Xüsusi
Fransız deputatdan ÇAĞIRIŞ: Azərbaycan işğal altındakı torpaqları geri qaytararsa... - ÖZƏL
Azərbaycan tolerantlıq prinsipinə daim sadiqdir.
Bu sözləri Publika.az-a müsahibəsində fransalı deputat Jerom Lamber (Jerome Lambert) bildirib. Ermənistanın hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə dair mütəmadi olaraq ölkə perezidenti Emmanuel Makrona müraciət ünvanlayan Cənab Lamber məcburi köçkünlərimizin tezliklə doğma evlərinə qayıdacaqlarına inandığını vurğulayıb.
- Azadlıq, bərabərlik, qardaşlıq (Liberté, égalité, fraternité)... Azərbaycan Respublikası və xalqı daim bu şüarla addımlayıb. Elə bu gün də öz prinsiplərinə sadiq qalaraq, torpaqlarını yad işğalçılardan təmizləyir.
- Fransa Respublikasının devizini dilə gətirdiniz. Əslində bu anlayış dünyanın hər bir xalqı üçün vacib məqamdır. Vicdanlı dövlət quruculuğunda böyük əhəmiyyətə malikdir. Son 10 il ərzində üç dəfə Azərbaycana səfər etmişəm. Azərbaycan nəinki inkişaf etmiş müasir ölkədir, həmçinin din, mədəniyyət, tolerantlığına sadiqdir. Bu ölkədə hər kəsin fikrinə, dini inancına, milli mənsubiyyətinə dərin hörmətlə yanaşılır. Ölkə hər bir vətəndaşının rahatlığını düşünür.
- Sadəcə təsəvvür etməyinizi istəyirəm: Fransanin 20 faiz ərazisi 30 ildir ki, düşmən işğalı altındadır və həmin bölgədə yaşayan yerli əhali öz torpaqlarından didərgin düşüb. Nə dərəcədə ədalətli və sözügedən devizə uyğun rəftardır?
- Anlayıram. Qarabağ hər zaman müxtəlif xalqlardan olan insanların sülh, əmin-amanlıq içərisində yaşadığı Azərbaycan torpağı olub. Milliyətindən asılı olmayaraq hər kəsin doğma şəhərində, kəndində, doğulduğu evdə yaşamaq hüququ var. 30 il öncə erməni silahli qüvvələrinin işğalı nəticəsində məcburi köçkün həyatı yaşayan azərbaycanlılara da mütləq bu imkan qazandırılmalıdır. Bu isə yalnız bir halda mümkündür - Azərbaycan işğal altındakı torpaqlarını geri qaytararsa... Qarabağın azad olunması Azərbaycan dövlətinin öz xalqı qarşısında məsuliyyətidir.
- Əminəm ki, xəbərdarsınız. Azərbaycan ərazisində Azərbaycan torpağı uğrunda savaşan erməni işğalçıları döyüş bölgəsindən uzaqda yerləşən bölgələrimizə, o cümlədən Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı terror aktları həyata keçirdirlər.
- Erməni silahlı qüvvələri Azərbaycana qarşı yönəlmiş bu provokativ addımları ilə Rusiyanın bölgəyə müdaxiləsinə nail olmaq istəyirlər. Gəncə şəhərini iki dəfə raket atəşinə tutan erməni hakimiyyəti və silahlı qüvvələri qarşı tərəfin də eyni çirkin addım atacağını gözləyirlər. Lakin Azərbaycan rəhbərliyi və ordusu bu tələyə düşmür və inanıram ki, belə də davam edəcək. Tolerant Azərbaycan xalqına bundan sonra da öz devizinə sadiq qalmağı, və belə mürəkkəb vəziyyətdən qalib çıxmaq üçün güc arzulayıram.
Leyla Sarabi
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik

















.jpg)

















.jpg)