Xüsusi
Bütün Fransanın danışdığı konsert: Ermənilər heç cür mane ola bilmədilər - FOTO - VİDEO
Xocalı soyqırımının 26-cı il dönümü fevralın 28-i Fransanın paytaxtı Parisdə qeyd olunub. Azərbaycan Respublikasının Fransadaki səfirliyinin təşəbbüsü və dəstəyi ilə məşhur Notr-Dam de Blan Manto ( Notre-Dame de Blancs Manteaux ) kilsəsində baş tutan konsert proqramında dünya və Azərbaycan klassik musiqisinin əfsanəvi simaları ilə yanaşı, XXI əsrin gənc bəstəkarlarının da əsərləri ifa olunub.
Səfirliyin əməkdaşı Günay Axundovanın Publika.az-a verdiyi məlumata görə, tədbirin keçirilməsinə mane olmaq üçün erməni diasporu bu il öz mənfur siyasətini yürüdə bilməyib və konsert uğurla sona çatıb.
İzləyicilər arasında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel, Fransanın ölkəmizdəki ilk səfiri Jan Peğən, Türkiyənin Fransadakı səfiri İsmail Hakkı Musa, Fransa Milli Asambleyasının deputatı Andre Vilye və digər dəyərli qonaqlar da olublar:
Proqramda səslənən əsərlərlə bağlı konserti idarə edən dirijor Əyyub Quliyev də Publika.az-a ətraflı məlumat verdi:
"Səfirimiz Rəhman Mustafayevin təşəbbüsü ilə Fransanın tanınmış Helios Kamera Orkestrilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş konsert hazırladıq. Proqramın əsas özəlliyi onda idi ki, dörd əsri əhatə edirdi. Klassik musiqinin parlaq nümayəndələri Vivaldi, Bax, Azərbaycanın musiqi karifeyləri Fikrət Əmirov, Qara Qarayevin əsərləri səsləndi. XXI əsrin bəstəkarlarından isə Parisdə təhsil alan istedadlı həmyerlimiz Etibar Əsədli və məşhur fransız bəstəkarı, klarnet ifaçısı Helios Azoulayın (Elios Azuley) əsərləri ifa olundu. Elios Azule iki il öncə də Xocalı faciəsi üçün xüsusi əsər bəstələmişdi. Bu il də hər iki gənc bəstəkar yeni əsərlərini təqdim etdilər. Belə deyək, dünya premyerası oldu. Elios öz musiqisini klarnetdə ifa etdi.
Etibarın əsəri isə “EXİT”, yəni "çıxış" adlanır. Hesab edirəm ki, Etibarın musiqi karyerasında çox yaddaqalan bir iş oldu. Çünki çox qısa müddətdə yazıb və hiss edirəm ki, bütün düşüncələrini, həyəcanını, ağrısını təsvir edə bilib. Çünki Etibar özü də Qarabağ bölgəsindəndir. Milli incəsənətimizə, muğamlarımıza yaxın insandır. Peşəkardır. Eyni zamanda caz ənənələrinə də bələddir. Əsər simli orkestr üçün yazılıb. Skripka, alt, violonçel və kontrabas iştirak edirlər. Solo və bərabər ifalar var. Poema səviyyəsində dərin bir iş alınıb. Sevinirəm ki, əsər üzərində işləyərkən Etibar mənim də arzularımı nəzərə aldı. Texniki detallarında, tempində, fakturasında bəzi dəyişikliklər etdik.
Bu əsərin Etibarin ən dəyərli bəstələrindən biri olacağına əminəm. Təbii ki, istərdim ki, premyera Bakıda, müəllimlərimizin, musiqisevərlərin gözü önündə baş tutsun. Lakin erməni diasporunun çox güclü olduğu, dəfələrlə konserti təxirə salmağa can atdıqları Paris şəhərində gerçəkləşməyi, Xocalı qətliamının fransızların gözü önündə anılması klassik musiqimiz adına çox böyük uğur, bəstəkarlıq sənətimizin qələbəsidir".
Etibar Əsədli isə “EXİT” əsərindən danışdı:
"Bu ilk il deyil ki, Xocalının anım gününü yaradıcılığımla yad edirəm. Hətta Fransaya köçməzdən əvvəl də Bakıda hər il fəal iştirak edib, musiqi bəstələyirdim. Mən uşaqlığımdan bəri muğam eşitmişəm. Çünki atam xanəndədir. Ona görə muğamı dərindən bilirəm və əsərlərimdə üstünlük verirəm. Hətta Parisdəki konsertlərimdə çalışıram proqramın son hissələrinə atamın ifalarını salım. Fransızlara da bizim etnik musiqimiz çox maraqlı gəlir.
“EXİT” əsərimi Azərbaycanın Fransadakı səfirliyinin sifarişi ilə yazdım. Tərcümədə çıxış anlamına gələn bu ifadənin müxtəlif mənaları ola bilər. Ruhun bədəndən çıxışı, insanların bizi tərk etməsi və s. Bir növ qapı kimi simvolik addır. 13 dəqiqəlik musiqidir. İfaçılar isə çox güclü fransız musiqiçiləridir. Belə deyim, əsər tam Xocalıya deyil, itirdiyimiz bütün torpaqlarımıza ithafdır.
Hələ də Fransada Azərbaycanı tanımayan insanlar var. Ətrafımdakı insanların çoxu musiqiçilərdir. Onlar da mənim sayəmdə, ölkəmiz, milli musiqimiz, hətta faciələrimizdən xəbərdar olublar. Bu baxımdan musiqi vasitəsilə təbliğat olduqca önəmlidir".
Leyla Sarabi
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO