Dünya
"Ana Vətən" Partiyasının qurultayı ləğv edildi
Türkiyədə "Ana Vətən" Partiyasının 24 dekabr 2023-cü ildə keçirilən Böyük Qurultayı partiyanın nizamnaməsini və Siyasi Partiyalar Qanununu pozan nümayəndə və namizədlik prosedurları səbəbindən ləğv edilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə qərar Ankara 47-ci Mülki Birinci İnstansiya Məhkəməsi tərəfindən verilib.
Məhkəmə sənədlərində qeyd olunur ki, qurultayda namizədlik siyahıları ilə bağlı ciddi pozuntular aşkarlanıb. Xüsusilə, sədrliyə namizəd olmaq üçün tələb edilən 15 faiz imza şərtinin yerinə yetirilmədiyi və buna dair heç bir rəsmi sübutun təqdim olunmadığı bildirilib.
Bundan başqa, İstanbuldan göndərilən nümayəndə siyahısında qeydiyyatsız şəxslərin yer aldığı, həmin şəxslərin 59-nun qurultayda səs verdiyi müəyyən edilib. Bu halın Siyasi Partiyalar Qanununa zidd olduğu vurğulanıb.
Məhkəmə qurultayın ləğvinə qərar versə də, partiyaya qəyyum təyin edilməsi tələbi rədd olunub. Qərardan apellyasiya şikayəti verilməsi mümkündür.
Müəllif: Roza
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı





































