Sağlamlıq
Qadınlarda cinsi istəyin sirri nədədir?
Qadın ümumiyyətlə kişidən nə istəyir?
Ziqmund Freyddən tutmuş Mel Gibsona qədər çox insanların cavab tapmağa çalışdığı sual.
Yüzilliklər ərzində bu sirri açmağa çalışsalar da, tədqiqatçılar hələ də qadın cinsi istəyi kimi konsepsiyanın tərifini verə bilməyiblər, onun iş mexanizmlərini tam başa düşə bilməyiblər.
Publika.az xəbər verir ki, araşdırmalara görə, testosteron səviyyələri ilə libido arasında korrelyasiyanın çox kiçik olduğunu nəzərə alaraq, insanın cinsi əlaqəyə olan ehtiyacına hormonal səviyyələr təsir etmir. Qadınlarda testosteron artımı seks düşüncələri və ya qısqanclıqdan qaynaqlana bilər.
Miçiqan Universitetinin Psixologiya və Feminologiya kafedrasının dosenti Sari van Andersin sözlərinə görə, hormonların libidoya təsiri cüzidir, hətta sıfırdır.
Qadınlarda oyanma, orqazm və kulminasiya mərhələləri kişilərdə olduğu ardıcıllıqla getmir. Onların növbəsi çox vaxt tamamilə fərqlidir.
Cinsi istək mütləq başqa bir insanla cinsi əlaqədə olmaq istəyi ilə müşayiət olunmur. Fərqli qadınların (eləcə də kişilərin) fərqli üstünlükləri var, bu da zamanla dəyişə bilər.
Qadınlar çox vaxt təkbaşına masturbasiya istəyə bilər, bəziləri üçün bu, rahatlamanın yeganə yoludur. Cinsi yaxınlığa ehtiyac həmişə orqazm demək deyil. İnsanlar partnyora çox ehtiyac duyduqlarını söylədikdə, əslində demək istədikləri həm yaxınlıq ehtiyacı, həm də cansıxıcılığı aradan qaldırmaq istəyi, həm də yeni təcrübə qazanma və ya orqazm arzusudur.
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir











.jpg)



























