Biz niyə yapon ola bilmirik?
Bizi izləyin

Köşə

Biz niyə yapon ola bilmirik?

Zümrüd Kərimova

Zümrüd Kərimova

İl 2018

Süni intellekt, nanotexnologiya sahəsində saysız-hesabsız ilklərə, yeniliklərə imza atmış, dünyanın ən öncül və zəkalı xalqlarından hesab edilən Yaponiyanın bir qrup futbol sevdalısı Rusiyada keçirilən 21-ci Dünya Çempionatında coşub-çağladıqları 90 dəqiqədən sonra komandalarının qalibiyyətlərini qeyd etmək yerinə, coşub-çağladıqları zaman “təsadüfən” zibillədikləri tribunaları təmizləməyə başlayırlar. Həm də bu, bir dəfə baş vermir. Getdikləri hər tribunada bu ritual öz əksini tapır. Bu durumda eyni şərtlər altında olmasa da, Seneqalın təmizkar azarkeşlərini umutmaq onların mədəniyyətinə və əməyinə haqsızlıq olar.

İndi isə zamanda çox yox, təxminən, 1 il öncəyə səyahət edək.

İl 2017

Qürur yerimiz “Qarabağ”ın tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağı “Kopenhagen”lə qarşılaşmasından yarım saat öncə.

30 000-ə yaxın azarkeş bu tarixi anların şahidi olmaq üçün Tofiq Bəhramov adına Respublika Stadionunun önündə toplaşıb. Bir ayağını götürüb o birini qoyan yorğunlardan tutmuş, basabasda nəfəs ala bilməyənlərə qədər, bütün azarkeşlər səbrsizliklə tribunaya getməyi gözləyirlər. “Tofiq Bəhramov” qədər adam stadionun qarşısındakı ovuc boyda yerə sıxışıb. Necə deyərlər, yerdə (kənarda) bir buğda (azarkeş) dənəsi də qalmayıb. Deyərkən, yoxlanış məntəqələrində birdən hay-küy qopur. Öyrənirik ki, pirotexniki vasitələrin belə keçirilməsi icazə verilən stadiona “AIlahın suyunu” da keçirmək olmazmış. Minlərlə insan əlində bir şüşə su ilə nə edəcəyini qərarlaşdırmağa çalışarkən bir azarkeşin qadın polisin üzərinə “su çiləməsi” də gözlərdən yayınmır. Nəhayət, çarəni hamı əlindəki su şüşələrini yerə ataraq, bir an öncə tribunada öz yerini tapmaqda tapır. İkinci şok isə stadionun ətraf ərazisində yaşanılır. Təhlükəsizlik tədbriləri çərçivəsində azarkeşlərə içəri keçirilməsi qadağan edilən su şüşələrinin eynisi stadionun xüsusi qismində qoyulmuş soyuduculardan “azarkeşlərə əl sallayır”. Hərəsi də bazar qiymətinin 2-4 qat bahasına.

Biz niyə yapon ola bilmirik?

Hər iki təcrübənin ortaq nöqtəsi azarkeş və onun tribuna mədəniyyətidir. Yapnoniya üçün Dünya Çempionatında oynamaq Azərbaycan üçün Çempionlar Liqasına çıxmaq qədər əhəmiyyətli olsa da, onlar fitrətlərindən gələn və artıq instinktiv mərhələyə qədəm qoymuş sivil davranış qaydalarını unutmur və bununla bir daha dünya miqyasında nümunəyə çevrilirlər. Təqdirəlayiq haldır. Bu nüans isə bizim kimilərin daha çox heyranlığına səbəb olur. Çünki biz getidiyimiz və yaxud izlədiyimiz heç bir futbol stadionunda və buna bənzər məkanda nəinki öz mədəniyyətimizi sərgiləməyə, heç ümumi ictimai qaydalara riayət etməyə də imkan tapmırıq.

Səbəb

6852 adadan ibarət olan adıçəkilən ölkə, nəinki texnologiyası, elmi, vətəndaş cəmiyyəti, mədəniyyəti, düşüncə tərzi ilə yumruq kimi birləşir və vahid bir orqan kimi qüsursuz iş prinsipinə malik olmağa çalışır, hətta kənarda öz tullantısına da sahib çıxmağı bacarır. Nə olsun ki, söhbət dövlət və ya hüquqi, və ya elmi səviyyədə bir platformadakı davranış tərzindən getmir. Yaponiya 6852 adanı vahid idarəçilik sistemi ilə birləşdirmək üçün dərin okeana qalib gəldiyi kimi, su qablarını ayağının altından yığmağı da bacara bilir, demək.

Dünyada bəlkə də gəlib-keçmiş ən şöhrətli elm adamı Lütfi Zadəyə vaxtında yiyə dura bilməyən bizlər isə elə onun öldüyü ildə öz yolumiza qoymaq üçün daha bir daş (su şüşəsi yığınağı) qoymağı olduqca əhəmiyyətsiz və gərəksiz bir ritual kimi həyata keçirdik. Bu əsərdən isə dərvişlərin maddi həyatdan çəkdiyi əl kimi əl çəkdik. Arxamıza da baxmadan.

Burada isə bir qınaq obyekti varsa, bu, əsla Azərbyacanın futbola, uğura, Çempionlar Liqasına yalavac azarkeşi deyil, olmamalıdır da. Onları bu şeylərə sürükləyən səbəblər var. Təbii, nəticələr də onları doğuran səbəblərin uşaqlarıdır. Çünki qədir bilmək, okeana sahib olmaqla deyil, onun damcısına da qahmar çıxmaqla ölçülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm