Xüsusi
Qarabağ həqiqətlərini dünyaya çatdıran amerikalı jurnalist: Arzum budur ki...
İkinci Qarabağ müharibəsi müddətində də, Azərbaycanın haqq qələbəsindən sonra da informasiya savaşımız davam etdi. Bu yolda bizə dəstək olan əcnəbi dostlarımızdan biri də amerikalı jurnalist, “Republic Underground” saytının redaktoru Reyçl Bruksdur.
Publika.az-ın müsahibi jurnalist Reyçl Bruksdur.
- Əziz Reyçl, ölkəmizin dostunu yaxından tanımaq istərdim...
- Amerikalı jurnalistəm. Əvvəllər “States Newsroom Media” kimi nəhəng mətbuat orqanları ilə əməkdaşlıq edirdim. Hazırda isə “Republic Underground” saytı üçün çalışıram. Bu sayt “Timberwolf-Phoenix LLC” media qurumuna tabedir. Başlıca məqsədimiz Qafqaz şəbəkəsi üzrə jurnalistlərin məqalələrini dərc edərək, Qarabağ müharibəsi haqda gizli qalan həqiqətləri təbliğ etməkdir. Bildiyiniz kimi Amerika mətbuatı adətən Ermənistan lobbisini dəstəkləyir. Məhz bu siyasi iqlim hadisələrin əsl üzünə kölgə salır. Bizim saytımız ABŞ ictimaiyyətinin gözünü və qulağını həqiqətə açmaq funksiyası daşıyır.
- Erməni tanışlarınız fəaliyyətinizə müdaxilə edirlər?
- Yaxından tanıdığım cəmi bir erməni olub. Həmin qızla məktəbdə tanış olmuşdum. Kimsəsiz olduğunu xatırlayıram. Tanıdığım bir ailə onu övladlığa götürmüşdü. Birinci Qarabağ müharibəsindən 2-3 il sonra dünyaya gəlmişdi. Ailəsi onu daha yaxşı həyat şərtləri ilə təmin etmək üçün Amerikaya yollamışdı, həmin ailə də onu öz qızları kimi böyüdürdü. Aramızda yaş fərqi az deyildi. Odur ki, sadəcə məktəbimizdə erməni qızın oxuduğunu bilirdim. Dostlarım, yaşıdlarım arasında isə erməni olmayıb. İndi də yoxdur. Bir məqamı xüsusi vurğulayım ki, yaşadığım ərazidə Qafqazdan gəlib, məskunlaşan insanlar azdır.
- Qarabağ həqiqətlərini təbliğ edən jurnalist Reyçl Bruks Qarabağa səfər etmək istəyirmi?
- Çox istəyirəm. Qarabağın tarixi əraziləri diqqətimi daha çox cəlb edir. Xüsusən də Xudafərin körpüsünü, Ağdamın dağıntılar altında qalmış tikililərini canlı görmək arzusundayam. Biz əcnəbi jurnalistlərin qədim, tarixi Qarabağ torpaqlarına səfərləri bölgə haqda obyektiv təbliğatın aparılması, sülhün qorunması baxımından olduqca önəmlidir.
Leyla Sarabi
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
