Köşə
Milli Məclisdə kitab təqdimatı, Administrasiyada fuar
Tural Turan
Ölkə kitaboxuma çatışmazlığından əziyyət çəkir. Həmişə bu sindromu nəfəs çatışmazlığı "xəstəliyi"nə bərabər tutmuşam.
Azərbaycanda aidiyyəti qurumlar kitab təbliğatı işini illərdir düzgün formada qura bilmirlər. Bəlkə də yeni təyin olunan Mədəniyyət naziri bu işin öhdəsindən gələ biləcək, amma bu, tez bir zamanda baş verməyəcək. Çünki ölkədə kitab sənayesi yox dərəcəsindədir.
Fikrimcə, ölkədə kitab oxumağa təşviq etmək üçün daha ali səviyyədə addımlar atıla bilər. Məsələn, gənc yazarların kitablarının təqdimatlarının parklarda, xiyabanlarda, müəyyən gözdən, könüldən iraq yerlərdə deyil, daha gözqamaşdırıcı, nəzərəçarpan məkanlarda təşkil olunması mümkündür.
Bu məsələdə dünya təcrübəsini də öyrənməyə ehtiyac yoxdur. Özümüz də təşəbbüskar olsaq, insanları, xüsusən də gəncləri kitab təqdimatlarına təşviq edə bilərik.
Soruşacaqsınız ki, necə edək? Hətta bəziləriniz deyə bilər ki, avazın yaxşı gəlir, oxuduğun Quran olsa... Yeri gəlmişkən, elə müqəddəs kitabımızın da ilk əmri oxumaqla bağlıdır.
Söhbəti çox uzatmadan mətləbə keçmək istəyirəm:
Birincisi, gənc yazarları – şair və yazıçıları tanıtmaq üçün Milli Məclisin foyesində kitab təqdimatı keçirə bilərik. Gərək qanunverici orqanın yetkililəri də bu işin təşkilində həvəsli olsunlar. Şair Fuad Cəfərli demişkən, deputatlar sıraya düzülür və sənin kitabını alır...
İkincisi, Nazirlər Kabinetinin qarşısındakı parkda və ya NK-nin foyesində bir yazıçımızın, şairimizin ən yaxşı, oxunaqlı romanının, şeirinin, poemasının təqdimatı keçirilir. Bütün media resursları, televiziyalar da kitabın pulsuz reklamını gerçəkləşdirir. Beləliklə, həm kitabı yazana, həm də kitaba diqqət ön plana çəkilir. Burada maariflənməyə, kitab oxumağa təşviqə dövlətin ali instansiyalarının diqqət və qayğısı da ön plana çıxır.
Üçüncüsü, Prezident Administrasiyasının qarşısında hər il ölkənin ünlü yazarlarının kitab fuarını, sərgisini təşkil etmək mümkündür. Administrasiya əməkdaşları bir kitab alaraq məmurlara və gənclərə örnək olacaqlar. Hətta "Nizami ili"ndə Nizami Gəncəvinin Gəncədəki memorialının, abidəsinin önündə beynəlxalq kitab sərgisi, fuarı keçirmək də əladır. Təsəvvür edin, bütün dünyanın aparıcı yazarları, nəşriyyatları bu sərgidə iştirak edir.
Həm Nizami Gəncəvi dühasını bir daha dünyaya çatdırırsan, həm də kitab oxuyan kəsimi dünya yazıçıları ilə görüşdürürsən. Nəyi pisdir ki...
Sadəcə, bir az səy göstərmək lazımdır. İnanın ki, ölkənin 99,9 faiz yazıçı və şairləri kitablarının satılmamasından məyusluq duyur. Ən yaxşı halda şair və yazıçılar yaradıcılığın ya daşını atır, ya da başqa bir sahəyə keçərək ailəsinin çörəkpulunu çıxarmağa çalışır.
Ümid edirəm ki, aidiyyəti qurumlar təkliflərimizi dəyərləndirəcək. Kitaboxuma sindromumuza əlac tapılacaq. Oxumaqla bağlı "nəfəs çatışmazlığımız" həllini tapacaq.
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu


























