Xüsusi
Pul qazanmaq istəyənlərə böyük imkan: yeni layihə başladı - MÜSAHİBƏ
Etiraf edim, bayağı kontentlərin zövqümə, informasiya bataqlığının boğazıma dirəndiyi bu günlərdə xeyli təəccüblənmişəm.
Bayram tətilində sosial hesabıma gələn növbəti mesaj: Salam. Sizi ölkəmizdə və dünyada ilk olan “Bilmaq” onlayn intellektual kanalının “Gizli şifrə” layihəsinə dəvət edirik.
Kifayət qədər gizli təklifi çözmək üçün çəkiliş məkanına yollandım. Düzü, xüsusi gözləntim, yaxud marağımı çəkə biləcək qeyri-adi məqam yox idi.
Taa ki... çəkiliş studiyasında çox sevdiyim mədəniyyət yazarı Lalə Əliyeva və rejissor Faiq Kərimoğlu ilə qarşılaşanadək. Oyunda iştirak edib, qazancımı cibimə qoydum və layihənin bədii rəhbəri Lalə xanımdan daha geniş məlumat verməsini istədim.
Niyə?
Çünki paxıl deyiləm. Sizin də zövq alaraq qazanmağınızı istəyirəm.
- Lalə xanım, “Bilmaq” haqda nələri bilməliyik?
- Bu onlayn kanalı yaratmaqda bir sıra məqsədimiz vardı. Ümumiyyətlə, istənilən işə başlayanda insan istedadlı dostlarına arxalanmalıdır. Xüsusən də söhbət hələ mövcud olmayan kontentdən, layihədən gedirsə... Odur ki, ilk işlərimizdə dostlarımızın, sağlam qüvvələrin əməkdaşlığına da güvəndik. Həmçinin gördüyün işi daha maraqlı nümunələrlə təqdim etməyə çalışmalısan. Məsələn, biz insanları kanalımızın verilişlərində iştiraka dəvət etmək istəyiriksə, onları dürüst və maraqlı şəkildə cəlb etməliyik.
Hədəfimiz də, niyyətimiz də bəllidir.
Layihənin rəhbəri olaraq etiraf etmək istəyirəm ki, bir müddət xüsusi trendə çevrilən krossvord həll etməyi heç vaxt sevməmişəm. İndiki dövrdə isə sözlə axtarışa çıxırsan. İnternet aləmində istənilən mövzunu axtararaq hədəfə yaxınlaşırsan. Bütün baza biliklərimizi cəm edib əylənə, həm də gəlir əldə edə biləriksə, niyə etməyək?
- 1 sual və 4 cavab variantı oyunçuya nə verə bilər? Ümumiyyətlə, müxtəlif mövzuları əhatə edən sualları cavablamaq bizə nə qazandırır?
- Düşünürəm ki, cəmiyyət inkişaf etdikcə uşaqlaşır, əyləncəyə marağı artır. Sən də elə bir üsul tapmalısan ki, həm insanların biliklərini artırmalarına yardımçı olasan, həm də əyləncələrini təmin edəsən. Bir növ cəmiyyətə sevdiyin övladın kimi yanaşmalısan. Sağlam şəxsiyyət kimi formalaşdırmalısan. Bunun üçün də əlçatan üsulları sınamalısan. Siz körpə uşağın hər istədiyini etmədiyiniz kimi, kütlənin də hər arzusunu yerinə yetirə bilməzsiniz. Toplumu sevərək, səbrlə tərbiyə etməlisən.
- Bu günədək hansı yöndə layihələriniz baş tutub?
- Məsələn, memarlıq sahəsində çox maraqlı verilişimiz var. Memarlıq özü çox geniş anlayışdır. Şərq memarlığı deyəndə burada həm rəssamlıq, həm mədəniyyət, həm də tarix gözümüzün önünə gəlir. Bu gün hətta bir sütunu, daşı qalmış abidəmiz tariximiz, ümumiyyətlə bizim haqqımızda hər şeyi deyir. Bu baxımdan memarlığımız bizim üçün həm maddi, həm də mənəvi dəyərdir. Odur ki, elə ilk toxunduğumuz sahə bu oldu. Bir memar əsərini yaradanadək riyaziyyatdan, coğrafiyadan tutmuş rəssamlığadək bütün sahələrdən xəbərdar olmalıdır. Mən oxucularınızı da bu layihəmizdə iştirak etməyə çağırıram.
- Mən özüm də mütləq iştirak edəcəm. Amma gəlin, mənə biliyim qarşılığında real gəlir gətirən “Gizli şifrə” layihəsini də oxucularla tanış edək.
- Bilirsiniz, beynimizin bir küncündə nə vaxtsa oxuyub, heç vaxt təcrübəyə çevirmədiyimiz, bəlkə də lazımsız bildiyimiz informasiyalar var. “Gizli şifrə” məhz o biliyimizi üzə çıxarmaq, onun əsasında gəlir əldə etmək üçün əla fürsətdir. Verdiyiniz doğru cavablar əsasında seyf açılır. Bu, bir növ bilik dünyasının sonsuz fürsətlərinə açılan simvolik qapıdır. Hətta cavabını bilmədiyin sualı yenidən araşdırmağa başlayırsan. Növbəti layihəmizsə “Sərfəli turizm” adlanır. Turizm ölkəmizə yenidən aşiq olmaq, əcnəbiləri cəlb etmək üçün əvəzsiz imkandır. Özümüz məmləkətimizin gözəlliyinə, tarixinə bələd olmasaq, təbliğat aparıb başqalarına da sevdirə bilmərik. Bəli, ölkəmizdəki dağlardan, düzənliklərdən dünyanın dörd bir yanında var. Bəlkə də mənzərə baxımından daha gözəl, tarix baxımından daha zəngin məkanlar çoxdur. Amma bizim torpağımızın enerjisini yalnız biz dərindən hiss edə bilərik. Bu əsrarəngiz sandığı açıb sehrini çözmədən yadların diqqətini çəkmək olmaz.
- Maraqlıdır. Bəs ilk verilişiniz hazırdır?
- Bəli. Neftlə zəngin Balaxanıda çəkiliş etmişik. Bu gözəl məkanın mistikasını çözməyə çalışmışıq. Bunu qazandıraraq, maraq cəlb edərək həyata keçiririk. Həm sakinləri, həm izləyiciləri, həm də qonağımızı işə cəlb edərək gözəl mühit yaratmaq istəyirik. Məkanı canlandırırıq.
Ümumiyyətlə, kanalımızın layihələrinin şərtləri şəffafdır. Bu qısa müddətdə 100-dən çox iştirakçımız olub. Əgər qaranlıq məqam olsaydı, insanlar mənfi rəylərini bildirərdilər. Odur ki, simvolik olsa da, deyim ki, kökümüz sağlamdır. Bünövrəmizi də güclü qururuq. Əmin olun ki, bilmək qazandırır. Bəlkə nə vaxtsa, hətta uşaq ikən oxuyub unutduğunuz fakt, bilik bu gün sizə pul qazandıra bilər.
- Bu mövzuya toxunmağınız yaxşı oldu. Gənc ana kimi məni çox maraqlandıran məqam var. Uşaqlarla bağlı intellektual layihəniz olacaqmı?
- Əlbəttə olacaq. Lakin düşünürük ki, uşaqların dünyagörüşünü artırmaq üçün öncə böyüklərin marağını cəlb etmək lazımdır. Çünki uşaqlar üçün həm texniki, həm də məzmun baxımından mükəmməl şərait yaratmalıyıq. Odur ki, təmkin və peşəkarlıqla irəliləyirik.
- Bu maarifləndirici fəaliyyətinizdə komandanıza bol uğurlar arzu edirəm.
- Təşəkkür edirəm.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...