Xüsusi
Bu dövr qeyri-adi tarixi mərhələdir, son 200 ildə ilk dəfədir ki... - MÜSAHİBƏ
Publisist, sosioloq Əhməd Qəşəmoğlu İkinci Qarabağ müharibəsinin Azərbaycan xalqının milli ruhunda və şüurunda silinməz izlər qoyacağını deyib.
Publika.az sosioloqla müsahibəni təqdim edir:
- Əhməd bəy, Azərbaycan Ordusunun qazandığı uğurlar xalqın milli ruhunda və şüurunda hansı izləri qoyacaq?
- İndiki tarixi mərhələdə Azərbaycan Ordusunun zəfər qazanması xüsusilə əlamətdardır. Çünki dünyada bu vaxta qədər baş verməyən proseslər gedir. Bu, son onilliklərdə olan qloballaşma prosesidir. 100 və ya 500 il bundan qabaq yer üzündəki proseslər məhəlli səviyyədə gedirdi. O zaman müharibədə qalib gəlmək, torpaqları azad etmək insanlara çox müsbət təsir edirdi. Amma o müharibələr və onların nəticələri başqa xarakter daşıyırdı. Yer üzünün vahid sistem halına gəldiyi və bütün ölkə əlaqələrinin gücləndiyi vaxtda belə bir qələbə hər bir xalq üçün hədsiz dərəcədə vacib və faydalı prosesdir.
Birinci Qarabağ müharibəsi dövründə Yer üzündə pərakəndəlik var idi, ermənilər ağlına gələni həyata keçirirdi, əsirlərimizə dəhşətli işgəncələr verirdilər və Yer üzünün bundan xəbəri olmurdu. İndi isə cəbhədə baş verən hər hansı hərbi əməliyyata bütün Yer üzünün reaksiyası var. İkinci Qarabağ müharibəsi bütün dünyanın nəzərləri altında baş verdi. Belə bir dövrdə azərbaycanlıların qəhrəman və vətənpərvər xalq kimi tanınması ölkəmizin gələcək taleyinə müsbət təsir edəcək. Yer üzü yenidən nizamlanır və bu nizamlanmada hər kəs yenidən tanınır.
1987-ci ildən başlayaraq Azərbaycana qarşı gedən proseslərin şahidi olurduq, torpaqlarımızı əlimizdən almaq üçün işlər görülürdü, bizə qarşı güc tətbiq olunurdu, kimsə bizi sıxışdırırdı, kimlərsə ermənilərə yardım edirdi... Gördük ki, biz öz torpaqlarımızın keşiyində dayana və sərhədlərimizi bərpa edə bilirik. Bütün bunlar insanlarımıza qeyri-adi ruh yüksəkliyi verdi, xalq olaraq öz dəyərimizi anladıq.
- Bu birliyimizi kimə və ya nəyə borcluyuq?
- Son 200 ildə ilk dəfədir ki, xalq öz qüdrətini kəşf etdi. Anladıq ki, Azərbaycan Ordusu ərazi bütövlüyü uğrunda mübarizə apara bilir. Bunda Ali Baş Komandanın çox böyük rolu oldu və belə rolunun olmasının xüsusi əhəmiyyəti var. Elə görünürdü ki, biz lider yetişdirə bilmirik, Azərbaycan xalqının lider yetişdirmək qabiliyyəti yoxdur. Bu isə əhaliyə çox pis təsir edirdi. Müharibənin başlaması və gedən proseslər onu göstərdi ki, biz çox ağıllı sərkərdə yetişdirmişik. İlham Əliyevin müharibə başlayandan bəri xalqa etdiyi müraciətlər və verdiyi müsahibələr torpaqlarımızın əldə edilməsində az rol oynamadı. Onun hər bir müsahibəsi dünyanın bütün siyasət və güc mərkəzlərində öyrənilirdi. Dünyanın güc mərkəzləri bir daha məlumat aldı ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Öyrəndilər ki, artıq biz əvvəlki kimi aqressiv münasibətə yol vermirik. Bu dövrü qeyri-adi tarixi mərhələ kimi qiymətləndirirəm. Bu müharibə sadəcə işğal altında olan ərazilərin qaytarılması deyil, xalqın özünütəsdiq və nizamlanan yeni dünyada yeni və daha yüksək mövqelərə sahib olması deməkdir.

- Milli birliyi və bütövlüyümüzü qorumaq üçün xalq olaraq öhdəmizə düşən missiyalar nələrdir?
- Dünya çox mürəkkəbləşib, qonşumuz da çox mənfur düşməndir, heç bir standartlara uymur. Müharibədən sonra ermənilər bizə qarşı çoxlu oyunlar qurmağa çalışacaq. Bunun üçün iki istiqamətdə işləməliyik: həm daxili potensialımızı, həm də ölkənin potensialını gücləndirməliyik. Eyni zamanda ermənilərin mahiyyətini ifşa etməliyik.
İkinci Dünya müharibəsində dünya alman faşizminin mahiyyətini anlamışdı, sakitləşmiş və tamam başqa həyat yolu seçmişdi. Amma sabah sülh müqaviləsi də bağlasaq, ermənilər bu yolu seçməyəcək. Bu mənfur düşmən hər cür axmaqlığa əl atacaq. Ekoloji zəhərləmə, terrorizm üsullarına əl ata və ya beynəlxalq səviyyədə zərbələr haqqında düşünə bilərlər. Odur ki, ayıq-sayıq olmalıyıq. Qazandığımız qələbəni qoruyub saxlaya, bu mövqeyimizi möhkəmlədə bilməliyik. Özümüzü inkişaf etdirməliyik ki, ölkənin nüfuzunu artıra bilək. Bunun üçün ilk növbədə hər kəs öz işində peşəkar olmalıdır. Tələbə anlamalıdır ki, vətənin müstəqilliyini qorumaq istəyirsə, daha yaxşı oxumalıdır, alimi, müəllimi, siyasətçisi, həkimi və jurnalisti də həmçinin. Biz özümüzü yaxşı mütəxəssis kimi yetişdirməklə vətənə xidmət edirik. Bu, bizim şəhidlərimizə olan borcumuzdur. Özümüzü yaxşı yetişdirməliyik ki, vətən güclü olsun. Bu, bizim öz əlimizdədir.
İkinci məsələ yazıçıların, jurnalistlərin, tarixçilərin və diasporanın öhdəsinə düşən işdir. Çalışmalıyıq ki, faşizmdən qat-qat təhlükəli olan erməniçiliyin mahiyyətini bütün dünyada ifşa edək. İkinci Dünya müharibəsində almanlar hər hansı şəhəri işğal edəndə əhalini öldürmürdü, qovmurdu, orada həyat davam edirdi, sadəcə hərbi rejim yaradırdı. Amma bu ermənilər nə etdi? İşğaldan azad olunmuş torpaqlara baxanda görürük ki, yerlə-yeksan olub. Qəbirləri də dağıdıblar, ev-eşik qalmayıb. Dünyanın heç yerində belə vəhşilik olmayıb. Ermənilər qeyri-adi etnosdur, koronavirusdan da qorxulu hay virusudur. Əlimizdə olan imkanlardan istifadə etməklə tələbələr, diaspora, alimlər, jurnalistlər dünyaya izah etməlidir ki, Ermənistan terror dövlətidir və bütün dünya üçün fəlakətdir. 1990-cı ildə şərait yaranmışdı, sovet imperiyası dağılmış, 1991-ci ildə respublikalar müstəqillik qazanmışdı. Dünya ikiqütblü sistemdən birqütblü sistemə keçmişdi. Yaxşı şərait yaranmışdı ki, yer üzündə əmin-amanlıq yaransın. Ermənilərin bu hərəkəti isə Cənubi Qafqazda, bütün dünyada gedən proseslərə, xalqlar arasındakı islam-xristian münasibətlərinə gərginlik gətirmişdi.
Aytən Məftun
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
Rəsmi xronika12:38Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?












.jpg)
.webp)
























