Avropa
Makron hökumətin istefasını QƏBUL ETDİ
Fransa Prezidenti Emmanuel Makron ölkənin baş naziri Mişel Barnierin hökuməti istefaya göndərməsi tələbini qəbul edib.
Publika.az bu barədə Yelisey sarayının mətbuat xidmətinə istinadla xəbər verir.
Makronun tezliklə yeni baş naziri təyin edəcəyi və yeni hökuməti formalaşdıracağı gözlənilir.
Xatırladaq ki, dekabrın 4-də Fransa Milli Assambleyası baş nazir Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib. Qərar Fransa Nazirlər Kabinetinin ölkə konstitusiyasının maddələrindən birindən istifadə edərək dövlət büdcəsinin sosial hissəsini parlamentdə səsvermə olmadan qəbul etməsindən sonra verilib. Bu addım solçu Yeni Xalq Cəbhəsi və sağçı Milli Mitinq tərəfindən hökumətə etimadsızlıq haqqında qətnamələrin qəbul edilməsinə səbəb olub.
73 yaşlı Barnier sentyabrın 5-də baş nazir təyin edilib.
Fransa tarixində cəmi iki dəfə hökumət parlament tərəfindən etimadsızlıq səsverməsinin qəbulundan sonra istefa verib. İlk hal 1962-ci il oktyabrın 5-də Georges Pompidou kabinetinin istefaya getdiyi vaxt baş verib.
Qeyd edək ki, bundan əvvəl Fransanın sol müxalifət lideri Melençon da Makronun istefasını tələb etmişdi.
Hüseyn İbadlı
-
MDB10:13Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu
-
Magazin109:52Bakıda daha bir dəbdəbəli toy: Kutsi dəvət edildi
-
Qarabağ 09:37Gəncənin ilk mülki şəhidi - Həmin gün əsgərlərə dəstək olmağa gedəcəkmiş
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI









.jpg)

























.jpg)
