Köşə
Bayramınız mübarək, böyüklər!
Dünyanın idarəsi onsuz da uşaqların əlindədir. Böyük bədənlərə həbs edilmiş küskün uşaqların.
Son günlər özümdə qəribə vərdiş formalaşdırmışam. Ya da fövqəltəbii şəkildə bu dərin təhlilə məhkum olunmuşam. Artıq mərkəzinə düşdüyüm ortamlardan tutmuş, mağazada satıcı ilə, kafedə ofisiantla ünsiyyət qurmağa çalışanların ani reaksiyalarını oxuyub, uşaqlıq travmalarının düsturunu qururam.
Və bu qənaətə gəlirəm ki, cəmiyyətimiz anası tərəfindən vəhşicəsinə sevilən və anası tərəfindən vəhşicəsinə sevilməyən uşaqların əlində oyuncaq olub. Birincilər ərköyünlüyündən, ikincilərsə hikkəsindən oval kürəni küncdən-küncə çırpır.
Bəli, bu dünyada düzgün (əyri) istiqamət kompasınız ananızdır. Həyatınız da ondan şirələnən sevgi limitiniz üzərində qurulur. Materikləri, qitələri bir-birinin ayağına düyünləyib, evinizdən uzaqlaşsanız da, siz ananınız klonusunuz.
Uşaqlıqda geyinə bilmədiyiniz brendlərin etiketlərini bədəninizə yapışdırsanız da, bahalı aksesuarlarınızın parıltısında gözüyaşlı körpəliyinizi kölgədə qoymağa çalışsanız da, ananız sizin boyunbağınızdır.
Gözünü hər yumanda evinizin qara dumanında boğulan uşaqlığını izləyirsənsə, hər dəfə utanıb onunla bağlı bütün nəfəs kəsən xatirələrini tikanlı nöqtələrində ört-basdır edirsənsə, bu dünya sənə düşmən kəsiləcək.
Ta ki, atandan dul, öz valideynlərindən yetim ananla üzləşənədək. Onun acıları ilə hesablaşmadan, duyğularını dəstələyib öz əlinə vermədən, sən də qurtulmayacaqsan.
Bu cəmiyyət dərdini, keçmişini, ağrısını sevincini tam yaşamaqdan çəkinən, yarımçıq uşaqlarla dolub daşır. Bəlkə də bu səbəbdəndir ki, bizə rəva bilinməyən uşaqlığımızı ya övladımızın əynindən heç çıxartmırıq, ya da heç vaxt geyindirə bilmirik.
Elə bu məqamda da sadalamaqla bitməyən obrazların əlində naçar qalırıq.
Rastlaşdığı hər qadında Freyd məsəli anasını axtaranlar kim, anasının saçına sığal çəkməyə xəsislik etdiyi uşaqlığının sinirini işçilərinin üstünə qusan kim...
Bir də aqrar təsərrüfatını, mal-qarasını Tanrı qatında mələr qoyub, qlamur ofis mühitini əyninə geyinməyə çalışan, döyüb küsdürdüyü uşaqlığını içindəki qaranlıq otağa həbs edən əmilər var. İşçilərinə ofis daxili "mail" yollayarkən təşəkkür etmək əvəzinə sanki dağın ətəyindən samovar çayı gətirmək borcarıymış kimi davranar, dünyəvi informasiyaları mənimsəmək yerinə mövzu davasına çıxar, önündəkini qram-qram kiçiltdikcə, özü kilo-kilo alçalar.
"Çuşka"nın kəndi, şəhəri, ölkəsi, dil, irq ayrıseçkiliyi olmur. Bu, bir növ genetik kod, etik-estetik miras məsələsidir. Özünü seçdiyi cəmiyyətə uyğun aparmayanların tərifidir. Məsələn, ac intelligent də mal-qara ilə məşğul olmaq istəsə, ətrafındakılar tərəfindən dışlanacaq, daşlanacaq...
Bayramınız mübarək, qorxduqca içindəki körpəyə sarılan, vicdanını balasının gözündə axtaran böyüklər! Nə içinizdəki, nə də bətninizdəki uşağı sevgidən yetim böyüdün.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)

























