Fransalı iş adamından ETİRAF: Erməni barbarlarının fransız mediasına təcavüzü bitmir
Bizi izləyin

Xüsusi

Fransalı iş adamından ETİRAF: Erməni barbarlarının fransız mediasına təcavüzü bitmir

Azərbaycan həqiqətlərini Fransada ən çox təbliğ edənlərdən biri də fransalı iş adamı Erik Monbarbüdür.

Publika.az-a müsahibə verən Fransa Beynəlxalq Qrupunun meneceri Cənab Monbarbü barbar erməni diasporunun fransız mediasına olan təzyiqlərindən də söz açıb.

- Cənab Monbarbü, erməni təcavüzünə səssiz qalmadığınız üçün öncə təşəkkür edirəm.

- Müharibə bütün dövrlərin ən dəhşətli hadisəsi olub. Ermənistan 30 ildir ki, beynəlxalq hüquqa zidd davranır. Azərbaycanın ərazisində təxribat törədir. Xüsusən də 2020-ci ilin may ayında qondarma “dqr”-in yeni “rəhbəri”nin “inaqurasiya mərasimi”nin Şuşada keçirilməsi bir daha sübut etdi ki, ermənilər münaqişənin sülh yolu ilə həllində maraqlı deyillər.

27 sentyabrdan bəri Azərbaycan öz ərazisini qarış-qarış geri qaytarır. Cənab İlham Əliyev dəfələrlə erməni hakimiyyətini danışıqlara dəvət etsə də, qarşı tərəf öz işğalçı siyasətindən dönmədi.

- Bildiyiniz kimi, erməni işğalçılarının davamlı terror aktları nəticəsində dinc əhalimiz, xüsusən də körpələrimiz həyatlarını itirir. Elə bu gün səhərimizi qara xəbərlə açdıq.

- Mən də bu xəbərləri ürək ağrısı ilə izləyirəm. Ermənistanın təcavüzkar ordusunun Gəncə və digər şəhərlərə yönəlmiş terror aktları, dinc əhalinin, xüsusən də uşaqların barbarcasına öldürülməsi məni də sarsıdır. İstəyirəm biləsiniz ki, Cənab İlham Əliyevin çıxışlarını izləyirəm, işğaldan azad olunan hər bir ərazinizin sevincini də sizinlə bölüşürəm. Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq ictimaiyyət qarşısında heç bir qanunu pozmadan addım-addım öz ərazisini işğaldan azad edir. Qəlbimdə mən də azərbaycanlıyam. Son 17 il ərzində 20 dəfə Azərbaycanda olmuşam. Özümü azərbaycanlı sayıram. Təəssüf ki, ikili vətəndaşlıq almaq mümkünsüzdür. Əks halda, məmnuniyyətlə həm Fransanın, həm də Azərbaycanın rəsmi vətəndaşı olardım. Qarabağlılar 30 ildir ki, oğurlanmış torpaqlarının, şəhidlərinin acısını yaşayırlar. İndi isə fəth zamanıdır.

- TF1 telekanalında yayımlanan reportajdan sonra həm kanalın rəhbərliyi, həm də Azərbaycan həqiqətlərini fransız tamaşaçısına qərəzsiz çatdırmağa çalışan Madam Budul erməni lobbisinin təhdidlərinə məruz qaldı. Jurnalisti başını kəsməklə hədələyən təcavüzkar xislətli millət reportajın kanalın saytından çıxarılmasına barbarcasına nail oldu.

- Bəli. 22 oktyabr 2020-ci il tarixində Fransanın ən məşhur TF1 kanalı Lizeron Bodulun (Liseron Bodoul) Dağlıq Qarabağ həqiqətləri adlı reportajını təqdim etdi. Bu reportajda erməni işğalçılarının dinc əhali yaşayan əraziləri raket atəşinə tutması da açıq-aşkar sübuta yetirilildi. Yalanlarının ifşa olunduğunu görən erməni əsilli fransızların hiddəti alovlandı. Sosial şəbəkələrdə həm jurnalist Bodul, həm də kanalın erməni əsilli əməkdaşı Ara Akripiyana hədə-qorxu gəlməyə başladılar. Həmçinin jurnalist təhqirlərə məruz qaldı. Bu gün isə reportaj telekanalın saytından silindi. Bu, bir daha erməni diasporunun iç üzünü, mətbuat azadlığına qarşı olan qərəzli münasibətini sübut etdi.

Siyasi partiyalarda olan ermənilər də bu məkrli təcavüzün hərəkətverici qüvvələridir. Xatırladım ki, 3 oktyabr "Liberation" internet qəzetində yayımlanan məqalə də Dağlıq Qarabağ həqiqətlərini obyektiv dünyaya çatdırdığı üçün qısa zamanda erməni aqressorlarının təhdidi ilə saytdan silinmişdi. Həmçinin məqalənin hər iki fransız müəllifi ölümlə hədələnmişdi.

19 oktyabrda isə 20 min erməni nümayişə qalxaraq, Fransanın Baş naziri Cənab le Drianın istefasını tələb etmişdilər. Səbəb isə Baş nazirin parlamentdəki çıxışında Fransanın bu münaqişədə neytrallığını qorumalı olduğu barədə söylədiyi fikirlər idi. Bu aqressiyanın bir səbəbi var. Ermənilər böyük yalanlarının ifşasından qorxduqları üçün bütün barbar yollara əl atırlar. Lakin erməni isteriyası haqq tərəfində olan fransızları yolundan döndərməyəcək. Biz hüquqi faktlarla erməni işğlaçı siyasətinin iç üzünü açıb ölkəmizə göstərəcəyik.

Qarabağ Azərbaycandır !

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm