Xüsusi
Fransada ermənilərin təqibinə məruz qalsam da... - Parlamentin fəxri üzvü
Azərbaycana daim dəstək olduğum üçün Fransadakı erməni icmaları tərəfindən təzyiqlərə məruz qalıram.
Bu sözləri Publika.az-a müsahibəsində Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel bildirib.
Azərbaycanın Dostları Assosiasiyasının üzvü cənab Mansel həmçinin ermənilərin sosial şəbəkələrdəki yalan və qərəzli məlumatlar yaymaq siyasətini də pisləyib.
- Cənab Mansel, uzun müddət bu haqda sussanız da, Fransa ermənilərinin terrorçu hədə-qorxularına məruz qalmısınız. Təəssüf edirəm...
- Mən daim Azərbaycan xalqının yanında olmuşam. Fransada yaşayan azərbaycanlılar heç vaxt çaxnaşma törətməyib. Təəssüf ki, bunu qarşı tərəf haqqında demək mümkün deyil.
- Cənab Mansel, Fransa Prezidenti Emmanuel Makrona ünvanladığınız məktub haqda da məlumat verməyinizi rica edirəm.
- Məktubda "İndi, yaxud heç vaxt" başlığı xüsusi qeyd olunub. Sizə vacib məqamları təqdim edirəm. Artıq 30 ildir ki, Minsk Qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsini "dondurublar". Hazırda Minsk Qrupunun üzvləri müharibəni dayandırmaq, məsələnin sülh yolu ilə həllinə şərait yaratmaq istədiklərini vurğulayırlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, uzun müddət həlli tapılmayan bu problemi sonadək nəticəsiz qoymaq mümkün olmayacaq.Yaxud bölgədə sülh tələb edən qrup üzvləri bir həqiqəti unutmamalıdırlar. Ermənistan Azərbaycanın 20% ərazisini işğal altında saxlayır. Bu ərazilər işğaldan azad olunmadan heç bir əmin-amanlıqdan danışa bilmərik. Lakin bundan öncə iki addım atılmalıdır: 1. Rusiya Ermənistan vasitəsilə Azərbaycana təzyiqini dayandırmalıdır. 2. Fransa erməni icmasının təsirindən qurtulmalıdır. Bu şərtlər yerinə yetirildiyi təqdirdə sülh də bərpa olunacaq. Unutmayın- "Ya indi, ya da heç vaxt!"
Leyla Sarabi
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir



















.jpg)


.jpg)















