Uzaqbaşı Veneraya köçəcəm
Bizi izləyin

Köşə

Uzaqbaşı Veneraya köçəcəm

Qazan-qazan təhqir udan, buz kimi tənə içib alçalmaqdan doyan ruhu iki ilə böyümüşdü, qocalmışdı, bükülmüşdü, qara yerə girmişdi. Qara sükut kötük canını, səthində damar axan üzüm yarpağı əllərini gizildətdi. Daşı yaran sümükləri sanki ovulub ayağının altına töküldü. Ruhu qəbrindən xortladı. Aram-aram sevişən kirpikləri bir-birinə elə möhkəm sarıldı ki, gözü acı yaş doğdu. Əllərinin yanağı ilə təmasını çoxdan unutmuş olmasaydı, o yaşı ovcuna alıb ömrünü yuyub təmizləyərdi. Mövludun mübarək, əzizim, uçursan.

Titrəyən kabinə bir anda tunelə döndü. Dəmir divarlardan kapitanın boğuq səs gəldi.

- Bu qəribanın dediyini mən anlamıram, yoxsa hamı nabələddi görəsən?!

Əslində həkimlərin ilan yuvası reseptlərinin yanına pilotların sərnişinlərə müraciəti adlı yeni təzad əlavə etmək lazımdır. Tutaq ki, təyyarə uçuruma düşəcək. Bu boğuntu ilə fısıldayana qədər parçalarımız qayanın üstünə yapışacaq...

Bəlkə də belə daha yaxşıdır. Proqnozsuz ölümdən şən nə ola bilər?

Həkim xətti oxunmayan reseptdəki dərmanı almadan ölmək. Qəfil yanağı qaçdı. Bu dəfə barmaqlarını üzünə sürtməyə tələsdi. Bu qırışlar üçün burnunun ucu göynəmişdi. Zəif barmaqları sifətində kor Al Paçino kimi tanqo oynamağa başladı. Burnunun dəliklərinin önündə ayaq saxlayıb nəfəsin hiss elədi. Deyəsən, çolaq ayağı həyata ilk addımını atmışdı. Nəfəsinin laylasına yuxuya daldı.

Yenə onun eşq etirafları tökülən səsi gəldi qulağına...

Ağzından qopan sözlərin hərarəti 5 il əvvəl yeraltı keçiddən aldığı tiftikli paltonun içinə gömdüyü bədənini isitmədi, amma yırtıq ciblərində gizlətdiyi ovuclarında qadın hüceyrələrini cücərtdi. Ciyərinə titrək nəfəs doldu, qurğuşuna dönüb qaynar qazanda əridiyini, əridikcə canından çıxan küt ahların xəyalı qulağını kar elədiyini duydu.

Sentmentallığım batsın. Korridanın qəhrəmanına dönəcəm. O dəli öküz sevgisi yaxınlaşdıqca əlimdəki qırmızı bayraqla başını döndərəcəm. O dəli olduqca mən qaçacam. Mən qaçdıqca o üstümə şığıyacaq. Buynuzunu düz ürəyimin sol klapanına batırıb kürəyimdən çıxardacaq. İndi heç olmasa canımı gəzdirirəm. Bəs onda ürəyimin yırtığını necə tikəcəm, hansı planetə qaçıb can qurtaracam? Uzaq başı Veneraya qaçaram. Yəqin ürəyimi tikməyə sarı simi də var. Ruhumu da yuyub qurudar. Yenə heç nə olmamış kimi göndərər məni bu cəhənnəmin ağzına.

Uşaqlıqdan Veneranın məhəbbət topu olduğuna inanırdı. Alimlər bilmir, orada dəqiq həyat var. Bəlkə də bir zamanlar eşq allahı yaşayıb. Veneranı nəfəsi ilə doldurub. Göyün bir küncünə asıb ki, məhəbbət yarası tökənlər gedib orada sağalsın. Nəysə hələ ki o buynuzdan uzağam, heç iyini də duymuram. Burnunun ucu şrin-şirin qaşınmağa başladı.

Qulağına qeybdən səs gəldi:

- Hörmətli sərnişinlər…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm