Avropa
Makrondan Putinə şok müraciət: Görün nə tələb etdi
Fransa prezidenti Emmanuel Makron Qərb silahları ilə Ukrayna Silahlı Qüvvələrinə (AFU) Rusiya ərazisinə zərbə endirməsinə icazə verdikdən və Rusiyanın nüvə doktrinasını yenilədikdən sonra Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Publika.az xəbər verir ki, Fransa lideri Moskvanı Ukraynadakı vəziyyətin “kollektiv deeskalasiyasında” iştirak etməyə çağırıb.
Siyasətçi bu barədə Braziliyada keçirilən G20 sammiti çərçivəsində açıqlama verib. Makron çıxışında Putini “vəzifələrini” yerinə yetirməyə dəvət edib.
“Mən prezident Putini öz sağlam düşüncəsindən və öz öhdəliklərindən istifadə etməyə, BMT Nizamnaməsinə hörmət etməyə və gərginliyin kollektiv şəkildə azaldılmasında iştirak etməyə çağırıram”, - Makron deyib.
Noyabrın 19-da Rusiya prezidentinin “Rusiya Federasiyasının nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” fərmanı dərc edilib. Nüvə silahından istifadə şərtləri arasında hazırda Rusiya Federasiyasına qarşı ballistik raketlərin buraxılması var və ATACMS məhz bu silah kateqoriyasına aiddir.
Tural
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto





































