Xüsusi
Fransanın məşhur dizayneri: "Gəncə terrorunun görüntülərini ürək ağrısı ilə izlədim"
Fransanın tanınmış dizayneri, "Oriental Fashion Show Paris" assosiasiyasının qurucusu Hind Cudar Publika.az-la əlaqə saxlayaraq, Azərbaycan xalqına məktub ünvanladığını bildirdi.

Məktubda deyilir:
"Əziz azərbaycanlı dostlarım!
Fransada Qarabağ münaqişəsi haqda obyektiv fikir formalaşdırmaq çətindir. 27 sentyabrdan bugünədək isə vəziyyət daha da qəlizləşib. Təəssüf edirəm ki, informasiya bizə gec və təhrif olunmuş formada çatır.
Məsələnin Azərbaycan tərəfindən təhlilini dinləmək üçün bugünlərdə ölkənizin Fransadakı səfiri Rəhman Mustafayevin keçirdiyi mətbuat konfransında iştirak etdim. Cənab səfir münaqişənin əsl səbəbini aydın şəkildə izah etdi.
Biz fransızlarda bir xüsusiyyət var. Durumu dərindən anlamadan fikir söyləyə bilmirik. Konfransdan sonra anladım ki, indiyədək Dağlıq Qarabağ mövzusunda yanlış məlumatlanmışıq. Fransa mətbuatında da xəbərlər birtərəfli təqdim olunub. Səfiriniz həmçinin Fransanın Minsk Qrupundakı mövqeyini də açıqladı. O qeyd etdi ki, Fransa Ermənistan-Azərbaycan münaqişəsində əlaqələndirici rolu oynamamalıdır. Çünki məsələyə neytral yanaşmır. Həmçinin Fransanın ictimai xadimlərindən petisiya imzalamalarını istədi ki, Fransa-Azərbaycan münasibətləri zərər görməsin.
Dünən bütün Fransa Dağlıq Qarabağ ərazisində silahlar susduğu üçün sevinməyə başladı. Hər kəs ümid edirdi ki, bu durum tərəflər arasındakı sülhü, əmin-amanlığı bərpa edəcək. Elə bu xoş xəbərin ardınca beynəlxalq hüququn, müharibə qanunlarının tamamilə pozulduğunu eşitdik.
İlk işim Fransa mətbuatına üz tutmaq oldu. Təbii ki, yenə də məlumat təktərəfli və yetərsiz idi. Daha sonra Azərbaycan səfirliyinin saytına nəzər saldım. Gəncə şəhərində baş verən terrorun görüntülərini ürək ağrısı ilə izlədim.
Cəbhə bölgəsindən 40 km kənarda yerləşən bu şəhərin raketlə atəşə tutulması, dinc əhalinin öldürülməsi, beynəlxalq normaların pozulması nə dərəcədə sivil addımdır?!
Bu fakt həmçinin Azərbaycanın zərərçəkmiş tərəf olduğunu bir daha sübut etdi. Biz fransızlar bu məsələyə bir gözümüzlə baxırıq. İki gözümüzü də açıb, obyektiv fikir bildirməyi öyrənməliyik.
İstənilən qanunsuz aqressiya yerini sülhə verməlidir.
İnanıram ki, tezliklə Fransa da məsələnin obyektiv həllinə öz töhfəsini verəcək. Və torpaqlarınızda sülh bərqərar olacaq. Çünki Siz buna layiqsiniz".
Leyla Sarabi
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?













.jpg)



.jpg)








.jpg)






.jpg)


