Xüsusi
Niderlandlı iqtisadçı: Qarabağ Azərbaycanın ərazisidir və ermənilər...
Niderlandlı iqtisadçı və fotoqraf Peter de Beer Azərbaycanı sevən Avropalılar sırasındadır.
O, Publika.az-a müsahibəsində holland xalqının Qarabağ münaqişəsinə münasibətindən də bəhs edib.
- Əziz Peter ölkəmizin yaxın dostusunuz. Azərbaycanla tanışlığınızın da maraqlı tarixçəsindən xəbərdaram...
- 2010-cu ildə “Evrovision” musiqi müsabiqəsinə Azərbaycan adlı ölkənin də qatılacağını öyrəndim. Öncə bu adı heç yerdə eşitməmişdim. Mahnınızı çox bəyəndim. İnternetdə araşdırandan sonra Azərbaycan haqda paylaşımlar etməyə başladım. Tarixiniz, mədəniyyətiniz çox marağımı çəkdi. Təbii ki, ətrafımdakılar da Azərbaycan adlı ölkəni tanımırdılar. Yavaş-yavaş dostlarıma da məlumat verməyə başladım. Ölkənizə ilk səfərim 2015-ci ildə baş tutdu. Həmin il Bakı Avropa Oyunlarına ev sahibliyi edirdi. Mən də bu yarışın siyasi rolundan bəhs edən kitab yazmaq üçün ölkənizə gəlmişdim. Açıq deyirəm, Azərbaycanı çox sevirəm. İnsanları bütün millətlərə qarşı humanistdir, nəzakətlidir. 10 il öncə haqqında heç nə bilmədiyim ölkə bugün xəritənin ən çox sevdiyim nöqtəsidir. Artıq bir neçə ildir ki, bayram tətilində Bakıya gəlirik. Ümid edirəm ki, Yeni ili ölkənizdə qeyd edə biləcəm.
- Ölkəmizi haqq savaşı - Qarabağ müharibəsi ilə bağlı da fikirlərinizi bilmək istəyirəm.
- Bu münaqişə Azərbaycan xalqı üçün çox ağır mövzudur. Təbii ki. Qarabağ Azərbaycanın ərazisidir. Ermənilər torpaqlarınızı işğal ediblər. Bu məqamda hisslərimi izah etməkdə çətinlik çəkirəm. Çünki bilirəm ki, dünya təşkilatlarının da Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etdikləri sənədlərə rəğmən ermənilərin torpağınızda məskunlaşmağı sizi ikiqat incidir. Çünki yüz minlərlə insan öz torpaqlarından zorla qovulub. Bu münaqişənin ədalətlə həllini çox gözləmisiniz. 30 ildən sonra yavaş-yavaş qalibiyyətə yaxınlaşmağınıza çox sevinirəm. Fransanın və bəzi güclərin işğalçı Ermənistana dəstək verməsi də münaqişənin həllinə mane olur. İnanıram ki, uzun həsrətdən sonra nəhayət, öz torpaqlarınızda sülh içərisində yaşayacaqsınız.
- Niderland hakimiyyəti və xalqının bu münaqişədə əsasən işğalçı tərəfi dəstəklədikləri sirr deyil. Buna baxmayaraq, holland dostlarımızın sayı az deyil. Azərbaycanın yanında olduğunuz üçün minnətdaram.
- Bizim hakimiyyət nəinki bu müharibəyə, ümumiyyətlə, savaşa qarşıdır. Şəxsən mənim həm Hollandiyada, həm də Azərbaycanda Qarabağlı dostlarım var. Bəzilərinin Qarabağdakı viran qalmış evlərinin fotoşəkillərini görmüşəm. Dəfələrlə şahid olmuşam ki, Hollandiyadakı ermənilər burada da azərbaycanlılara təcavüz edirlər. Təəssüf ki, holland xalqının əksəriyyəti Azərbaycan haqda məlumata sahib deyil. Dediyim kimi, mən də 10 ildir ki, ölkənizi kəşf etmişəm. Açıq deyim holland xalqı bu müharibədə maraqlı da deyirlər. Az da olsa mənim kimi Azərbaycan sevərlər var və sayımız artmaqdadır. Mən də bu müharibədə haqlı tərəfin qalib gələcəyinə inanıram. Bu da təbii ki, Azərbaycandır. Sizi sevirəm.
Leyla Sarabi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi






















.png)
















