Tabloid.az
Dünyanın ən seksual kişi modelləri - Fotolar
Kişiyə gözəllik lazım deyil. Bunu biz qadınlar deyirik. Ta ki, hər hansı bir alt paltarı reklamında yaraşıqlı kişi görməyənə qədər... Yarıçılpaq, idmançı bədənli yaraşıqlı kişilər az qalsın, bütün qadınların ağlını başından alır.
Tabloid.az dünyanın ən çox arzuolunan yaraşıqlı model-kişilərini təqdim edir.
Beləliklə, başlayaq Adam Senndən. Adam 1984-cü ildə Parisdə anadan olub, Nyu-Yorkda yaşayır. “Dolce & Gabbana”, “Gucci” brendlərinin siması olub. Bir sıra filmlərə çəkilib. Boyu 1 metr 87 santimetrdir. Gözlərinin rəngi mavidir. Hobbisi voleybol oynamaqdır. Nyu-Yorkda özünün restoranı var.

Adrian Kardoso 1991-ci il doğumludur. Nyu-Yorkda yaşayır. “BCBG Denim” (SS11) və “DKNY”, “Cavalli” kimi firmaların simasıdır. Boyu 1 metr 88 santimetrdir. Gözlərinin rəngi qəhvəyidir. Hobbisi futbol oynamaqdır.

Aleks Landkvist 1972-ci ildə Stokholmda doğulub. Hazırda Nyu-Yorkda yaşayır. “Hugo Boss”, “Versace”nin simasıdır. O, həmçinin müğənni Fercinin “Сlumsy” adlı klipinə çəkilib. Boyu 1 metr 85 santimetrdir. Gözlərinin rəngi mavidir. Hobbisi professional peyntbol oyunçusudur.

Aleşandre Kunya 1988-ci ildə San-Pauloda doğulub. İşi ilə əlaqədar olaraq Nyu-York, Milan və Parisdə yaşayır. “Chanel”, “Dolce Gabbana”nın reklam simasıdır. Boyu 1 metr 88 santimetrdir. Gözlərinin rəngi yaşıldır. Hobbisi gitarada ifa etmək, futbol oynamaqdır.

Andre Zie 1984-cü il doğumludur. Boyu 1.88 santimetrdir, gözlərinin rəngi yaşıldır. "Dolce & Gabbana", "Louis Vuitton", "Dsquared2" kimi brendlərlə işləyib.

Andres Belenkoso Sequra isə 1978-ci ildə dünyaya gəlib. İspandır, boyunun uzunluğu 1.89 santimetrdir, gözləri qəhvəyidir. Bu günə kimi "Banana Republic", "Louis Vuitton", "H&M", "Trussardi", "Chanel", "Ermenegildo Zegna", "Loewe", "Jean Paul Gaultier", "Elie Tahari и Etro" kimi ən məşhur markalarla əməkdaşlıq edib.

Arran Slay 22 yaşındadır. Boyu 1.85 santimetrdir. Alagöz modelin
hobbisi idmanla məşğul olmaq və musiqi dinləməkdir. "Louis
Vuitton", "Duckie Brown", "Z Zenga", "Dsquared", "Giorgio Armani"
kimi markaların siması olub.

Ən seksual modellərdən biri də Artur Kulkovdur. 1983-cü ildə
dünyaya gələn modelin boyu 1.86 santimetrdir. Gözlərinin rəngi
qəhvəyidir. Bir çox brendlə əməkdaşlıq edir.

-
MDB12:26Orta Asiyadan Moskvada heç kim olmayacaq - Mirziyoyev də imtina etdi
-
Magazin111:48Elza tanınmış blogeri də məhkəməyə verdi - FOTO
-
Dünya11:12Atlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq
-
Region09:13Ermənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın - Təcili
-
Avropa09:00“Fəlakət xəbərçisi” sahilə çıxdı - FOTO
-
Pul08:36Dollar, avro və yuan bahalaşacaq, rubl isə...
-
Sosial08:00Tramp İranı yeni sərt zərbələrlə hədələdi
-
İdman06:46Mbappe o davadan sonra bazanı qəhqəhə çəkərək tərk etdi - VİDEO








.png)










.jpg)


















