Xüsusi
Azərbaycandan ermənilərə SON XƏBƏRDARLIQ: Düşmən 2 seçim qarşısında - DETALLAR
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı ilıq mesajlar verdi. Nikol Vovayeviç “status”un gorbagor olmasını qəbul etdiyinə eyham vuraraq məsələnin Azərbaycan qanunları çərçivəsində həll edilməli olduğunu dolayısı ilə nümayiş etdirdi. Rusiyalı sülhməramlıların ətəkləri altında gizlənmiş separatçıların quldur başçısı Araik Arutyunyan isə bildirdi ki, Paşinyanın bu fikri ilə razı deyil. Bir sözlə, ilk dəfə olaraq qarabağlı ermənilərlə İrəvandakı siyasi elita arasında uçurumun şahidi olmaqdayıq.
Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Publika.az-a müsahibəsində Qarabağddakı ermənilərin yalnız iki seçimi var.
- Tofiq bəy, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ “status” məsələsini dəfn edən və Qarabağı Azərbaycan ərazisi kimi göstərən bəyanatları nədən xəbər verir? Sizcə, Paşinyanın “sürətlə sülhə doğru hazırlıq” ismarışları Soçi yoxsa, Brüssel görüşündən sonra intensivləşdi?
- Birincisi, Ermənistanın baş nazirinin son bəyanatlarına böyük qiymət verilməsinin tərəfdarı deyiləm. Bu, mənim şəxsi fikrimdir. Birincisi, Azərbaycan ərazisi barəsində fikirlər söyləmək və Qarabağın “statusu” ilə bağlı hər hansı fikirlər səsləndirmək ümumiyyətlə, Ermənistanın baş nazirinin səlahiyyətləri daxilində deyil. İkincisi, bu bir növ Azərbaycanın suveren hüquqlarına müdaxilədir. Üçüncüsü, Nikol Paşinyanın söylədiyi fikirlər həm Azərbaycana, həm də bütün dünyaya məlum olan məsələlərdir.
- Bəs o zaman Paşinyan bu kimi bəyanatları nəyə hesablayıb?
- Sadəcə olaraq Ermənistanın siyasi elitasının problemlərinə hesablanmış fikirlərdir. Çünki onlar uzun müddət bu reallıqdan uzaq idilər. Daha doğrusu, süni şəkildə, hansısa beynəlxalq qanunlara zidd layihələr irəli sürüblər. Həmin layihələr ümumiyyətlə, Ermənistanın siyasi, iqtisadi, hərbi, demoqrafik potensialına zidd idi. Onlar uzun illər bu ideoloji layihələrlə yaşayırdılar. Əslində baş verən hadisələr birbaşa Ermənistanın siyasi elitasına aiddir. Çünki məhz onun daxilində bu cür cəfəng fikirlər və bu cür cəfəng layihələr 30 il ərzində hökm sürüb. İnsanların beynini zəhərləyib. Düşünürəm ki, həmin cəfəng fikirləri heç erməni xalqı da tam şəkildə bölüşmür.
- Nəyə əsasən bu cür düşünürsünüz?
- Baxın, “Miatsum” layihəsi ortaya atılandan sonra biz bir sıra dəyişiklikləri hiss etdik. Gördük ki, Qarabağda yaşayan ermənilərin sayı münaqişədən qabaq 137 min idi, indi 25 minə qədər azalıb. Ermənistan əhalisinin sayı münaqişədən əvvəl 3 milyon 400 min nəfər idi. İndi isə Ermənistanda vur-tut milyon yarım əhali qalıb. Yəni, illər ərzində insanlar heç də bu cəfəng fikirlərə dəstək verməyiblər. Obrazlı desək, sadə ermənilər həmin cəfəng fikirlərə öz ayaqları ilə “səs” veriblər, yəni onlar ölkəni tərk edərək qaçıblar. Onlar Ermənistandan qaçmaqla göstərdilər ki, bu siyasətə inanmırlar. Eyni zamanda, onlar bu siyasətə cəhd göstərən Ermənistanın gələcəyini görmürdülər. “Miatsum” layihəsinə cavab olaraq ölkəni tərk edirdilər. Yəni bu baxımdan mən hesab edirəm ki, hazırda İrəvanda daha çox onların özlərinə lazım olan proses gedir. Bəlkə də onlar 30 ildən sonra güclə reallığı başa düşərək öz qonşularına qarşı normal siyasət yürüdə biləcəklər. Çünki ilk növbədə bu onlara lazımdır. Başqa yol seçsələr bu, Ermənistanın məhvinə gətirib çıxaracaq.
- Ötən gün Paşinyan açıqlamasında sülhə hazır olduqlarını və onun qalıcı olmasını arzuladıqlarını söylədi. 2022-ci ili böyük sülh sazişi ili adlandırmaq olarmı?
- Birincisi, Nikol Paşinyan sülhə hazır deyildi. Onu sülhə məcbur elədilər. İkincisi, guya Ermənistan üçün hansısa real siyasətin anonsunu verir. Bu baxımdan, Paşinyanın bəyanatları daha çox onların özlərinə lazımdır. Bəli, bizim də marağımız var, biz də istəmərik ki, yanımızda Ermənistan kimi dövlət olsun. Bunu Azərbaycan da istəmir. Amma ilk növbədə, sülh Ermənistanın özünə lazımdır. Nə istəyirlərsə, bəyan eləsinlər. Bizə qarşı normal fikirlər səsləndirsinlər. O zaman biz də öz addımlarımızı ölçüb-biçib ona uyğun atacağıq. Bir tərəfdən biz sülh istiqamətində addımlar atırıq, hər iki xalqın ictimaiyyət nümayəndələri görüşür, yəni, Moskvadakı görüşü nəzərdə tuturam, digər tərəfdən, Azərbaycan anti-terror əməliyyatları ehtimalına da ciddi hazırlıq görür. Üstəlik, komando briqadaları yaradır ki, əgər ermənilər hansısa digər bir siyasəti seçsələr ona da adekvat cavab verəcəyik.
- Xalq diplomatiyasının bir nəticəsi olacaqmı? Moskvada azərbaycanlı və erməni xadimlərin görüşü hər iki ölkədə birmənalı qarşılanmadı. Bu görüşlərin nəyə xeyri olacaq?
- Bilirsiniz, bu Azərbaycanın apardığı siyasətin tərkib hissəsidir. Güc siyasəti də olmalıdır, o da... Müharibədən əvvəl və müharibə dövründə Azərbaycanın müharibə ismarışları, güc tətbiqləri var idi. İndi post-münaqişə dövrüdür və sülh çağırışları da olmalıdır. Bu, biz tərəfdən baş verir. Hətta 15 iyunda Şuşa bəyannaməsi imzalanarkən həm Azərbaycan, həm də Türkiyə prezidentləri oradan sülh çağırışları səsləndirirdilər. Əslinə qalsa, seçim ermənilərindir. Ermənilər və onların ictimaiyyəti hazırda nəsə tələb etmək durumunda deyillər. Əgər onlar bu və ya digər mövzulara aydınlıq gətirmək istəyirlərsə, onlar ilk növbədə bəyan eləməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini silahlı, bədniyyətli insanlar pozublar. Onlar bunu başa düşməlidir. Humanitar məsələlərə qalanda, Azərbaycan tərəfinin də bir çox sualları var. Məsələn, 4 min nəfər həmvətənmimiz birinci Qarabağ savaşında itkin düşüb. Onların barəsində indiyə qədər məlumat yoxdur. Bəlkə də bu bizim üçün daha aktualdır, nəinki onların hansısa terrorçu və ya diversantlarla qaldırdığı məsələlər... Həmin erməni ictimai xadimlərinin öz siyasi mənafelərini gücləndirmək üçün hansısa bəyanatlar verəcəksə, bu kimi görüşlərdən hər hansı nəticə çıxmayacaq. Erməni elitası yaxşı başa düşməlidir ki, onların 30 il ərzində irəli sürdükləri “Miatsum” layihəsi iflasa uğrayıb. Onlar bundan nəticə çıxarmalıdır. Bu cür görüşlərə real mövqeləri ilə gəlməlidirlər.
- Qondarma qurumun “rəhbəri”, quldurbaşı Araik Arutynyan Paşinyanın son bəyanatlarına etiraz elədi. Belə olan halda Azərbaycanın nəzarətində yaşamaq istəməyən erməniləri hansı aqibət gözləyir?
- Onların bəziləri rusiyalı sülhməramlıların 5 il orada qalmasının mahiyyətini düzgün başa düşmürlər. Sadəcə olaraq bəzi ermənilərə imkan verilib ki, seçim eləsinlər. Bu seçim problemsiz keçməlidir. Onlar Azərbaycan dövlətinin tərkibində yaşamaq istəyirlərsə, qanunlara tabe olaraq qalıb yaşaya bilərlər. Biz bunu bəyan eləmişik. İstəmirlərsə, rədd olub çıxıb getsinlər. Vəssalam, burada mən mürəkkəb bir mövzu görmürəm. Çox sadə bir durumdur. Onlar da aydın bir seçim eləməlidirlər. Bu seçimin təmin olunması üçün bir tərəfdən Azərbaycan sülh diplomatiyasını həyata keçirir, o biri tərəfdən isə anti-terror əməliyyatları ehtimalını nəzərə alaraq öz xüsusi təyinatlı qüvvələrini gücləndirir. Hadrutda açılan komando briqadasının açılışını hamımız gördük. Bu da ermənilər üçün bir növ mesajdır. Qanunlarımıza qarşı çıxanlar Azərbaycanın dəmir yumruğunu görəcəklər. Onlar üçün başqa yol yoxdur.
Tural Turan
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO