Xüsusi
Ulu öndərin başlatdığı, İlham Əliyevin zirvəyə qaldırdığı siyasət: 30 ilin KİNOLENTİ
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Son 30 ildə Azərbaycanın dünyaya inteqrasiyası Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu, birmənalıdır. Ölkəmizin dünya birliyinə inteqrasiyasının, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının özülünün qoyulması, təməllərinin atılması məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Daha sonrakı mərhələlərdə isə əlaqələrin inkişafında, inteqrasiya prosesinin sürətlənməsində əsas katalizator rolunu Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və balanslı siyasəti oynayıb.
Aydın məsələdir ki, müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli lider Heydər Əliyevin yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, bu yöndə aparılan bütün fəaliyyətini müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın dünyada özünütəsdiqinə həsr etməsi bu gün hamı tərəfindən qəbul olunmuş gerçəklikdir.
Hələ 19 mart 2004-cü ildə Slovakiyada “Genişlənən Avropaya doğru: günün yeni mövzusu” adlı beynəlxalq konfransdakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdi ki, yeni layihələr və əməkdaşlıq proqramları milyardlarla dollar dəyərə malik olub müstəqil ölkələrin həm bir-biri ilə, həm də bütövlükdə dünya məkanı ilə daha sıx əlaqələr qurmasına şərait yaradacaq. Daha sonra Prezident əlavə etmişdi ki, bu, bizim istəyimiz və strateji məqsədimizdir: “Azərbaycan öz gələcəyini dünya məkanına daha geniş inteqrasiya edilməsində görür. Biz bu istiqamətdə həlledici addımlar atırıq və mən Avropa və beynəlxalq strukturlarla əlaqələrin daha da möhkəmlənəcəyinə əminəm”.
Ölkə başçısının məhz bu siyasi əminliyi sonrakı beşilliklərdə, onilliklərdə Azərbaycanın dünyaya inteqrasiyasının Yol Xəritəsinə çevrildi.
Milli Məclisin deputatı Naqif Həmzəyev Publika.az-a açıqlamasında söyləyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra çox təəssüflər olsun ki, qonşularımızın təcavüzü ilə üzləşdi:
“Həmin dövrdə biz torpaqlarımızın böyük bir hissəsini itirdik. 30 illik zaman kəsiyində Azərbaycanın torpaqları işğal altında qaldı. Sülh yolu ilə torpaqlarımızı azad etmək mümkün olmadı. 1993-cü ildə Ulu öndər xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanda bir çox fundamental dəyişiklikər, islahatlar həyata keçirildi. Azərbaycanda Konstitusiya qəbul edildi. Azərbaycan parlamenti formalaşdırıldı və seçkilər keçirildi. Demokratik mühitdə yeni çağırışlara cavab verən dövlət ənənələri formalaşmağa başladı. Həmçinin iqtisadi tənəzzül yaşayan bir dövlət ən qısa zamanda iqtisadiyyatını dirçəldə bildi. Eyni zamanda Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması üçün 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. 1994-cü ildə buna nail olan Ulu öndər Heydər Əliyev daha sonralar Azərbaycanın iqtisadiyyatının təməlini qoydu”.
Deputat bildirib ki, Heydər Əliyevin hazırladığı plan əsasında yürütdüyü siyasəti davam etdirən Prezident İlham Əliyev faktiki olaraq qısa müddətdə Azərbaycanın bütün simasını dəyişə bildi:
“Azərbaycan yeni dövrdə yeni çağırışlara cavab verdi. Təbii ki, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması üçün erməni diasporunun və lobbisinin uzun illər uydurduğu yalanları alt-üst etmək üçün beynəlxalq təşkilatlarla işləmək və onlarla əməkdaşlıq etmək çox vacib idi. Məhz həmin dövrdə ilk olaraq Azərbaycan Avropa Şurasına üzv oldu. Azərbaycanlı parlamentarilər bu platformada çox fəal iştirak etdilər. Bu da inteqrasiya istiqamətində çox mühüm addım kimi dəyərləndirilməlidir. Buna baxmayaraq, çətin idi, həmin dövrdə dünya və Avropa dövlətləri Azərbaycan həqiqətlərini qəbul edə bilmirdilər. Hərçənd ki, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı BMT-nin 4 qətnaməsi olsa da, faktiki olaraq onun icrası ilə bağlı real addımlar atılmırdı”.
Millət vəkili əlavə edib ki, ATƏT-in Minsk qrupu faktiki olaraq regiona turistik səfərlər edirdi:
“Buna baxmayaraq, Azərbaycan bütün beynəlxalq təşkilatlarla daha yaxından əlaqələr qurmaq yolunda ciddi addımlar atmağa başladı və buna nail oldu. Həmin əlaqələrin qurulması ilə dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərini qəbul etməyə başladılar. Xüsusilə Xocalı soyqırımı ilə bağlı dünyanın əksər dövlətlərində, ABŞ-ın 10-dan artıq ştatında qətnamələr qəbul edildiyini yada salmaq kifayətdir. Prezident İlham Əliyevin bütün beynəlxalq tədbirlərdə iştirak etməsi, qonşu dövlətlərin, Avropa ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlər və qurulan əlaqələr nəticə etibarı ilə Azərbaycanın regiondakı gücünü və nüfuzunu artırdı”.
Naqif Həmzəyevin sözlərinə görə, xüsusən də Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması faktiki olaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyində iştirakını şərtləndirdi:
“Nəticə etibarı ilə Azərbaycan regionda söz sahibi olmaqla yanaşı, regionda diktə edən tərəfə çevrildi. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələri reallaşdıra bilməsi dənizlərə birbaşa çıxışımızın olmadığı halda enerji resurlarımızın dünya bazarlarına çıxarılmasına şərait yaratdı. Həmçinin Azərbaycanın çox əlverişli coğrafi mövqedə yerləşməsi və tranzit ölkə funksiyasını yerinə yetirə bilməsi ən əsas uğurlardan biridir. Azərbaycan faktiki olaraq Şimal-Cənub, Şərq-Qərb tranzit şəbəkəsinin mərkəzində yerləşir. Ölkəmiz bu missiyanı öz üzərinə götürməyi bacardı. Bundan başqa, möhtərəm Prezidentimiz İlham Əliyev mütəmadi olaraq Davos İqtisadi Forumunda iştirak edir. Azərbaycanın iqtisadi göstəriciləri, ölkəmizin iqtisadi önəmi bu forumda qabardılır və xüsusilə Avropa İttifaqı ölkələri ilə əlaqələrin gücləndirilməsində Davos İqtisadi Forumunda iştirak etmək, Azərbaycanın təqdimatını ən yüksək formada etmək çox vacib amillərdən biridir. Azərbaycan beynəlxalq ekspolarda da öz gücünü göstərmək üçün yaxından iştirak edir. Azərbaycanın tanıdılmasında bu kimi amillərin də çox böyük rolu var”.
Deputat əlavə edib ki, bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq idman yarışlarına da ev sahibliyi edib ki, bu da ölkəmizin tanıdılmasında xüsusi rol oynayan amillərdəndir:
“Eyni zamanda Azərbaycanın NATO sülhməramlıları ilə sıx əlaqədə olması və sülhməramlı missiyalarda yaxından iştirakı ölkəmizin hərbi gücünün, təcrübəsinin artırılmasına da çox mühüm dəstək olub. Azərbaycan bu missiyasını hazırda da davam etdirməkdədir. Strateji müttəfiqlərimizlə hərbi təlimlərin təşkili, ölkəmizin bu təlimlərdə fəal iştirakı ordumuzun formalaşmasında və güclənməsində öz rolunu oynayıb. Eləcə də Azərbaycan türkdilli dövlətlərlə əməkdaşlığa çox böyük önəm verir. Həm Türk Şurası, həm Türkdilli Ölkələrin Parlament Assambleyası, həm də TÜRKSOY və Türk Akademiyası tərkibində Azərbaycan fəal şəkildə iştirak edir. Türk dilində danışan dövlətlərlə bir sıra məsələlərdə birgə fəaliyyət göstəririk”.
N.Həmzəyev diqqətə çatdırıb ki, bütün bunlarla yanaşı, Azərbaycanın Qoşulmama Hərəkatında yaxından iştirakı son 2 ildə ölkəmizin bu təşkilata sədrlik etməsi ilə nəticələndi:
“Əksər dövlətlərin dəstəyi ilə Azərbaycan bu təşkilata sədrlik etdi. Pandemiya dönəmində məhz Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq irəli sürdüyü təşəbbüslər Birləşmiş Millətlər Təşkilatı tərəfindən də müsbət dəyərləndirildi. Birgə əməkdaşlıq, birgə mübarizə və birgə fəaliyyət təklifləri dünyanın əksər aparıcı dövlətləri tərəfindən müsbət şəkildə qarşılandı. Nəzərə almaq lazımdır ki, məhz Qoşulmama Hərəkatı ilə olan əməkdaşlıq 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycana BMT tərəfindən hansısa “veto”nun qoyulması və etiraz edilməsi məsələsində çox mühüm rol oynadı. Məhz həmin ölkələr Azərbaycana öz dəstəyini əsirgəmədilər. Bir sözlə, Azərbaycanın ötən dönəm ərzində beynəlxalq təşkilatlar və dövlətlərlə ikitərəfli əlaqələri nəticə etibarı ilə 44 günlük Vətən müharibəsində çox müsbət dəstək oldu”.
Millət vəkilinin sözlərinə görə, bütün qonşu ölkələr, dünyanın əksər aparıcı dövlətləri Azərbaycanın haqq mübarizəsində təmkin göstərdi:
“Azərbaycanın beynəlxalq hüquqa hörmət edərək beynəlxalq konvensiyalar çərçivəsində və müasir dövrün tələblərinə cavab verən hərbi əməliyyatlar həyata keçirməsi hər kəs tərəfindən alqışlandı. Azərbaycanın apardığı hərbi əməliyyatlar hazırda dünyanın əksər hərbi akademiyaları tərəfindən öyrənilir və tətbiq edilir. Bir sözlə, ölkəmiz öz iqtisadi inkişafı və naliyyətlərini diplomatik masada da uğura, üstünlüyə çevirə bildi. Bu da möhtərəm Prezidentimizin diplomatik səriştəsi və uğuru kimi dəyərləndirilməlidir. 44 günlük Vətən müharibəsində ordumuz, əsgərlərimiz rəşadətlə döyüşdülər, vuruşdular. Qəhrəmanlıqla torpaqlarımızı işğaldan azad etdilər. Buna paralel olaraq Prezident İlham Əliyevin müharibə dönəmində 30-dan artıq media qurumuna müsahibə verməsi Azərbaycanın diplomatik masada uğuru ilə nəticələnməsinə gətirib çıxardı. Nəticədə üçtərəfli bəyanat imzalandı və qarşı tərəf öhdəliklər götürdü, faktiki olaraq öz məğlubiyyətini etiraf etdi. Azərbaycan bundan sonra da beynəlxalq əməkdaşlıq və əlaqələrini gücləndirməlidir”.
Naqif Həmzəyev söyləyib ki, ölkəmiz Şuşa Bəyannaməsinin imzalanması ilə daha böyük bir uğura imza atdı:
“Faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması və regionda güc sahibi olaraq diktə edən tərəf mövqeyində qalması üçün Şuşa Bəyannaməsinin çox böyük rolu var. Qardaş dövlət Türkiyənin Azərbaycana açıq-aşkar dəstəyini göstərməsi və ölkəmizlə strateji müttəfiqlik bəyannaməsini imzalaması onu deməyə imkan verir ki, Azərbaycan çox düzgün yoldadır. Ölkəmiz öz qonşuları ilə çox yaxşı əlaqələr qura bilib. Altılıq platforması təklifini irəli sürən rəsmi Bakı tezliklə İrəvanın da haqq yoluna gələcəyinə, Azərbaycanın sərhədlərini tanıyacağına inanır. Azərbaycan Ermənistanı böyük sülh müqaviləsini imzalamağa məcbur edəcək. Beləliklə, biz regionda daimi sülhə nail olacağıq”.
Tural Turan
Yazı Azərbaycanın Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır