Aİ Gürcüstana şərt qoydu: Rusiyaya sanksiya, yoxsa vizasız rejim?
Bizi izləyin

Dünya

Aİ Gürcüstana şərt qoydu: Rusiyaya sanksiya, yoxsa vizasız rejim?

Aİ Gürcüstana şərt qoydu: Rusiyaya sanksiya, yoxsa vizasız rejim?

Avropa İttifaqı Gürcüstan qarşısında Rusiyaya sanksiyalara qoşulmaqla bağlı tələb irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Brüssel Tbilisiyə vizasız rejimin qorunması üçün Rusiyaya qarşı sanksiyalara qoşulmağı şərt kimi təqdim edir.

Papuaşvili bu tələbi kəskin tənqid edib və “özünü məhv etmək” kimi qiymətləndirib:

“Bizə deyirlər ki, vizasız rejim istəyirsinizsə, Rusiyaya qarşı sanksiyalar tətbiq edin. Yəni özümüzü məhv etməliyik. Əgər ölkəni dağıtsaq, kim Avropaya vizasız gedəcək?”

O, həmçinin Aİ-nin vizasız rejimi siyasi təzyiq vasitəsinə çevirdiyini iddia edib və Gürcüstanın bu şərtləri qəbul etməyəcəyini bildirib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm