Dünya
Putin qışdan silah kimi istifadə edir: İngiltərə Ukraynaya verdiyi vədi yerinə yetirdi
İngiltərə bu qış Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə 240 milyon funt-sterlinq (təxminən 538,2 milyon manat) dəyərində mindən çox hava hücumundan müdafiə raketi göndərəcək.
Publika.az xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Ukraynaya daha öncə Rusiya istehsalı olan reaktiv mühərrikli pilotsuz uçuş aparatlarına (PUA) qarşı istifadə etdiyi hava hücumundan müdafiə raketləri tədarük ediləcək.
Məlumata görə, qısamənzilli mindən çox raketin göndərilməsi Ukraynanın qış aylarında müdafiə imkanlarının artırılmasına xidmət edəcək. 240 milyon funt-sterlinq dəyərində olan yardım gələn ilin büdcəsində Ukraynaya ayrılması nəzərdə tutulan 500 milyon funt-sterlinqlik hərbi dəstək paketinə daxildir.
Raketlərin dekabrın ortalarından etibarən Ukraynaya çatdırılacağı, hərbi yardım paketinə hava hücumundan müdafiə radarlarının da daxil ediləcəyi qeyd olunub.
İngiltərənin müdafiə naziri Ues Stirinq Rusiyanın Ukraynada qış fəslindən silah kimi istifadə etdiyini bildirib. “Putin Ukraynada qış fəslindən bir silah kimi istifadə edir. Buna görə də Ukraynaya dəstək vermək barədə sözümüzü real imkanlara çevirməliyik”, - nazir vurğulayıb.
Müəllif: Roza
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO
-
Dünya09:35Tramp Cənubi Çin dənizindəki gərginlik haqda: Bununla məşğul olacaqlar
-
Maraq dünyası09:16Milyarderlər ən çox bu bürclərdən çıxır
-
ABŞ07:47“Nvidia” eks-şefdən yenə imtina etdi
-
ABŞ07:30Edamdan sağ çıxan qadın həbsxana rəhbərliyindən görün nə istədi
-
Magazin206:1620 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO
-
Yaxın Şərq05:15Müxalifət nümayəndəsi İsrail Knessetinin yeni spikeri oldu
-
İKT04:14"Apple" xidmətlərində nasazlıq bu səbəbdən yaranıb





































