Xüsusi
Məşhur eston yazıçısı: Ermənilərin törətdiyi cinayətin bir adı var - terror (MÜSAHİBƏ)
Erməni vəhşiliyi aram vermir. Döyüş bölgəsindən acizliyini günbəgün sübut edən terrorçu dəstələrin hədəfi günahsız körpələrimiz, dinc əhalimizdir.
Ermənni terrorunu pisləyənlər sırasında eston yazıçı Kesti Kivirüüt də var.
Publika.az-a müsahibəsində Qarabağla bağlı təəssüratlarını bölüşən yazıçı, Şuşaya səfər etmək arzusunu da dilə gətirib.
- Əziz Kersti, ilk müsahibəmizdə Azərbaycan kişilərinə təriflər söyləmişdiniz. Çox yaraşıqlı olduqlarını bildirmişdiniz. Bu gün həmin kişilərimiz Qarabağ uğrunda savaşırlar.
- Qarabağı təsəvvürümdə hər zaman füsunkar təbiəti, zəngin mədəniyyəti olan ərazi kimi canlandırmışam. Azərbaycan və azərbaycanlıları daha yaxından tanıdıqca, yanılmadığıma bir daha əmin oluram. “Əsrlər ərzində Qarabağ” kitabını mənə hədiyyə edən tanışıma sizin vasitənizlə təşəkkür etmək istəyirəm. Bu kitabı oxuyandan sonra Qarabağ haqda çox öyrəndim. Təəssüf ki, 1990-cı ilin əvvəllərində bu torpaqlarda əsrin faciəsi yaşanıb. Hələ də bu haqsızlıq davam edir. Ümid edirəm ki, ədalət gec də olsa, bərpa olunacaq, azərbaycanlılar doğma torpaqlarına qovuşacaqlar.
- Azərbaycan haqda roman yazmış əcnəbi yazıçılar arasında xüsusi yeriniz var. “Küləklər şəhəri” romanınızda Xocalıdan olan qəhrəmana da yer vermisiniz. Təəssüf ki, bu gün erməni terrorçuları digər dinc şəhərlərimizdə də eyni faciəyə səbəb olurlar.
- Gəncədə baş verənləri sarsıntı ilə izləyirdik. Digər yandan da Bərdədə dinc əhalinin, uşaqların həlak olduğunu öyrəndik. Hətta sıravi vətəndaşlar da bilir ki, müharibə dövründə döyüş yalnız cəbhə bölgəsində aparılmalıdır. Münaqişə zonasından uzaqda yerləşən şəhərləri, kəndləri raket atəşinə tutmaq beynəlxalq hüququn, konvensiyaların sərt şəkildə pozulması deməkdir. Özü də dünyada belə mənasız mif dolaşır ki, guya Qarabağ münaqişəsi dini xarakter daşıyır. Ermənilərin törətdiyi cinayətin bir adı var - terror. Azərbaycanın Estoniyadakı diaspor nümayəndələri təmkin və haqlı səbəblər gətirərək, məsələni aydınlaşdırırlar. Axı necə ola bilər ki, Azərbaycan kimi multikultural bir ölkə ermənilərə qarşı din, yaxud etnik nifrət bəsləsinlər? Bu yanlış informasiyanı bütün dünya ifşa etməlidir.
- Romanınızda hadisələr həmçinin real həyatda heç vaxt görmədiyiniz Xınalıq kəndində də vaqeə edir. Ümid edirəm, Şuşanı öncə gəzib, sonra Vətənimiz haqda yazacağınız ikici romanınızda təsvir edəcəksiniz...
- Mən bu arzunun tezliklə gerçəkləşəcəyinə əminəm. Sülh və qələbə sizinlə olsun, əziz azərbaycanlı dostlarım!
Leyla Sarabi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi






















.png)
















