Xüsusi
Strasburqun ilk azərbaycanlı vəkili: "Makron ermənilərə söz verdi ki..." - MÜSAHİBƏ
Fransada yaşayıb, fəaliyyət göstərən azərbaycanlı vəkil Dilbadi Qasımovun fransız mətbuatında Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqaləsi yayımlanıb.
Strasburqun ilk azərbaycanlı vəkili Qasımov həm sözügedən yazı, həm də Fransanın münaqişəyə ümumi münasibəti haqda Publika.az-a müsahibə verib.
- Dilbadi bəy, günün aktual mövzularından biri də Fransa dövləti və prezidentinin ermənipərəst mövqeyidir...
- Fransanın bizə qarşı siyasəti məlumdur. Uzun illər ermənilərdən informasiya eşidiblər. Mətbuat, televiziya ancaq erməni əsilli fransızlara söz verir. Həqiqətən inanırlar ki, Artsax deyilən respublika var və Azərbaycan həmin əraziyə hücum edir. Dövlət səviyyəsində də fərqli hal yaşanmır. Bu ölkənin dövlət başçıları hər zaman erməniləri dəstəkləyiblər. Bu baxımdan Emmanuel Makron da istisna deyil. Erməni təşkilatlarının tədbirində iştirak edir, illik görüşlərinə qatılır. Hətta ötən il onlara söz verdi ki, Fransada "erməni genosidi"nin anım günü təyin olunacaq və hər il qeyd ediləcək. Ermənilərə bu cür dəstək istər fransız deputatlar, istərsə də yüksək çinli məmurlar arasında geniş vüsət alıb. Makron dünən Brüsseldəki çıxışında da bu münaqişədən istifadə edərək, Ərdoğana qarşı münasibətini açıq-aydın göstərdi, ona zərbə endirmək istədi. Hətta suriyalı cihadçıların Qarabağa girdiklərindən məlumatlı olduğunu bildirdi.
- Avropanın siyasi paytaxtı Strasburqda sıravi vətəndaşların məsələyə münasibətini də bilmək istərdim...
- Regionu tanıyanlar, tarixdən azca məlumatı olanlar bizim haqq davamızı qəbul edib, dəstəkləyir. Amma bir çoxlarına ermənilərin tərəfində olmaq sərf edir, ermənipərəst informasiyaları yayırlar. Ermənilərin növbəti genosidi baş verəcəkmiş kimi narahatlıqlarını dilə gətirirlər. Ermənilər özləri də fəaldırlar. Şəhər mərkəzində, Avropa Parlamentinin qarşısında mitinq edirlər. Bizim üçün bunların nə deməyinin önəmi yoxdur. Əsas Vətənimizin ərazi bütövlüyünü təmin etməkdir.
- Fransız mediasında çıxan məqaləniz tarixi həqiqətlər, Azərbaycanın haqlı mövqeyinin təbliği baxımdan çox dəyərlidir. Əməkdaşlığınızın davamı olacaqmı?
- Hazırda Fransanın bir sıra media orqanları ilə əlaqədəyəm. Şikayət tipli məktublar yollayıb, hadisələrə birtərəfli yanaşdıqları üçün iradımı bildirirəm. Çoxu təəccüb edir ki, həqiqətən bugünədək ermənilərin versiyasını dinləmişik. Jurnalist olsalar belə, Qarabağ münaqişəsinin iç üzünü ilk dəfə məndən eşidirlər. Hazırda bir mətbu orqan məqaləmi yayımlamağa razılıq verdi. Doğrudur, mətn bir qədər ixtisara uğradı, amma istəyimizə nail olduq. Önümüzdəki günlər ərzində digər media qurumları və televiziya verilişləri ilə də Qarabağ mövzusunda layihələrimiz gözlənilir.
Leyla Sarabi
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?













.jpg)



.jpg)








.jpg)






.jpg)


