Tibb Universitetinin məşhur kafedra müdiri vəfat etdi
Bizi izləyin

Səhiyyə

Tibb Universitetinin məşhur kafedra müdiri vəfat etdi

Azərbaycan tibb elminə ağır itki üz verib.

Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şöhrət” ordeni laureatı, Azərbaycan Tibb Universitetinin (ATU) II mamalıq və ginekologiya şöbəsinin əməkdaşı Naziya Şəmsəddinskaya 94 yaşında vəfat edib.

Məlumat üçün bildirək ki, N.Şəmsəddinskaya 30 ildən artıq müddətdə ATU-nun mamalıq və ginekologiya kafedrasına rəhbərlik edib. O, tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb, 200-dən artıq elmi tədqiqatın, eləcə də monoqrafiyaların müəllifidir.

Yüksək ixtisaslı tibb kadrlarının və gənc alimlərin hazırlanmasında böyük xidmətləri olan əməkdar elm xadimi N.Şəmsəddinskaya 40 elmlər namizədi, üç tibb elmləri doktoru hazırlayıb. Çoxsaylı beynəlxalq konqreslərdə iştirak edən professor fəaliyyəti boyunca Azərbaycan elmini xarici ölkələrdə layiqincə təmsil edib.

“Şöhrət” ordeni laureatı N.Şəmsəddinskaya on illərlə Azərbaycan və rus dillərində mühazirələr söyləyib, Ş.M.Ələsgərova adına 5 saylı kliniki doğum evinin, 1 və 5 saylı qadın məsləhətxanasının konsultantı olub, xəstələrə yüksək ixtisaslı cərrahi və təcili yardım xidmətini göstərib. Elmi, pedaqoji və əkim fəaliyyəti ilə yanaşı, Naziya xanım böyük ictimai iş də aparıb. O, Səhiyyə Nazirliyinin Attestasiya komissiyasının üzvü olmaqla yanaşı, Respublika mama-ginekoloqların elmi cəmiyyətinin idarə heyətinin sədr müavini olub.

Tibb elmləri doktoru, professor N.Şəmsəddinskayanın Azərbaycanda tibb elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, bir çox mükafatlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm