Xüsusi
Məşhur əcnəbi diplomat: Azərbaycandakı bu olay məni dəhşətə gətirdi, Qarabağ mütləq... - MÜSAHİBƏ
Qarabağın azadlığı mütləq bərpa olunacaq. Yüz minlərlə məcburi köçkün öz evlərinə qayıdandan sonra o torpaqlarda güllər açacaq.
Bu fikirləri Publka.az-a müsahibəsində Estoniyanın sabiq diplomatı, tarixçi-türkşünas Artur Laast deyib.
- Cənab Last, Azərbaycanla tanışlığınız Qarabağ müharibəsi ilə yaşıddır. Bu illər ərzində xalqımızın faciələrini təbliğ etdiyiniz üçün təşəkkür edirəm.
- İxtisasca tarixçi-türkşünasam. Moskva Dövlət Universitetinin məzunuyam. Bakıya ilk səfərim 1990-cı ildə baş tutub. Qanlı yanvar hadisələrini anmaq üçün səfər etmişdik. Şəhidlər Xiyabanına Tallin şəhəri adından əkilil qoyduq. Milyonlarla insanın kədəri məni dəhşətə gətirdi. Həmin vaxtlar “Oçaq” qəzeti ilə əməkdaşlıq edirdim. Azərbaycanla tanış olandan sonra Estoniyada təşkil olunan ədəbiyyat tədbirlərində iştirak etməyə başladım. "Kitabi Dədə Qorqud", Nizaminin, klassik və müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin əsərləri ilə yaxından tanışam. Türkiyənin, Azərbaycanın, İranın tarixi mədəniyyəti haqqında geniş məlumatım var. Rus-fars müharibələri, Cavanşırlər sülaləsi, Qarabağ xanlığı, udi xalqının dili mənşəyi haqda kifayət qədər mənbə araşdırmışam. Bütün bu tarixi faktlardan yola çıxsaq, Azərbaycanı sevməmək üçün heç bir əsas qalmır.
- Və bu gün Azərbaycan tarixi ədaləti, beynəlxalq hüquq bərpa etmək uğrunda savaşır…
- Bu münaribənin yalnız bir həlli var. Azərbaycan öz tarixi torpaqlarını işğalçılardan təmizləyir, ərazi bütövlüyünü təmin edir. BMT və digər beynəlxalq qurumların da təsdiqlədiyi sənədlər üzrə öz sərhədlərini möhkəmləndirir. Bu məsələdə ikinci seçim yoxdur. İnanın, mən də hər gün həyəcanla Qarabağın işğaldan azad edilməsi uğrunda müharibənin son xəbərlərini mətbuatdan izləyirəm.
- Yəqin erməni terrorçularının dinc sakinlərimizə qarşı törətdikləri amansız qətliamlar barədə də məlumatlısınız.
- Erməni təcavüzkar dəstələrinin döyüş bölgəsindən uzaqda olan ərazilərə, dinc insanların üstünə bombalar yağdırması bu münaqişəyə Rusiyanı və Türkiyəni cəlb edib, Qafqazda yanğın yaratmaqdır. Bu da təbii ki, zəifliyin ilk əlamətidir.
- Eston xalqının Qarabağ münaqişəsində mövqeyi haqda da bizə məlumat versəniz, sevinərəm…
- Ümid edirəm ki, həmvətənlərim də, jurnalistlərimiz də Dağlıq Qarabağ münaqişəsinin əsl üzünü dərk edirlər. Təəssüf ki, bunun üçün tam hazırlıqlı deyilik. Fransa kimi nəhəng ölkənin belə bu məsələni məntiqlə anlayıb qəbul etməyə cəsarəti çatmır. Mən özüm Estoniyanın Fransadakı səfirliyində çalışmışam. Bu ölkənin siyası masasında nə baş verdiyini gözəl bilirəm. Bir yandan da dünyanın əsas diqqəti pandemiyanın fəsadlarına və ABŞ-dakı prezident seçkilərə yönəlib. Estoniya həm bu münaqişədə, həm də ümumilikdə Türkiyə ilə həmfikirdir. Biz həmçinin Simali Atlantik Alyansın müttəffiqləriyik. Estoniyada fəaliyyət göstərən Azərbaycan icmasının təşəbbüsü ilə Estoniyada dəfələrlə Xocalı faciəsindən bəhs edən sənədli filmlər nümayiş olunub. Bildiyim qədərilə bu filmlər Avropanın bir sıra paytaxında da nümayiş etdirilib. Qarabağın azadlığı mütləq bərpa olunacaq. İnşallah yüz minlərlə məcburi köçkünlər öz evlərinə qayıdandan sonra o torpaqlarda güllər açacaq.
Leyla Sarabi
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat13 May 19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə13 May 18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video














.jpg)












.jpg)






.jpg)


