Tabloid.az
Sevgi haqqında maraqlı faktlar
Sevgini sənə qarışıqlıq verən insanla yaşamaq qədər gözəl hisslər yoxdur.
Sevgi haqqında olan ən maraqlı faktları təqdim edirik.
Nar şirəsi sehirli bir qüvvəyə malikdir. Şirədən istifadə edən insan istər-istəməz sevdiyi insanı qucaqlayıb öpmək istəyir.
Qadınlar tərəf müqabili ilə üz-üzə durub söhbət etdikdə özlərini sevilən şəxs hiss edir. Kişilərə gəldikdə isə onlar qadınların yan-yana dayanıb söhbət edərkən emosional yaxınlıq hiss edir.
Sevgidə sirr olduqda bu, cütlük arasında ehtirası daha da qaldırır. Düzdür, bəzən bu əks-effekt də verə bilər.
Alimlərin fikrincə, əgər ilk görüşdə kişi qadına dayanmadan 8,2 saniyə baxarsa, demək o, qadına aşiq olub.
"The Police" qrupunun “Every Breath You Take” mahnısı sevginin himni hesab olunur və toylarda əsas musiqi kimi səsləndirilir. Lakin mahnının müəllifi Stinq bu fikirlə razı deyil. Çünki o, mahnını arvadından boşandıqdan sonra yazıb və mahnıdakı qəhrəman romantik deyil. O, daha çox ətraf mühitdən bezən qısqanc kişidir.
Öpüş zamanı insanlar başını soldan çox sağ tərəfə əyir.
Amerikalı aktyor Ueyn Ollvayn 1977-ci ildən bəri 32 il müddətində Mikki Maus cizgi film qəhrəmanını səsləndirib. 1991-ci ildə Ollvayn cizgi filmdə tərəf müqabili olan və Minni Mausu səsləndirən Russi Teylor ilə evlənir. Onlar birlikdə 2009-cu ilə kimi yaşayıb.
Harri Kremen internetdə match.com adlı tanışlıq saytının əsasını qoyub. Harrinin sevdiyi qız elə bu saytda bir nəfərlə tanış olaraq ondan ayrılıb. Kremenin sözlərinə görə, sevgilisi ondan ayrıldıqdan sonra yaratdığı saytın nə dərəcədə mükəmməl olmasına əmin olub.
Kamasutra kitabının yalnız beşinci hissəsi seksual mövzuda olub. Yerdə qalan hissələri ailə və sevgiyə həsr edilib. Oradakı müxtəlif seksual illüstrasiyalar isə yalnız XVI- XVII əsrlərdə Hindistanı Böyük Moğol dövləti idarə edən zaman yaranıb.
-
Region17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbədə gözləyir
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO
-
Region11:17Rusiyadan Türkiyəyə S-400 jesti: Bu ölkəyə satmasına mane olmayacaq
-
ABŞ10:20Tramp İran bataqlığında: ABŞ Yaxın Şərqdə müttəfiqlərinin etimadını itirir
-
Region09:49Ermənistan Aİİ-dən çıxsa, iqtisadiyyatı çökə bilər - Böyük zərbə xəbərdarlığı
-
Enerji09:00"Brent" markalı neft kəskin bahalaşdı


















.jpg)


















