Nida.az
Fəzail Ağamalı: “Almaniya başlayıb, Almaniya da bitirsin“ - Açıqlama
“Almaniyanın rəsmi dairələri Azərbaycana qarşı ideoloji müharibə başlayıb, bu müharibəni də özləri bitirməlidirlər”. Bunu Publika.Az-a millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellenin mətbuatda yayılmış açıq məktubunu şərh edərkən deyib.
O, bildirib ki, Azərbaycana qarşı aparılan “ideoloji müharibə”
Almaniyanın ombudsmanının Bakıya səfəri və müxalifətlə müəmmalı
görüşlərindən sonra başlayıb: “Əlbəttə ki, Almaniyanın mətbuatı
müstəqildir, buna şübhəm yoxdur. Lakin mən düşünürəm ki,
Azərbaycanla bağlı dərc olunan bütün materiallar məhz Almaniya
hakimiyyətindən qaynaqlanır. Əgər səfir bunu Almaniyanın mənəvi
haqqı hesab edirsə, o zaman Azərbaycan mətbuatının da eyni addım
atmağa mənəvi haqqı var. Azərbaycanın Almaniyadan istəyəcəyi bir
şey yoxdur və qarşıdurmanı da yaratmaq istəyən biz deyilik. Mən bir
millət vəkili və Azərbaycan vətəndaşı kimi deyə bilərəm ki, bizim
ölkəmizə, dövlətimizə qarşı təxribat xarakterli kampaniyanın
başlanması Almaniyanın öz nüfuzuna zərbədir və bu işin arxasında
insan hüquqları dayanmır”.
Ağamalı qeyd edib ki, Almaniya tərəfindən Azərbaycanda insan
hüquqları ilə bağlı çıxışların arxasında iqtisadi maraqlar durur və
“Nabucco” layihəsində Azərbaycan üçün əlverişsiz güzəştlər əldə
edilməsi də bu maraqlardan sayılmalıdır:
“Mən Azərbaycan mətbuatında və cəmiyyətində insan hüquqları ilə
bağlı ciddi problemlər görmürəm. Əgər Azərbaycan hər hansı
təxribatın qarşısını alırsa, burada insan hüquqlarına zidd nəsə
axtarmaq lazım deyil. Və düşünürəm ki, Almaniya və digər dövlətlər
hər xırda məsələni qabartmaqla Azərbaycana təzyiq göstərməyə
çalışırlar. Əgər insan hüquqlarına sevgiləri belə güclüdürsə, onda
1 milyon qaçqın və məcburi köçkünümüzün tapdanan hüquqlarını bərpa
etməyə yardımçı olsunlar. Almaniyanın ombusdmanı da öz ölkəsində
qeyri-almanlara qarşı yaranmış münasibətlə bağlı iş görsün, son
zamanlar güclənən millətçilərin türklərə qarşı təzyiqlərini tənqid
eləsin”.
Rüfət Əhmədzadə
Publika.Az
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı

















.jpg)

















.jpg)


