Xüsusi
Ermənilərin Türkiyəni içəridən işğal etmə PLANI – MÜSAHİBƏ
Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra
Azərbaycan torpaqlarının işğalına son qoymadan Türkiyə ilə
diplomatik əlaqələr qurmağa çalışır. Türkiyədə də Azərbaycan
amilini kənara qoyaraq, Ermənistanla münasibətlərin qurulmasını
istəyən qüvvələr aktivləşib. Hərçənd, Ermənistanın Azərbaycanla
yanaşı, Türkiyəyə qarşı da ərazi iddialarının olduğu və 1915-ci il
hadisələrini qondarma erməni soyqırımı adı altında təqdim edərək,
Ankaradan təzminat almaq istədikləri məlumdur.
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin
(ASİMDER) rəhbəri Göksel Gülbey Publika.az-a
müsahibəsində ermənilərin Türkiyə üzərində qurduqları xain planları
açıqlayıb.

- Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları bu gün də
davam edir. Siz zaman-zaman Türkiyə daxilində erməni diasporunun
qurduqları oyunlar haqqında məlumatlar yayırsınız.
- Ermənilər tarix boyu türklərə qarşı xain hücumlar ediblər.
Azərbaycan torpaqlarını işğal edən Ermənistan Türkiyəyə qarşı da
ərazi iddialarını gizlətmir. Bu gün Türkiyədə 37,055 erməni ailəsi
kürd, ələvi və türk adı altında gizlənir. 1915-ci ildə Osmanlıya
qarşı separatçı addımlar atan daşnak və hınçak qruplaşmaları
köçürüldü. Həmin vaxt getmək istəməyənlər türk adı altında
gizləndilər. Türkiyə erməni camaatının vəkili Aram Ateşyan bir
verilişdə Tunceli əhalisinin 90 faizinin erməni olduğunu etiraf
edib. Türkiyənin müxtəlif bölgələrində 37,055 erməni ailəsi türk,
kürd və ələvi adı altında gizlənərək yaşayırlar. Bunların siyahısı
da var: Diyarbəkirdə 1000 ailə kürd, süryani və ələvi, Malatyada
3,655 ailə kürd, ələvi, Kayseridə 5000 ailə türk, Elazığda 1000
ailə kürd, ələvi, Vanda 4000 ailə kürd, Tuncelidə 2000 ailə kürd,
ələvi, Şanlıurfada 3500 ailə kürd, ərəb, Siirtdə 1200 ailə kürd,
ələvi, türk, Erzincanda 1300 ailə kürd, ələvi, Sivasda 2000 ailə
kürd, ələvi, Mardində 1500 ailə ərəb, Kahramanmaraşda 3000 ailə
kürd, ələvi, Adıyamanda 1600 ailə kürd, Adana 2000 ailə kürd, ərəb
və ələvi adı altında gizlənən kripto ermənilərdir.
Türk Tarix Qurumunun keçmiş rəhbəri, MHP-nin Kayseri millət
vəkili Yusuf Halaçoğlu yüzə yaxın erməni əsilli HDP və PKK
üzvlərinin adlarını rəsmi sənədlərlə açıqlamışdı. Biz də illərdir
gizlənən ermənilərin bölgələrimizdə gizli planlar qurduqlarını və
erməni lobbisinə xidmət etdiyini dilə gətiririk. Dövlət tərəfindən
bu erməni ailələrinin nəzarətdə saxlanılması vacibdir. Çünki
İspaniyada və Şimali İraqda mərkəzi hökumətləri saymayaraq,
müstəqillik referendumu keçirtdikləri kimi, gələcəkdə bu gizli
ermənilər də PKK və digər terror təşkilatlarının dəstəyi ilə Şərqi
Anadolu və cənub-şərqi bölgələrdə belə bir şeyə cəhd edə bilərlər.
Onların “Qərbi Ermənistan” iddiaları da bunu deməyə əsas verir.
- Ermənilər Türkiyədə yaşayan həmşinlərin olduğunu iddia
edirlər. Bu gün Həmşin bölgəsində hansı planlar
qurulur?
- Erməni lobbisinin Həmşin bölgəsində (Rize və Artvin) apardığı
gizli fəaliyyətin hədəfi Türkiyənin Qara dəniz bölgəsinin
Ermənistana verilməsidir. Bu məqsədlə ermənilər Qara dəniz
bölgəsində gizli plan qururlar. Erməni lobbisi Türkiyədə 200 min
olan həmşinlilərin erməni olduğunu iddia edir. Erməni lobbisinin
dəstəklədiyi bəzi yazarlar, dərnəklər və araşdırmaçılar Həmşin
xalqına erməni olduqlarını deyərək, onları aldadır. Məqsəd Qərbi
Anadoluda ərazi iddiası olan ermənilərin Qara dəniz bölgəsində də
torpaq tələb etməsinə şərait yaratmaqdır. Bu işdə erməni lobbisinə
HDP və DBP üzvləri, həmçinin, onların bələdiyyə sədrləri dəstək
verir. Onlar gizli planla Qərbi Ermənistan xəyallarını həyata
keçirmək niyyətindədirlər. Buna görə də Qara dənizin Həmşin
bölgəsində (Rize, Artvin) yaşayan həmşinliləri uydurma tarix və
coğrafi yaxınlıq məsələsini irəli sürərək aldadır, onların erməni
olduğunu sübut etmək üçün gizli şəkildə fəaliyyət göstərirlər.
Bu plan Ermənistanda rəsmi dairələr və bölgədəki bəzi şəxslər
tərəfindən birgə həyata keçirilir. Beynəlxalq fondların
dəstəklədiyi müəyyən təşkilatlar həm Ermənistanda, həm də Türkiyədə
simpoziumlar, konfranslar keçirirlər. Məqsəd “həmşinlilər
ermənidir” rəyini formalaşdırmaq və ərazi iddialarının ilkin
bazasını qurmaqdır.
- Ermənistan Türkiyəyə qarşı terror hücumları həyata
keçirən PKK-ya da dəstək verir.
- Doğrudur, bu haqda kifayət qədər məlumat var. Misal üçün, PKK
terror təşkilatının Ermənistanda iki dərnəyi və satın aldığı 2
mərtəbəli qərargahı var. PKK-ya aid mülklər Ermənistan Milli
Təhlükəsizlik Xidmətinin binasının yanında yerləşir. Hətta binalar
arası məsafənin 5-6 metr olduğu deyilir. Bu evlərdə ağır yaralanan
terrorçular müalicə olunur, yüngül yaralananlar isə Şimali İraqda
Bərzani rejiminin xəstəxanalarında müalicə olunurlar. Ermənistanla
PKK arasında gizli anlaşma var. Bu anlaşmaya görə, Ermənistan
PKK-ya hər ay müəyyən sayda viza verir. Terrorçular ayrılan viza
sayına görə pasportlarını Ermənistanın Parisdəki səfirliyinə
göndərirlər və oradan istədikləri ölkəyə gedirlər. Hətta
Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza
verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. Bu məsələdə ən fəal
yer Ermənistanın Parisdəki səfirliyidir. PKK-ya pul və tibbi
xidmətlər də buradan təmin edilir. PKK liderlərindən Murat
Karayılanın istifadə etdiyi telefon Ermənistan Xarici İşlər
Nazirliyinin balansına aiddir.
Bundan başqa, Ermənistan PKK-ya hər cür yardım göstərir.
Terrorçular həm İrəvan yaxınlığındakı düşərgələrdə, həm də
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təlim
keçirlər. Qarabağdakı təlimləri I Qarabağ müharibəsinin döyüşçüləri
həyata keçirir. Bu terrorçular həm Azərbaycana qarşı döyüşdə
istifadə olunur, həm də Türkiyəyə hücuma keçirlər.
Asif
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ24 Aprel 14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?








































