Dünya
ABŞ rusiyalı hakerin başına 3 milyon dollar qoydu
ABŞ-da hakimiyyət dairələrinə yaxın şirkətlərin və sıravi amerikalıların parollarını ələ keçirərək onlara 100 milyon dollardan çox ziyan vuran Rusiya vətəndaşı Yevgeni Boqaçevin rəhbərlik etdiyi kibercinayətkarlar dəstəsinin həbsinə əsas verən məlumatları təqdim edən şəxsə 3 milyon dollar mükafat vəd edilib.
Publika.az-ın məlumatına görə, bu baərədə ABŞ Federal Təhqiqat Bürosu (FTB) bəyanat yayıb. FTB-nin məlumatına əsasən, hazırda xakerlərin başçısının Rusiya ərazisində gizləndiyi ehtimal olunur.
FTB-nin əməkdaşları bundan əvvəl kompyuterləri viruslarla
yoluxdurmaq yolu ilə ABŞ biznesinə və vətəndaşlarına milyonlarla
dollar ziyan vuran “Gameover Zeus” adlı geniş şəbəkəni aşkara
çıxararaq zərərsizləşdiriblər.
Federal Təhqiqat Bürosu uzun illər ərzində apardığı araşdırma
nəticəsində öz aralarında möhkəm rabitə əlaqəsi yaratmağa nail
olmuş kibercinayətkarlar qrupunun əsasən Rusiya və Ukrayna
ərazilərində lövbər saldığını müəyyən edib.
-
İdman20:36Əfsanə geri dönür?
-
Sosial20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin120:12Qızları Rəvanın toyunda - VİDEO
-
Pul20:00Genişmiqyaslı əməliyyat: 8 milyard dollarlıq kriptovalyuta ələ keçirildi
-
Magazin119:00Rəvan Qarayevin toyundan ilk görüntülər - FOTO
-
Magazin218:24Cennifer Lopezdən şok etiraf: "Bunu daha əvvəl etməli idim, fantastikdir"
-
Sosial17:46İcra başçısı onu qınayanlara belə cavab verdi
-
Sağlamlıq16:51Bunu izləyənlər suşi yeməkdən qorxacaq - VİDEO





















.jpg)


.jpg)









