Niderland parlamentinin üzvü: Ermənistan hakimiyyətinin savaş cinayətləri günbəgün artır
Bizi izləyin

Xüsusi

Niderland parlamentinin üzvü: Ermənistan hakimiyyətinin savaş cinayətləri günbəgün artır

Niderland parlamentində təmsil olunan DENK partiyasının sədri, millət vəkili Tunahan Kuzu haqq səsimizi Avropada ucaldan siyasətçilər sıransındadır. Daim cəsarətli çıxışları ilə yadda qalan millət vəkili 2016-cı ildə Fransada törədilən yanğından sonra qurbanları parlamentdə hamı ilə 1 dəqiqəlik sükutla yad edir. Ankara terrorundan sonra isə isə parlamentdə qurbanları yad etməkdən boyun qaçıran deputatları boykot edərək, ayağa qalxır. Bu addımı uzun müddət Avropanın nəzərində olur. Tunahan Kuzu bu gün də eyni can yanğısı ilə Dağlıq Qarabağ münaqişəsini holland xalqının diqqətində saxlamağa çalışır.

- Tunahan bəy, erməni işğalçılarının Gəncəni növbəti dəfə raket atəşinə tutmasına nə ad vermək olar?

- Bu dəhşətli xəbəri gecə aldım. Məlumdur ki, Ermənistan ordusu və hakimiyyətinin savaş cinayəti günbəgün artmaqdadır. Təbii ki, bölgədə sakitliyi, stabilliyi, dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni etməliyik. Ötən həftə holland parlamentində ölkənin xarici işlər naziri ilə qızğın müzakirəmiz baş tutdu. Təəssüf ki, Ermənistan tərəfi sülhü təmin etmək yerinə kriminala əl atır.

- Bir sıra holland mediasında terrorun baş tutduğu ərazi təhrif olunaraq, Xankəndi kimi göstərilib. Bəs ümumilikdə Azərbaycan haqda məlumatlar hansı səpgidə təqdim olunur?

- Ermənistanın gecə Gəncə xalqına qarşı törətdiyi terror aktı Avropa mediasında xüsusən də holland mətbuatında müxtəlif aspektlərdən əksini tapıb. Avropa Birliyi çərçivəsində Hollandiya da bu məsələni diqqətdə saxlayır. Lakin Fransada, ABŞ-da olduğu kimi erməni lobbisi Hollandiyada da çox güclüdür. Hər gün 3 nəfər də olsalar, parlamentin önündə nümayiş keçirirlər. Hətta dünən Hollandiya ilə Belçika sərhədini iki saat ərzində bağlayıb, tələblərini bildiriblər. Sırf bu məqamlar Holland xalqında Azərbaycan haqda məlumat kasadlığı yaradır. Ötən həftə parlamentdəki çıxışımda da xəritəni gözlərinin önünə qoydum. Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu sübut etməyə çalışdım.

- Azərbaycanyönümlü fəaliyyətiniz karyeranıza təsirini göstərir?

- Bu mövzuda karyera kimi öncəliyim, marağım yoxdur. 2014-c ildən bugünədək holland parlamentində partiyanın adından bütün problemləri, söylənilməyən gerçəkləri, başqalarının cəsarət etmədikləri məsələləri müzakirəyə qoymuşuq. Mənim borcum zalıma qarşı məzlumun yanında olmaq, haqqı müdafiə etməkdir. Dağlıq Qarabağ münaqişəsinə Niderland tərəfindən baxmaq da vacibdir. Azərbaycanı anlamaq üçün problemini dərindən dərk etməlidir. Mən də millət vəkili olaraq Azərbaycanın haqq davasında sonadək yanındayam. Bu mübarizədən vaz keçə bilmərik.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm