin ifrazına daha həssas olur.

Bu proseslər qastrit, yazva və nəticədə xərçəngin inkişafına səbəb olur. “Helicobacter pylori” bakteriyasına su, yemək və ya ağız yolu ilə yoluxa bilərsiniz. İnsanların əksəriyyətində mədə-bağırsaq traktında bakteriya əlamətləri yoxdur və bunda düzgün qidalanma böyük rol oynayır. “Helicobacter pylori” bakteriyasının olub-olmadığını öyrənmək üçün qan testi və ya nəfəs testi edə bilərsiniz. Bunun üçün xəstə “Helicobacter pylori”ni parçalayan maddələrlə məhlul içir və tənəffüsdə çürümə məhsulları aşkar edilir.

5-10% HALDA XƏRÇƏNG HƏQİQƏTƏN İRSİDİR

Xərçəng həmişə irsən ötürülür?

Onkologiya geniş yayılmış bir xəstəlikdir. Ancaq ailənizdə bir neçə nəfərdə xərçəng olsa belə, bu, patologiyanın inkişaf riski olduğunu ifadə etmir. Ailənin hər bir üzvünün öz həyat tərzi və bədən vəziyyəti var. Zərərli vərdişlər, xroniki xəstəliklər şişlərin böyüməsinin əsl səbəbi ola bilər, odur ki, bütün risk faktorlarını qiymətləndirmək lazımdır.

Ancaq 5-10% hallarda xərçəng həqiqətən irsi olur. Səbəb isə anadangəlmə ola bilən gen mutasiyalarıdır. Onkologiyanın həqiqətən “ailə” xəstəliyi olduğunu göstərən bir neçə amil var:

Eyni növ xərçəngin bir neçə halı;

Gənc yaşda meydana gələn şişlər;

Bir insanda müxtəlif xərçəng növləri;

Onkologiya ikili orqanlara təsir göstərir.

Uzaq bir qohumunuza xərçəng diaqnozu qoyularsa, çox narahat olmamalısınız. Ancaq aydın bir tendensiya varsa, məsələn, anada süd vəzi xərçəngi və ya yumurtalıq xərçəngi olarsa, tibbi genetik və ya onkoloqa müraciət etməyə dəyər. Çünki irsi mutasiya riski artır.

Xərçəngin qarşısının alınması risk faktorlarının minimuma düşməsindən asılıdır. Buraya balanslaşdırılmış qidalanma, fiziki fəaliyyət, ideal bədən çəkisinin saxlanması, zərərverici amillərin (siqaret və alkoqol) azaldılması, vaxtında peyvənd edilməsi və xərçəng müayinəsi prosedurları.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm